⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
AŞURA GÜNÜ MƏSUMLARIN (Ə) ZİYARƏTİ
Yaxşı olar ki, şəhidlər ağası İmam Hüseynin (ə) aşiqləri Aşura günü Rəsulallaha (s), Əmirəl-mömininə (ə), Xanım Fatimə-Zəhraya (s.ə), İmam Həsənə (ə) və İmam Hüseynin (ə) nəslindən olan digər İmamlara (ə) salam söyləsinlər, bu böyük müsibətə görə ürəkləri sızlaya-sızlaya və göz yaşı axıdaraq onlara başsağlığı versinlər, bu ziyarəti oxusunlar:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyi Adəmin varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allahın peyğəmbəri Nuhun varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
Salam olsun sənə ey Allahın ruhu İsanın varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيْبِ اللّٰهِ
Salam olsun sənə ey Allahın sevimlisi Məhəmmədin varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَلِيِّ اللّٰهِ
Salam olsun sənə ey Əmirəl-möminin Əlinin, Allah vəlisinin varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الشَّهِيْدِ سِبْطِ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın nəvəsi şəhid Həsənin varisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْبَشِيْرِ النَّذِيْرِ
Salam olsun sənə ey müjdə verən və qorxudanın övladı,
وَ ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
canişinlərin sərvərinin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
Salam olsun sənə ey dünya qadınlarının sərvəri Fatimənin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Salam olsun sənə ey Əba-Əbdillah.
اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللّٰهِ وَ ابْنَ خِيَرَتِهِ
Salam olsun sənə ey Allahın seçdiyi və Allahın seçdiyinin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ
Salam olsun sənə ey Allahın qanını alacağı kəs və intiqamını alacağının övladı.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوِتْرُ الْمَوْتُوْرُ
Salam olsun sənə ey o tənha ki, qanının intiqamı alınmamışdır.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ الْهَادِي الزَّكِيُّ
Salam olsun sənə ey hidayət edən və pak İmam,
وَ عَلٰۤى اَرْوَاحٍ حَلَّتْ بِفِنَاۤئِكَ وَ اَقَامَتْ فِيْ جِوَارِكَ
və o ruhlara ki, sənin hərəminə daxil olmuş və sənin kənarında məskən salmış
وَ وَفَدَتْ مَعَ زُوَّارِكَ
və sənin zəvvarlarınla birlikdə gəlmişlər.
اَلسَّلَامُ عَلَيْكَ مِنِّيْ مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
Salam olsun sənə mənim tərəfimdən, nə qədər ki mən sağam və gecə-gündüz baqidir.
فَلَقَدْ عَظُمَتْ بِكَ الرَّزِيَّةُ
Həqiqətən sənin dağın ürəkləri yaxdı (böyük oldu),
وَ جَلَّ الْمُصَابُ فِي الْمُؤْمِنِيْنَ وَ الْمُسْلِمِيْنَ
sənin müsibətin möminlərə və müsəlmanlara ağır oldu,
وَ فِيْۤ اَهْلِ السَّمَاوَاتِ اَجْمَعِيْنَ
və bütün göy əhlinə
وَ فِيْ سُكَّانِ الْاَرَضِيْنَ
və yer sakinlərinə (ağır oldu).
فَاِنَّا لِلّٰهِ وَ اِنَّاۤ اِلَيْهِ رَاجِعُوْنَ
Biz Allahdanıq və Ona doğru qayıdacağıq,
وَ صَلَوَاتُ اللّٰهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكَ
Allahın salamı, bərəkəti və təhiyyəti olsun sənə,
وَ عَلٰۤى اٰبَاۤئِكَ الطَّاهِرِيْنَ الطَّيِّبِيْنَ الْمُنْتَجَبِيْنَ
sənin pak, pakizə və seçilmiş atalarına,
وَ عَلٰى ذَرَارِيْهِمُ الْهُدَاةِ الْمَهْدِيِّيْنَ
və onların hidayət edən və hidayət olunmuş nəslinə.
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ وَ عَلَيْهِمْ
Salam olsun sənə ey mövlam və onlara,
وَ عَلٰى رُوْحِكَ وَ عَلٰۤى اَرْوَاحِهِمْ
sənin ruhuna və onların ruhuna,
وَ عَلٰى تُرْبَتِكَ وَ عَلٰى تُرْبَتِهِمْ
sənin türbətinə və onların türbətinə.
اَللّٰهُمَّ لَقِّهِمْ رَحْمَةً وَ رِضْوَانًا
Ey Allahım, onlara rəhmət və razılıq nəsib et,
وَ رَوْحًا وَ رَيْحَانًا
və asayiş və gözəl ruzi (nəsib et).
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Salam olsun sənə ey mövlam, ey Əba Əbdillah,
يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ،
ey peyğəmbərlərin sonuncusunun övladı,
وَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
ey canişinlərin sərvərinin övladı,
وَ يَا ابْنَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
ey dünya xanımlarının sərvərinin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا شَهِيْدُ يَا ابْنَ الشَّهِيْدِ
Salam olsun sənə ey şəhid, ey şəhidin övladı,
يَاۤ اَخَ الشَّهِيْدِ يَا اَبَا الشُّهَدَاۤءِ
ey şəhidin qardaşı, ey şəhidlərin atası.
اَللّٰهُمَّ بَلِّغْهُ عَنِّيْ فِيْ هٰذِهِ السَّاعَةِ
Ey Allahım, bu saatda
وَ فِيْ هٰذَا الْيَوْمِ
və bu gündə,
وَ فِيْ هٰذَا الْوَقْتِ
və bu zamanda
وَ فِيْ كُلِّ وَقْتٍ
və bütün zamanlarda
تَحِيَّةً كَثِيْرَةً وَ سَلَامًا
mənim çoxlu təhiyyət və salamımı ona çatdır.
سَلَامُ اللّٰهِ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın salamı, rəhməti və bərəkəti olsun sənə,
يَا ابْنَ سَيِّدِ الْعَالَمِيْنَ
ey aləmlərin sərvərinin övladı,
وَ عَلَى الْمُسْتَشْهَدِيْنَ مَعَكَ سَلَامًا مُتَّصِلًا
və səninlə birlikdə şəhid olanlara (salam olsun), davamlı bir salam,
مَا اتَّصَلَ اللَّيْلُ وَ النَّهَارُ
gecə və gündüz bir-birini əvəz edənədək.
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ ۟اِلشَّهِيْدِ
Salam olsun şəhid Hüseyn ibn Əliyə.
اَلسَّلَامُ عَلٰى عَلِيِّ بْنِ الْحُسَيْنِ الشَّهِيْدِ
Salam olsun şəhid Əli ibn Hüseynə.
اَلسَّلَامُ عَلَى الْعَبَّاسِ بْنِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ الشَّهِيْدِ
Salam olsun şəhid Abbas ibn Əmirəl-mömininə.
اَلسَّلَامُ عَلَى الشُّهَدَاۤءِ مِنْ وُلْدِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
Salam olsun Əmirəl-mömininin övladlarından olan şəhidlərə.
اَلسَّلَامُ عَلَى الشُّهَدَاۤءِ مِنْ وُلْدِ الْحَسَنِ
Salam olsun Həsənin övladlarından olan şəhidlərə.
اَلسَّلَامُ عَلَى الشُّهَدَاۤءِ مِنْ وُلْدِ الْحُسَيْنِ
Salam olsun Hüseynin övladlarından olan şəhidlərə.
اَلسَّلَامُ عَلَى الشُّهَدَاۤءِ مِنْ وُلْدِ جَعْفَرٍ وَ عَقِيْلٍ
Salam olsun Cəfərin və Əqilin övladlarından olan şəhidlərə.
اَلسَّلَامُ عَلٰى كُلِّ مُسْتَشْهَدٍ مَعَهُمْ مِنَ الْمُؤْمِنِيْنَ۔
Salam olsun onlarla birlikdə şəhid olan bütün möminlərə.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
وَ بَلِّغْهُمْ عَنِّيْ تَحِيَّةً كَثِيْرَةً وَ سَلَامًا
və mənim çoxlu təhiyyət və salamımı onlara çatdır.
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallah,
اَحْسَنَ اللّٰهُ لَكَ الْعَزَاۤءَ فِي وَلَدِكَ الْحُسَيْنِ
Allah övladın Hüseynin əzasında sənə ən gözəl şəkildə təsəlli versin.
اَلسَّلَامُ عَلَيْكِ يَا فَاطِمَةُ
Salam olsun sənə ey Fatimə,
اَحْسَنَ اللّٰهُ لَكِ الْعَزَاۤءَ فِيْ وَلَدِكِ الْحُسَيْنِ
Allah övladın Hüseynin əzasında sənə ən gözəl şəkildə təsəlli versin.
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
Salam olsun sənə ey Əmirəl-möminin,
اَحْسَنَ اللّٰهُ لَكَ الْعَزَاۤءَ فِيْ وَلَدِكَ الْحُسَيْنِ
Allah övladın Hüseynin əzasında sənə ən gözəl şəkildə təsəlli versin.
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا مُحَمَّدٍ ۟الْحَسَنَ
Salam olsun sənə ey Əba Məhəmməd Həsən,
اَحْسَنَ اللّٰهُ لَكَ الْعَزَاۤءَ فِيْۤ اَخِيْكَ الْحُسَيْنِ
Allah qardaşın Hüseynin əzasında sənə ən gözəl şəkildə təsəlli versin.
يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Ey mövlam, ey Əba Əbdillah,
اَنَا ضَيْفُ اللّٰهِ وَ ضَيْفُكَ
mən Allahın və sənin qonağınam,
وَ جَارُ اللّٰهِ وَ جَارُكَ
Allahın və sənin qonşunam,
وَ لِكُلِّ ضَيْفٍ وَ جَارٍ قِرًى
hər bir qonağa və qonşuya ikram olunur.
وَ قِرَايَ فِيْ هٰذَا الْوَقْتِ
Və bu vaxt mənə edəcəyin ikram (qonaqpərvərlik) bu olsun ki,
اَنْ تَسْاَلَ اللّٰهَ سُبْحَانَهُ وَ تَعَالٰۤى
münəzzəh və mütəal Allahdan istəyəsən
اَنْ يَرْزُقَنِيْ فَكَاكَ رَقَبَتِيْ مِنَ النَّارِ
ki, cəhənnəm odundan nicatı mənə ruzi etsin.
اِنَّهُ سَمِيْعُ الدُّعَاۤءِ قَرِيْبٌ مُجِيْبٌ۔
Çünki O, duaları eşidəndir, yaxındır və cavab verəndir.