ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİL-QƏDƏ AYININ BAZAR GÜNÜNÜN NAMAZI
Həzrət Rəsulallahdan (s) bu ayın bazar günü qılınan bir namaz nəql olunubdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, Qiyamət günü bu kəslər ondan razı qalar, bu dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar. Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar. Həzrət Rəsulallah (s) bu namazın qaydasını belə bəyan etmişdir:
Bazar günü qüsl et və dəstəmaz al. Dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə bir dəfə Həmd, üç dəfə İxlas, bir dəfə FələqNas surələrini oxu. Namazı qılıb qurtardıqdan sonra yetmiş dəfə "istiğfar" et (bağışlanma dilə). Sonra de:
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
Uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur.
Daha sonra de:
يَا عَزِيْزُ يَا غَفَّارُ
Ey izzətli, ey çox bağışlayan, mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla, çünki Səndən qeyri kimsə günahları bağışlamır.
اِغْفِرْ لِيْ ذُنُوْبِيْ وَ ذُنُوْبَ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ اِلَّا اَنْتَ۔
Hədisin davamından belə başa düşülür ki, bu namazı bu aydan qeyri vaxtlarda da qılmaq olar.
Həzrət Rəsulallah (s) buyurub ki, hər kim "haram aylar"ın (Rəcəb, Zil-Qədə, Zil-Hiccə və Muhərrəm ayları) cümə axşamı, cümə və şənbə günlərini oruc tutsa, ona bir ilin ibadəti yazılar."