Biz Musa ilə otuz gecə vədə qoyduq
وَ اَتْمَمْنَاهَا بِعَشْرٍ
və onu əlavə on gecə ilə tamamladıq,
فَتَمَّ مِيْقَاتُ رَبِّهِ اَرْبَعِيْنَ لَيْلَةً
beləliklə Rəbbinin vədəsi qırx gecədə tamamlandı,
وَ قَالَ مُوْسٰى لِاَخِيْهِ هَارُوْنَ اخْلُفْنِيْ فِيْ قَوْمِيْ
Musa qardaşı Haruna dedi: Mənim qövmüm arasında mənim canişinim ol,
وَ اَصْلِحْ وَ لَا تَتَّبِعْ سَبِيْلَ الْمُفْسِدِيْنَ۔
islah et və fəsad törədənlərin yolunu getmə.
Əgər bu namazı qılsan, hacıların savabına və onların həcc əməllərinə şərik olarsan."
3) Əbu Həmzə Sumali nəql edir ki, İmam Sadiq (ə) zil-hiccə ayının birinci günündən Ərəfə gününün əsr vaxtınadək sübh namazından sonra və məğrib namazından qabaq bu duanı oxuyardı:
اَللّٰهُمَّ هٰذِهِ الْاَيَّامُ الَّتِيْ فَضَّلْتَهَا عَلَى الْاَيَّامِ وَ شَرَّفْتَهَا
Ey Allahım, bu, o günlərdir ki, Sən onu başqa günlərdən üstün və şərafətli etdin,
قَدْ بَلَّغْتَنِيْهَا بِمَنِّكَ وَ رَحْمَتِكَ
Öz lütfün və rəhmətinlə bizi bu günlərə çatdırdın,
فَاَنْزِلْ عَلَيْنَا مِنْ بَرَكَاتِكَ
elə isə Öz bərəkətlərini bizə nazil et
وَ اَوْسِعْ عَلَيْنَا فِيْهَا مِنْ نَعْمَاۤئِكَ
və bu günlərdə Öz nemətlərini bizə bol et.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, mən Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən
وَ اَنْ تَهْدِيَنَا فِيْهَا لِسَبِيْلِ الْهُدٰى
və bu günlərdə bizi hidayət yoluna yönəldəsən,
وَ الْعَفَافِ وَ الْغِنٰى
iffət və ehtiyacsızlıq yoluna,
وَ الْعَمَلِ فِيْهَا بِمَا تُحِبُّ وَ تَرْضٰىۤ
və bu günlərdə bizi sevdiyin və razı qaldığın işlərə müvəffəq edəsən.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ يَا مَوْضِعَ كُلِّ شَكْوٰى
Ey Allahım, Səndən istəyirəm, ey hər şikayətin yeri,
وَ يَا سَامِعَ كُلِّ نَجْوٰى
ey hər gizli sözü eşidən,
وَ يَا شَاهِدَ كُلِّ مَلَاٍ
ey hər cəmdə hazır olan,
وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ
ey hər gizlini bilən,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən
وَ اَنْ تَكْشِفَ عَنَّا فِيْهَا الْبَلَاۤءَ
və bu günlərdə bizdən bəlanı və giriftarlığı açasan,
وَ تَسْتَجِيْبَ لَنَا فِيْهَا الدُّعَاۤءَ
və bu günlərdə bizim dualarımızı müstəcab edəsən,
وَ تُقَوِّيَنَا فِيْهَا وَ تُعِيْنَنَا
bizə qüvvə verəsən və kömək edəsən;
وَ تُوَفِّقَنَا فِيْهَا لِمَا تُحِبُّ رَبَّنَا وَ تَرْضٰى
və bu günlərdə, ey Rəbbimiz, bizi sevdiyin və razı qaldığın işlərə müvəffəq edəsən,
وَ عَلٰى مَا افْتَرَضْتَ عَلَيْنَا مِنْ طَاعَتِكَ
bizə vacib etdiyin itaətinə,
وَ طَاعَةِ رَسُوْلِكَ وَ اَهْلِ وِلَايَتِكَ
habelə Sənin elçinin və mövlalarının itaətinə.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
Ey Allahım, Səndən istəyirəm, ey rəhimlilərin ən rəhimlisi,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən
وَ اَنْ تَهَبَ لَنَا فِيْهَا الرِّضَا
və bu günlərdə Öz razılığını bizə bəxş edəsən,
اِنَّكَ سَمِيْعُ الدُّعَاۤءِ
çünki Sən duaları eşidənsən;
وَ لَا تَحْرِمْنَا خَيْرَ مَا تُنْزِلُ فِيْهَا مِنَ السَّمَاۤءِ
bu günlərdə asimandan yerə nazil etdiyin xeyirdən bizi məhrum etmə
وَ طَهِّرْنَا مِنَ الذُّنُوْبِ
və bizi günahlardan pakla,
يَا عَلَّامَ الْغُيُوْبِ
ey qaib olanları bilən;
وَ اَوْجِبْ لَنَا فِيْهَا دَارَ الْخُلُوْدِ
bu günlərdə əbədi evi bizə vacib et.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
وَ لَا تَتْرُكْ لَنَا فِيْهَا ذَنْبًا اِلَّا غَفَرْتَهُ
və bu günlərdə bizim üçün bağışlamadığın bir günah saxlama,
وَ لَا هَمًّا اِلَّا فَرَّجْتَهُ
aradan aparmadığın bir qəm-qüssə saxlama,
وَ لَا دَيْنًا اِلَّا قَضَيْتَهُ
ödəmədiyin bir borc saxlama,
وَ لَا غَاۤئِبًا اِلَّاۤ اَدَّيْتَهُ
bizə qovuşdurmadığın bir qaibimizi saxlama,
وَ لَا حَاجَةً مِنْ حَوَاۤئِجِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
dünya və axirət hacətlərindən bir hacət saxlama,
اِلَّا سَهَّلْتَهَا وَ يَسَّرْتَهَا
illa onu asan edəsən və həyata keçirəsən,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
çünki Sən hər şeyə qadirsən.
اَللّٰهُمَّ يَا عَالِمَ الْخَفِيَّاتِ
Ey Allahım, ey gizli sirrləri bilən,
يَا رَاحِمَ الْعَبَرَاتِ
ey göz yaşlarına rəhm edən,
يَا مُجِيْبَ الدَّعَوَاتِ
ey duaları qəbul edən,
يَا رَبَّ الْاَرَضِيْنَ وَ السَّمَاوَاتِ
ey yerlərin və göylərin Rəbbi,
يَا مَنْ لَا تَتَشَابَهُ عَلَيْهِ الْاَصْوَاتُ
ey səsləri səhv salmayan,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
وَ اجْعَلْنَا فِيْهَا مِنْ عُتَقَاۤئِكَ وَ طُلَقَاۤئِكَ مِنَ النَّارِ
və bu günlərdə bizi oddan azad və xilas olanlardan qərar ver,
وَ الْفَاۤئِزِيْنَ بِجَنَّتِكَ
Sənin Cənnətinə qovuşanlardan,
وَ النَّاجِيْنَ بِرَحْمَتِكَ
və Sənin rəhmətinlə nicat tapanlardan,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
ey rəhimlilərin ən rəhimlisi.
وَ صَلَّى اللّٰهُ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَ اٰلِهِ اَجْمَعِيْنَ۔
Allahın salamı olsun ağamız Məhəmmədə və onun bütün sülaləsinə.
4) İmam Baqir (ə) buyurur ki, Allah-Təala zil-hiccə ayının ilk on günündə oxuması üçün Cəbrail vasitəsilə Həzrət İsaya (ə) bu beş duanı hədiyyə göndərdi və siz də bu duaları oxuyun:
(1) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
1) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
hökmdarlıq və həmd Ona məxsusdur,
بِيَدِهِ الْخَيْرُ
xeyir Onun əlindədir,
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
O hər şeyə qadirdir.
(2) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
2) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
اَحَدًا صَمَدًا
təkdir və ehtiyacsızdır,
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا
Özünə yoldaş və övlad götürməmişdir.
(3) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
3) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
اَحَدًا صَمَدًا
təkdir və ehtiyacsızdır,
لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
doğmamış və doğulmamışdır,
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
Onun tayı-bərabəri yoxdur.
(4) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
4) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
hökmdarlıq və həmd Ona məxsusdur,
يُحْيِيْ وَ يُمِيْتُ
dirildir və öldürür,
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
O diridir və ölmür,
بِيَدِهِ الْخَيْرُ
xeyir Onun əlindədir,
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
O hər şeyə qadirdir.
(5) حَسْبِيَ اللّٰهُ وَ كَفٰى
5) Allah mənə yetər və kifayətdir,
سَمِعَ اللّٰهُ لِمَنْ دَعَا
Allah dua edən hər kəsin duasını eşidir,
لَيْسَ وَرَاۤءَ اللّٰهِ مُنْتَهٰى
Allahdan o tərəf bir sonluq yoxdur,
اَشْهَدُ لِلّٰهِ بِمَا دَعَا
dua olunduğu xüsusunda Allaha şəhadət verirəm,
وَ اَنَّهُ بَرِيْۤءٌ مِمَّنْ تَبَرَّاَ
kim Ondan uzaqdırsa, Allah da ondan uzaqdır,
وَ اَنَّ لِلّٰهِ الْاٰخِرَةَ وَ الْاُوْلٰى۔
axirət və dünya Allahındır.
Həzərt İsa (ə) bu beş duanı yüz dəfə oxuyanın çoxlu savablarını bəyan etdi.
Mərhum Əllamə Məclisi yazır: Hər kim gündə bu beş duanı on dəfə oxusa (belə ki, on gün ərzində bu duaları yüz dəfə oxumuş olar), rəvayətə əməl etmiş olar. Əlbəttə, bu duaları hər gün yüz dəfə oxumaq daha yaxşı olar.
5) Bu on günün hər günündə Əmirəl-möminin Əlinin (ə) buyurduğu bu "təhlil"ləri oxumaq, əlbəttə hər gün on dəfə oxunsa, daha yaxşı olar:
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ اللَّيَالِيْ وَ الدُّهُوْرِ
Allahdan qeyri İlah yoxdur, gecələrin və gündüzlərin sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ اَمْوَاجِ الْبُحُوْرِ
Allahdan qeyri İlah yoxdur, dəryaların dalğalarının sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَ رَحْمَتُهُ خَيْرٌ مِمَّا يَجْمَعُوْنَ
Allahdan qeyri İlah yoxdur, Onun rəhməti insanların yığıb topladığından daha xeyirlidir.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الشَّوْكِ وَ الشَّجَرِ
Allahdan qeyri İlah yoxdur, bütün tikanların və ağacların sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الشَّعْرِ وَ الْوَبَرِ
Allahdan qeyri İlah yoxdur, saçların və tüklərin sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الْحَجَرِ وَ الْمَدَرِ
Allahdan qeyri İlah yoxdur, daşların və kəsəklərin sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ لَمْحِ الْعُيُوْنِ
Allahdan qeyri İlah yoxdur, gözlərin qırpıldığı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ فِي اللَّيْلِ اِذَا عَسْعَسَ وَ الصُّبْحِ اِذَا تَنَفَّسَ
Allahdan qeyri İlah yoxdur, qaranlıq çökdüyü vaxt gecədə və açıldığı vaxt səhərdə.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الرِّيَاحِ فِي الْبَرَارِيْ وَ الصُّخُوْرِ
Allahdan qeyri İlah yoxdur, səhralarda və dağlarda əsən küləklərin sayı qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ مِنَ الْيَوْمِ اِلٰى يَوْمِ يُنْفَخُ فِي الصُّوْرِ۔
Allahdan qeyri İlah yoxdur, bu gündən ta Sur çalınacağı günə qədər.