⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
BAZAR GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və rəhim Allahın adı ilə.
بِسْمِ اللهِ الَّذِىْ لَا اَرْجُوْ اِلَّا فَضْلَهٗ
O Allahın adı ilə başlayıram ki, Onun fəzl və ehsanından başqa heç nəyə ümidim yoxdur,
وَ لَا اَخْشٰى اِلَّا عَدْلَهٗ
Onun ədalətindən başqa heç nədən qorxmuram,
وَ لَا اَعْتَمِدُ اِلَّا قَوْلَهٗ
Onun sözündən başqa heç nəyə etimad etmirəm
وَ لَا اُمْسِكُ اِلَّا بِحَبْلِهٖ
və Onun ipindən başqa heç nədən yapışmıram;
بِكَ اَسْتَجِيْرُ يَا ذَالْعَفْوِ وَالرِّضْوَانِ
ey əfv və razılıq sahibi, Sənə pənah gətirirəm
مِنَ الظُّلْمِ وَالْعُدْوَانِ
zülm və ədavətdən,
وَ مِنْ غِيَرِ الزَّمَانِ
dövranın hadisələrindən,
وَ تَوَاتُرِ الْاَحْزَانِ
ardıcıl üz verən kədərdən,
وَ طَوَارِقِ الْحَدَثَانِ
qəfil bəlalardan,
وَ مِنِ انْقِضَاۤءِ الْمُدَّةِ قَبْلَ التَّاَهُّبِ وَ الْعُدَّةِ
hazırlığım olmadan ömrümün başa çatmasından;
وَ اِيَّاكَ اَسْتَرْشِدُ لِمَا فِيْهِ الصَّلَاحُ وَالْاِصْلَاحُ
mənim məsləhətim və islahım olan işdə Səndən hidayət istəyirəm,
وَ بِكَ اَسْتَعِيْنُ فِيْمَا يَقْتَرِنُ بِهٖ النَّجَاحُ وَالْاِنْجَاحُ
mənim nicatım və uğurumun yaxın olduğu işdə Səndən kömək istəyirəm,
وَ اِيَّاكَ اَرْغَبُ فِىْ لِبَاسِ الْعَافِيَةِ وَ تَمَامِهَا
kamil, hərtərəfli sağlamlıq və salamatlıq libasını (əldə etməkdə) yalnız Sənə ümid edirəm;
وَ شُمُوْلِ السَّلَامَةِ وَ دَوَامِهَا
və kamil salamatlığın davamlılığında;
وَ اَعُوْذُ بِكَ يَا رَبِّ مِنْ هَمَزَاتِ الشَّيَاطِيْنِ
ey Rəbbim, mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirir
وَ اَحْتَرِزُ بِسُلْطَانِكَ مِنْ جَوْرِ السَّلَاطِيْنِ
və padşahların zülmündən Sənin padşahlığına sığınıram;
فَتَقَبَّلْ مَا كَانَ مِنْ صَلَاتِىْ وَ صَوْمِىْ
elə isə, mənim namaz və orucumu qəbul et,
وَاجْعَلْ غَدِىْ وَمَا بَعْدَهٗ اَفْضَلَ مِنْ سَاعَتِىْ وَ يَوْمِىْ
sabahkı və ondan sonrakı günlərimi bu saatdan və bu günümdən daha yaxşı et,
وَ اَعِزَّنِىْ فِىْ عَشِيْرَتِىْ وَ قَوْمِىْ
məni qohumlarım və qövmüm arasında əziz et,
وَاحْفَظْنِىْ فِىْ يَقْظَتِىْ وَ نَوْمِىْ
yuxuda və oyaqlıqda məni qoru,
فَاَنْتَ اللهُ خَيْرٌ حَافِظًا
Sən qoruyanların ən yaxşısı olan Allahsan,
وَّ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
Sən rəhimlilərin ən rəhimlisisən.
اَللّٰهُمَّ اِنِّىْ اَبْرَءُ اِلَيْكَ فِىْ يَوْمِىْ هٰذَا
Ey Allahım, mən bu gündə
وَ مَا بَعْدَهٗ مِنَ الْاَحَادِ
və sonrakı günlərdə
مِنَ الشِّرْكِ وَالْاِلْحَادِ
şirk və dinsizlikdən Sənin dərgahına şikayət edirəm;
وَ اُخْلِصُ لَكَ دُعَاۤئِىْ
və duamı Sənə ixlasla edirəm
تَعَرُّضًا لِلْاِجَابَةِ
qəbul olması üçün,
وَ اُقِيْمُ عَلٰى طَاعَتِكَ
və nəfsimi Sənə itaətə vadar edirəm;
رَجَاۤءً لِلْاِثَابَةِ
Sənin savabına ümid edərək;
فَصَلِّ عَلٰى مُحَمَّدٍ خَيْرِ خَلْقِكَ
elə isə, Məhəmmədə - məxluqatının ən üstününə salam göndər;
الدَّاعِىْ اِلٰى حَقِّكَ
Sənin həqqaniyyətinə dəvət edənə;
وَ اَعِزَّنِىْ بِعِزِّكَ الَّذِىْ لَا يُضَامُ
məni Öz əbədi izzətinlə izzətli et
وَاحْفَظْنِىْ بِعَيْنِكَ الَّتِىْ لَا تَنَامُ
və yuxuya getməyən gözlərinlə qoru;
وَاخْتِمْ بِالْاِنْقِطَاعِ اِلَيْكَ اَمْرِىْ
işimə Sənə bağlanmaqla son qoy
وَ بِالْمَغْفِرَةِ عُمْرِىْ
və ömrümə Öz məğfirətinlə,
اِنَّكَ اَنْتَ الْغَفُوْرُ الرَّحِيْمُ۔
həqiqətən Sən bağışlayan və rəhimlisən.