Rəhman və Rəhim Allahın adı ilə.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ جَعَلَ اللَّيْلَ لِبَاسًا
Həmd-səna o Allaha məxsusdur ki, gecəni örtük
وَّالنَّوْمَ سُبًاتًا
və yuxunu rahatlıq səbəbi qərar verdi,
وَّ جَعَلَ النَّهَارَ نُشُوْرًا
gündüzü yenidən həyata başlamaq səbəbi qərar verdi;
لَكَ الْحَمْدُ اَنْ بَعَثْتَنِىْ مِنْ مَّرْقَدِىْ
həmd-səna Sənə məxsusdur, ondan ötrü ki, məni yatağımdan qaldırdın,
وَلَوْ شِئْتَ جَعَلْتَهٗ سَرْمَدًا
çünki əgər istəsəydin, yuxumu həmişəlik edərdin;
حَمْدًا دَاۤئِمًا لَا يَنْقَطِعُ اَبَدًا
daimi həmd (Sənə məxsusdur): elə bir həmd ki, ardı-arası kəsilmir və həmişəlikdir,
وَّلَا يُحْصِىْ لَهُ الْخَلَاۤئِقُ عَدَدًا
məxluqat onu saymağa qadir deyildir.
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ اَنْ خَلَقْتَ فَسَوَّيْتَ
Ey Allahım, həmd-səna Sənə məxsusdur, ondan ötrü ki, yaratdın və qaydaya saldın,
وَ قَدَّرْتَ وَ قَضَيْتَ
ölçü müəyyən etdin və hökm verdin,
وَ اَمَتَّ وَ اَحْيَيْتَ
öldürdün və diriltdin,
وَ اَمْرَضْتَ وَ شَفَيْتَ
xəstələndirdin və şəfa verdin,
وَعَافَيْتَ وَ اَبْلَيْتَ
salamatlıq verdin və giriftar etdin,
وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ
ərşə müsəllət oldun,
وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ
hakimiyyətinin altında olanlara əhatən vardır;
اَدْعُوْكَ دُعَاۤءَ مَنْ ضَعُفَتْ وَسِيْلَتُهٗ
Səni çağırıram o kəs kimi ki, vəsiləsi zəifdir
وَانْقَطَعَتْ حِيْلَتُهٗ
və çarəsi yoxdur,
وَاقْتَرَبَ اَجَلُهٗ
ölümü yaxınlaşmış,
وَ تَدَانٰى فِى الدُّنْيَا اَمَلُهٗ
dünyada arzuları azalmış
وَاشْتَدَّتْ اِلٰى رَحْمَتِكَ فَاقَتُهٗ
və Sənin rəhmətinə ehtiyacı çoxalmışdır,
وَ عَظُمَتْ لِتَفْرِيْطِهٖ حَسْرَتُهٗ
səhlənkarlığına görə həsrəti çoxalmış,
وَ كَـثُرَتْ زَلَّتُهٗ وَ عَثْرَتُهٗ
sapqınlığı və xətası artmış,
وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهٗ
Sənin dərgahına tövbəsi xalis olmuşdur;
فَصَلِّ عَلٰى مُحَمَّدٍ
elə isə, Məhəmmədə salam göndər,
خَاتَمِ النَّبِيِّيْنَ
peyğəmbərlərin sonuncusuna,
وَ عَلٰى اَهْلِ بَيْتِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
və onun pak və pakizə Əhli-beytinə,
وَارْزُقْنِىْ شَفَاعَةَ مُحَمَّدٍ
Məhəmmədin şəfaətini mənə ruzi et,
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
Allahın salamı olsun ona və xanidanına!
وَ لَا تَحْرِمْنِىْ صُحْبَتَهٗ
və onunla birlikdə olmaqdan məni məhrum etmə,
اِنَّكَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
çünki Sən rəhimlilərin ən rəhimlisisən.
اَللّٰهُمَّ اقْضِ لِىْ فِى الْاَرْبَعَاۤءِ اَرْبَعًا
Ey Allahım, "yəvmul-ərbə`a"da (çərşənbə günü) mənim dörd istəyimi həyata keçir:
اِجْعَلْ قُوَّتِـىْ فِىْ طَاعَتِكَ
güc-qüvvəmi Sənə itaətdə qərar ver,
وَ نَشَاطِىْ فِىْ عِبَادَتِكَ
şövqümü Sənə ibadətdə,
وَ رَغْبَتِىْ فِىْ ثَوَابِكَ
rəğbətimi Sənin savabında
وَ زُهْدِىْ فِيْمَا يُوْجِبُ لِىْ اَلِيْمَ عِقَابِكَ
və zöhdümü Sənin acınacaqlı əzabına səbəb olan şeydən,
اِنَّكَ لَطِيْفٌ لِّمَا تَشَاۤءُ۔
həqiqətən Sən istədiyinə mehribansan.