EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
CÜMƏ GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə.Həmd-səna əvvəl olan Allaha məxsusdur ki, yaratmaqdan və diriltməkdən qabaqdır; həmd-səna axır olan Allaha məxsusudur ki, hər şey fani olduqdan sonradır; həmd-səna alim olan Allaha məxsusdur ki, Onu yad edəni unutmur, Ona şükür edəndən (nemətini) əskiltmir, Onu çağıranı naümid etmir, Ona ümid bağlayanın ümidini qırmır. Ey Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin mənə yetər, Sənin bütün mələklərini, səmalarının sakinlərini və ərşini daşıyanları, göndərdiyin peyğəmbərləri və elçiləri, yaratdığın bütün məxluqatı şahid tuturam və şəhadət verirəm ki, Sən o Allahsan ki, Səndən qeyri İlah yoxdur, yeganəsən və şərikin, tayın-bərabərin yoxdur, sözünə xilaf çıxmaz və onu dəyişməzsən; (həmçinin şəhadət verirəm ki,) Məhəmməd – Allahın salamı olsun ona və xanidanına – Sənin bəndən və elçindir, o, bəndələrə çatdırmaq üçün ona tapşırdıqlarını çatdırdı, izzətli və cəlalətli Allah yolunda layiqincə cihad etdi, haqq olan savabı müjdə verdi, haqq olan əzab ilə qorxutdu. Ey Allahım, nə qədər ki sağam, məni Öz dinində sabitqədəm et, məni hidayət etdikdən sonra azdırma, Öz tərəfindən mənə rəhmət bəxş et, həqiqətən Sən çox bəxş edənsən; Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, məni onun davamçılarından və ardıcıllarından qərar ver, məni onun zümrəsində məhşur et (məhşərə gətir), cümə günlərində vacib əməlləri və mənə vacib etdiyin itaətləri yerinə yetirməyə, həmçinin Qiyamət günü cümə əhlinə qismət etdiyinə məni müvəffəq et, həqiqətən Sən izzət və hikmət sahibisən. </b></font>
اَلْحَمْدُ لِلّٰهِ الْاَوَّلِ قَبْلَ الْاِنْشَاۤءِ وَالْاِحْيَاۤءِ
وَالْاٰخِرِ بَعْدَ فَنَاۤءِ الْاَشْيَاۤءِ
الْعَلِيْمِ الَّذِىْ لَا يَنْسٰى مَنْ ذَكـَرَهٗ
وَ لَا يَنْقُصُ مَنْ شَكـَرَهٗ
وَ لَا يَخِيْبُ مَنْ دَعَاهُ
وَ لَا يَقْطَعُ رَجَاۤءَ مَنْ رَجَاهُ
اَللّٰهُمَّ اِنِّىْ اُشْهِدُكَ
وَ كَفٰى بِكَ شَهِيْدًا
وَّ اُشْهِدُ جَمِيْعَ مَلَاۤئِكَتِكَ
وَ سُكَّانَ سَمٰوَاتِكَ
وَ حَمَلَةَ عَرْشِكَ
وَ مَنْ بَعَثْتَ مِنْ اَنْبِيَاۤئِكَ وَ رُسُلِكَ
وَ اَنْشَاْتَ مِنْ اَصْنَافِ خَلْقِكَ
اَنِّىْ اَشْهَدُ اَنَّكَ اَنْتَ اللهُ
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ وَحْدَكَ
لَا شَرِيْكَ لَكَ وَ لَا عَدِيْلَ
وَ لَا خُلْفَ لِقَوْلِكَ وَ لَا تَبْدِيْلَ
وَ اَنَّ مُحَمَّدً صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ عَبْدُكَ وَ رَسُوْلُكَ
اَدّٰى مَا حَمَّلْتَهٗ اِلَى الْعِبَادِ
وَجَاهَدَ فِىْ اللهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ
وَ اَنَّهٗ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ
وَ اَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ
اَللّٰهُمَّ ثَبِّتْنِىْ عَلٰى دِيْنِكَ مَا اَحْيَيْتَنِىْ
وَ لَا تُزِغْ قَلْبِىْ بَعْدَ اِذْ هَدَيْتَنِىْ
وَ هَبْ لِىْ مِنْ لَدُنْكَ رَحْمَةً
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ عَلٰى اٰلِ مُحَمَّدٍ
وَّاجْعَلْنِىْ مِنْ اَتْبَاعِهٖ وَ شِيْعَتِهٖ
وَاحْشُرْنِىْ فِىْ زُمْرَتِهٖ
وَ وَفِّقْنِىْ لِاَدَاۤءِ فَرْضِ الْجُمُعَاتِ
وَ مَا اَوْجَبْتَ عَلَىَّ فِيْهَا مِنَ الطَّاعَاتِ
وَ قَسَمْتَ لِاَهْلِهَا مِنَ الْعَطَاۤءِ
فِىْ يَوْمِ الْجَزَاۤءِ
اِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُ۔