Müxtəlif sənədlərlə nəql olunan bu namaz günahların bağışlanması və istəklərin həyata keçməsində təsirlidir. Cəfər Təyyar namazının başqa adı "Təsbih namazı"dır. Şiə və əhli-sunnə bu namazı mütəvatir hədislərlə nəql etmişlər. Cəfər Təyyar namazı dörd rəkətdir, iki rəkət-iki rəkət qılınır. Birinci rəkətdə
Fatihədən sonra
Zəlzələ surəsi, ikinci rəkətdə
Fatihədən sonra
Adiyat surəsi, üçüncü rəkətdə
Fatihədən sonra
Nəsr surəsi, dördüncü rəkətdə
Fatihədən sonra
İxlas surəsi oxunur. Hər rəkətdə
Fatihə və "Surə"ni (
Zəlzələ,
Adiyat,
Nəsr,
İxlas) oxuduqdan sonra on beş dəfə "Təsbihati-ərbə`ə" oxunur:
سُبْحَانَ اللّٰهِ
Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Bu zikr rükunun zikrini dedikdən sonra on dəfə, rükudan qalxıb ayaq üstə dayandıqda on dəfə, birinci səcdədə səcdənin zikrini dedikdən sonra on dəfə, birinci səcdədən qalxıb əyləşdikdə on dəfə, ikinci səcdədə səcdənin zikrindən sonra on dəfə, ikinci səcdədən qalxıb əyləşdikdə (ayağa qalxmazdan qabaq) on dəfə oxunur (bir rəkətdə bu zikr 75 dəfə deyilir). İkinci rəkət də eyni qayda ilə qılınır və axırıncı on zikr ikinci səcdədən qalxıb əyləşdikdə, təşəhüddən qabaq deyilir. İkinci iki rəkət də həmin qayda ilə qılınır (ümumilikdə bu zikr bu namazda 300 dəfə deyilir).
Mərhum Şeyx Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, dördüncü rəkətin axırıncı səcdəsində "təsbiahti-ərbə`ə"dən sonra bunu de:
سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ
Təsbih deyirəm izzət və vüqar sahibinə. Təsbih deyirəm alicənablıqla mehribanlıq göstərən və əziz tutan kəsə. Təsbih deyirəm o kəsə ki, Ondan qeyrisi təsbihə layiq deyildir. Təsbih deyirəm o kəsə ki, Onun elmi hər şeyə əhatə etmişdir. Təsbih deyirəm ehsan və nemətlər sahibinə. Təsbih deyirəm qüdrət və kərəm sahibinə. Ey Allahım, ərşinin izzət məkanlarına, Kitabının rəhmətinin nəhayətinə, əzəmətli adına, kamil sədaqət və ədalət olan kamil kəlmələrinə xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun Əhli-beytinə salam göndərəsən, mənim üçün belə və belə edəsən.
سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ
سُبْحَانَ مَنْ لَا يَنْبَغِيْ التَّسْبِيْحُ اِلَّا لَهُ
سُبْحَانَ مَنْ اَحْصٰى كُلَّ شَيْءٍ عِلْمُهُ
سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ
سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ
وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ
وَ كَلِمَاتِكَ التَّآمَّةِ
الَّتِي تَمَّتْ صِدْقًا وَ عَدْلًا
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
وَ افْعَلْ بِيْ كَذَا وَ كَذَا۔
"Mənim üçün belə və belə edəsən" cümləsinin yerinə öz istəklərini de (dua və istəklərini həm ərəbcə, həm də öz dilində deyə bilərsən). Əgər bu duanı əzbərdən bilməsən və onu sənə oxuyacaq bir nəfər də olmasa, səcdədən qalxıb əyləşərək və səcdə vəziyyətinə işarə edərək bu duanı oxu.
Əllamə Məclisi yazır: Mərhum Şeyx Tusi və Seyid İbn Tavus nəql edirlər ki, Mufəzzəl ibn Ömər dedi: "Bir gün gördüm ki, İmam Sadiq (ə) Cəfər Təyyar namazını qılır. O həzrət namazı qılıb qurtardıqdan sonra əllərini qaldırıb nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا رَبِّ يَا رَبِّ»
Ey Rəbb, Ey Rəbb!
Sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا رَبَّاهُ يَا رَبَّاهُ»
Ey Rəbbim, Ey Rəbbim!
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا اَللهُ يَا اَللهُ»
Ya Allah, Ya Allah!
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا حَىُّ يَا حَىُّ»
Ey diri, Ey diri!
«يَا رَحِيْمُ يَا رَحِيْمُ»
Ey Rəhim, Ey Rəhim!
Daha sonra yeddi dəfə dedi:
«يَا رَحْمٰنُ يَا رَحْمٰنُ»
Ya Rəhman, Ya Rəhman!
«يَا اَرْحَمَ الرَّاحِمِيْنَ»
Ey ən çox mərhəmət sahibi!
اَللّٰهُمَّ اِنِّيْ اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ
Ey Allahım, kəlama Sənin sitayişinlə başlayır və Səni mədh edirəm; Səni uca tuturam, belə ki, Sənin mədhinin sonu yoxdur, mən Səni sitayiş edirəm. Kim Sənin sitayişinin nəhayətinə və ucalığına çata bilər?! Məxluqat Sənin ucalığını necə dərk edə bilər?! Sən nə zaman fəzlinə görə sitayiş olunmamısan, yaxud uca tutulmamısan, yaxud səbrinlə (mömin) günahkarlara nəzər qılmamısan?! Yerin sakinləri Sənə itaətdən boyun qaçırdılar, lakin Sən səxavətinlə onlara qarşı mehriban oldun, fəzlinlə onlara bəxş etdin, kərəminlə onlara nəzər qıldın. Ey o kəs ki, Səndən qeyri İlah yoxdur, Sən səxavət, cəlalət və ikram sahibisən.
وَ اَنْطِقُ بِالثَّنَاۤءِ عَلَيْكَ
وَ اُمَجِّدُكَ وَ لَا غَايَةَ لِمَدْحِكَ
وَ اُثْنِيْ عَلَيْكَ وَ مَنْ يَبْلُغُ غَايَةَ ثَنَاۤئِكَ وَ اَمَدَ مَجْدِكَ
وَ اَنَّى لِخَلِيْقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ
وَ اَيَّ زَمَنٍ لَمْ تَكُنْ مَمْدُوْحًا بِفَضْلِكَ
عَوَّادًا عَلَى الْمُذْنِبِيْنَ بِحِلْمِكَ
تَخَلَّفَ سُكَّانُ اَرْضِكَ عَنْ طَاعَتِكَ
فَكُنْتَ عَلَيْهِمْ عَطُوْفًا بِجُوْدِكَ
يَا لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ الْمَنَّانُ
ذُو الْجَلَالِ وَ الْاِكْرَامِ۔
Sonra İmam Sadiq (ə) buyurdu: "Ey Mufəzzəl, böyük çətinliyə düşdüyün vaxt Cəfər Təyyar namazını qıl və Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər.
Şeyx Tusi hacətin yerinə yetməyi üçün İmam Sadiqdən (ə) rəvayət edib:
Çərşənbə axşamı, cümə axşamı və cümə günü oruc tut. Cümə axşamı sona çatdıqda 10 miskinə bir müdd (təqribən 10 sir miqdarında, 750 qr.) yemək sədəqə ver. Cümə gününün başlanğıcında qüsl et və çölə tərəf get, cənab Cəfərin namazını qıl, dizlərini açaraq yerə qoy və de:
يَا مَنْ اَظْهَرَ الْجَمِيْلَ
Ey gözəlliyi ortaya çıxaran və çirkinliyi (mənə) örtən, ey günaha görə qulları cəzalandırmayan və -günahkarların- pərdəsini cırmayan; ey əfvi uca olan, ey -qüsurlarından- gözəlliklə keçən, ey bağışlamağı (məğfirəti) geniş olan, ey rəhmət üçün əlləri açıq olan, ey bütün pıçıliılardan xəbərdar olan, ey bütün şikayətlərin mərcii (qayıdış yeri), ey yanlış işləri bağışlayan, ey bağışlaması kərim olan, ey lütfkarlığı böyük olan, ey qullara ləyaqətləri çatmadan nemət verən, ey rəbbim, ey rəbbim, ey rəbbim!
وَ سَتَرَ [عَلَيَ] الْقَبِيْحَ
يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيْرَةِ
وَ لَمْ يَهْتِكِ السِّتْرَ
يَا وَاسِعَ الْمَغْفِرَةِ
يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ
يَا صَاحِبَ كُلِّ نَجْوٰى
وَ مُنْتَهٰى كُلِّ شَكْوٰى
يَا مُقِيْلَ الْعَثَرَاتِ
يَا مُبْتَدِئًا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا
يَا رَبَّاهُ يَا رَبَّاهُ يَا رَبَّاهُ،
«يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ»
Ey Allah, Ey Allah, Ey Allah!
«يَا سَیِّدَاهُ يَا سَيِّدَاهُ»
Ey Ağam!
«يَا مَوْلَايَاهُ،يَا مَوْلَايَاهُ»
Ey Mövlam!
«يَا رَجَاۤءَاهُ»
Ey ümidim!
«يَا غِيَاثَاهُ»
Ey pənahım!
«يَا غَايَةَ رَغَبَتَاهُ»
Ey rəğbətimin son nöqtəsi!
«يَا رَحْمٰنُ»
Ey mərhəmətli!
«يَا مُعْطِىَ الْخَيْرَاتِ»
Ey xeyir əta edən!
«صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Öz bəndələrindən birinə göndərdiyin ən fəzilətli salavatlar kimi Məhəmməd və Ali Məhəmmədə çoxlu pakizə salavat göndər.
كَاَفْضَلِ مَا صَلَّيْتَ عَلٰى اَحَدٍ مِنْ خَلْقِكَ»
Daha sonra hacətini istə.
Hacətlərin yerinə yetməsi üçün bu üç gün ərzində oruc tutmaq və cümə günü zöhr vaxtı iki rəkət müstəhəb namaz qılmaq barədə çoxlu rəvayət varid olmuşdur.