"Ədilə" duasını oxumaq və onun mənasını yadda saxlamaq, ölüm vaxtı haqdan batilə keçməyin qarşısını almaqdan ötrüdür.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Bağışlayan və mehriban Allahın adı ilə! Allah, mələklər və ədaləti bərpa edən elm sahibləri Ondan başqa heç bir tanrının olmadığına şəhadət verir. O, qüdrətli və hikmət sahibidir. Həqiqətən, Allah yanında yeganə din İslam dinidir. Mən zəif, günahkar, üsyankar, möhtac və kiçik bəndəyəm. Zatı barəsində Özü, mələkləri və bəndələrindən olan elm sahibləri Ondan başqa heç bir tanrının olmadığına, nemət və ehsan, əzəli qüdrət sahibi, daimi alim, yeganə olan diri və əbədi varlıq, eşidən və görən, hər şeyi bilən və ehtiyacsız olduğuna dair şəhadət verdiyi kimi, mən də nemət sahibim, məni yaradan, ruzi verənim və mənə ehsan edənə şəhadət verirəm. O, bu sifətlərə layiqdir. O, qüdrət və qüvvət yaranmamışdan qabaq güclü, elm və səbəb yaranmazdan öncə alim, mülk və mal mövcud olmazdan qabaq hökmdar idi. Bütün hallarda hər bir eyib və nöqsandan uzaqdır. Varlığı əvvəldən əvvəl və hər bir əzəlidən əzəlidir. Baqi qalması yer dəyişmədən və haldan-hala düşmədəndir. Əvvəldə və sonda imkanlı, batində və zahirdə ehtiyacsızdır, hökmündə zülm, iradəsində yanlışlıq və təqdirində ədalətsizlik yoxdur. Onun hakimiyyət dairəsindən qaçmaq mümkün deyil, qəzəbinin şiddətindən pənah yeri yoxdur və intiqamından qurtulmaq mümkünsüzdür. Rəhməti qəzəbini üstələmişdir. İstədiyi kəsin Onun əlindən çıxması mümkün deyil. O, vəzifənin (dini göstərişlərin) icrasında maneələri aradan qaldırmış, zəiflə güclüyə eyni şəkildə müvəffəqiyyət əta etmişdir. Vəzifənin (dini göstərişlərin) icrasını mümkün etmiş və haramdan qaçmaq yolunu asanlaşdırmışdır. İnsana gücü çatacaq qədər vəzifə təyin etmişdir. O, eyiblərdən pak və uzaqdır. Onun kəraməti aşkar və məqamı ucadır. O, bütün eyiblərdən pak və uzaq, bəxşişi artıq, ehsanı böyükdür. Peyğəmbərləri ədalətini bəyan etmək üçün göndərmiş və vəsiləri lütf və mərhəmətini aşkar etmək üçün seçmişdir. Bizi peyğəmbərlərinin sərvəri, övliyaların ən fəzilətlisi, seçilmişlərin ən üstünü, pakların ən ucası olan Məhəmmədin (Allahın salavat və salamı olsun ona və Əhli-beytinə) ümməti təyin vermişdir. Biz Ona, bizi dəvət etdiklərinə, Allahın ona göndərdiyi Qurana və "Qədir-Xum" günü öz yerinə canişin təyin edərək "Bu Əlidir! – deyə buyurduğu kəlamına iman gətirmişik. Şəhadət verirəm ki, xeyirxah imamlar və seçilmiş Peyğəmbərdən sonra bəyənilmiş xəlifələr məhz bunlardır: kafirləri həlak edən Əli, ondan sonra övladlarının sərvəri Həsən ibn Əli, sonra onun qardaşı, Peyğəmbərin nəvəsi və Allahın razılığına tabe olan Hüseyn, sonra ibadət əhli Əli, sonra elmləri açan Məhəmməd Baqir, sonra Cəfəri Sadiq, sonra Musa Kazim, sonra Əli Rza, sonra Məhəmməd Təqi, sonra Əli Nəqi, sonra Həsən Əskəri, sonra haqq canişin, qiyam edən, intizarı çəkilən və ümid yeri Məhdi! Belə ki, dünyanın qalması onun qalmasından asılıdır, onun bərəkəti ilə bəndələr ruzi yeyir, yer və göy onun vücudu ilə durur, onun vasitəsilə Allah-Taala yer üzünü zülm və haqsızlıqla dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır. Şəhadət verirəm ki, onların sözləri höccət, əmrlərini yerinə yetirmək, onlara itaət etmək və məhəbbət bəsləmək vacibdir. Onlara iqtida etmək qurtuluş, onlarla müxalifətçilik isə həlakətdir. Onlar bütün cənnət əhlinin sərvərləri, qiyamət gününün şəfaətçiləri, şübhəsiz, yer əhlinin imamları və Allahın razı olduğu canişinlərin ən fəzilətlisidirlər. Şəhadət verirəm ki, ölüm haqdır, qəbir sorğu-sualı haqdır, qəbirdən baş qaldırmaq haqdır, yenidən dirilmək haqdır, sirat haqdır, mizan (tərəzi) haqdır, hesab haqdır, kitab haqdır, cənnət haqdır, cəhənnəm haqdır, qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. İlahi, mərhəmətin mənim ümidim, kərəm və rəhmətin isə arzumdur! Cənnətə layiq n əməlim və razılığını ələ gətirə biləcək itaətim yoxdur. Yalnız yeganəlik və ədalətinə etiqad bəsləmiş, ehsan və mərhəmətinə bel bağlamış, bəyənib-sevdiyin Peyğəmbər və onun Əhli-beytini dərgahına şəfaətçi gətirmişəm. Sən kəramət əhlinin ən kəramətlisi, mehribanların ən mehribanısan! Peyğəmbərimiz Məhəmməd və onun pak-pakizə Əhli-beytinə salam yetir. Onlara hədsiz salam yetir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, ey mehribanların ən mehribanı! Bu yəqinimi və dində sabitqədəmliyimi Sənə tapşırdım və Sən ən yaxşı əmanətdarsan. Sən Özün bizə əmanətə vəfadarlığı əmr etmisən və onu mənə ölümüm çatan zaman qaytar. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
شَهِدَ اللهُ اَنَّهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
وَالْمَلَاۤئِكَةُ وَاُوْلُوْا الْعِلْمِ
لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِيْزُ الْحَكِيْمُ،
اِنَّ الدِّيْنَ عِنْدَ اللهِ الْاِسْلَامُ،
وَاَنَا الْعَبْدُ الضَّعِيْفٌ الْمُذْنِبُ
الْعَاصِىُ الْمُحْتَاجُ الْحَقِيْرُ،
اَشْهَدُ لِمُنْعِمِىْ وَخَالِقِىْ
وَشَهِدَتْ لَهُ الْمَلَاۤئِكَةُ
وَاُوْلُوْ الْعِلْمِ مِنْ عِبَادِهِ
بِاَنَّهُ لَا اِلٰـهَ اِلَّا هُوَ
ذُوْ النِّعَمِ وَالْاِحْسَانِ
وَالْكَرَمِ وَالْاِمْتِنَانِ،
يَسْتَحِقُّ هٰذِهِ الصِّفَاتِ
وَهُوَ عَلٰى مَا هُوَ عَلَيْهِ فِىْ عِزِّ صِفَاتِهِ،
كَانَ قَوِيًّا قَبْلَ وُجُوْدِ الْقُدْرَةِ وَالْقُوَّةِ،
وَكَانَ عَلِيْمًا قَبْلَ اِيْجَادِ الْعِلْمِ وَالْعِلَّةِ،
لَمْ يَزَلْ سُلْطَانًا اِذْ لَا مَمْلَكَةَ وَلَا مَالَ،
وَلَمْ يَزَلْ سُبْحَانًا عَلٰى جَمِيْعِ الْاَحْوَالِ
وُجُوْدُهُ قَبْلَ الْقَبْلِ فِىْ اَزَلِ الْاٰزَالِ
وَبَقَاۤؤُهُ بَعْدَ الْبَعْدِ مِنْ غَيْرِ اِنْتِقَالٍ وَلَا زَوَالٍ،
غَنِىٌّ فِى الْاَوَّلِ وَالْاٰخِرِ،
مُسْتَغْنٍ فِى الْبَاطِنِ وَالظَّاهِرِ،
لَا جَوْرَ فِىْ قَضِيَّتِهِ
وَلَا مَيْلَ فِىْ مَشِيَّتِهِ،
وَلَا ظُلْمَ فِىْ تَقْدِيْرِهِ
وَلَا مَهْرَبَ مِنْ حُكُوْمَتِهِ،
وَلَا مَلْجَاَ مِنْ سَطَوَاتِهِ
وَلَا مَنْجَا مِنْ نَقِمَاتِهِ،
سَبَقَتْ رَحْمَتُهُ غَضَبَهُ
وَلَا يَفُوْتُهُ اَحَدٌ اِذَا طَلَبَهُ،
اَزَاحَ الْعِلَلَ فِى التَّكْلِيْفِ
وَسَوَّىْ التَّوْفِيْقَ بَيْنَ الضَّعِيْفِ وَالشَّرِيْفِ،
مَكَّنَ اَدَاۤءَ الْمَاْمُوْرِ
وَسَهَّلَ سَبِيْلَ اجْتِنَابِ الْمَحْظُوْرِ،
لَمْ يُكَلِّفِ الطَّاعَةَ اِلَّا دُوْنَ الْوُسْعِ والطَّاقَةِ،
سُبْحَانَهُ مَا اَبْيَنَ كَرَمَهُ
سُبْحَانَهُ مَا اَجَلَّ نَيْلَهُ
بَعَثَ الْاَنْبِيَاۤءَ لِيُبَيِّنَ عَدْلَهُ
وَنَصَبَ الْاَوْصِيَاۤءَ لِيُظْهِرَ طَوْلَهُ وَفَضْلَهُ،
وَجَعَلَنَا مِنْ اُمَّةِ سَيِّدِ الْاَنْبِيَاۤءِ
وَاَفْضَلِ الْاَصْفِيَاۤءِ
وَاَعْلَى الْاَزْكِيَاۤءِ
مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ وَسَلَّمَ،
اٰمَنَّا بِہِ وَبِمَا دَعَانَا اِلَيْهِ
وَبِالْقُرْاٰنِ الَّذِىْ اَنْزَلَهُ عَلَيْهِ
وَبِوَصِيِّهِ الَّذِىْ نَصَبَهُ يَوْمَ الْغَدِيْرِ
وَاَشَارَ بِقَوْلِهِ هٰذَا عَلِىٌّ اِلَيْهِ،
وَاَشْهَدُ اَنَّ الْاَئِمَّةَ الْاَبْرَارَ
وَالْخُلَفَاۤءَ الْاَخْيَارَ
بَعْدَ الرَّسُوْلِ الْمُخْتَارِ،
عَلِىٌّ قَامِعُ الْكُفَّارِ
وَمِنْ بَعْدِهِ سَيِّدُ اَوْلَادِهِ الْحَسَنُ بْنُ عَلِىٍّ
ثُمَّ اَخُوْهُ السِّبْطُ التَّابِعُ لِمَرْضَاتِ اللهِ الْحُسَيْنُ،
ثُمَّ الْعَابِدُ عَلِىٌّ،
ثُمَّ الْبَاقِرُ مُحَمَّدٌ،
ثُمَّ الصَّادِقُ جَعْفَرٌ،
ثُمَّ الْكَاظِمُ مُوْسٰى،
ثُمَّ التَّقِىُّ مُحَمَّدٌ،
ثُمَّ النَّقِىُّ عَلِىٌّ،
ثُمَّ الزَّكِىُّ الْعَسْكَرِىُّ الْحَسَنُ،
ثُمَّ الْحُجَّةُ الْخَلَفُ الْقَاۤئِمُ
الْمُنْتَظَرُ الْمَهْدِىُّ الْمُرْجَى
الَّذِىْ بِبَقَاۤئِهِ بَقِيَتِ الدُّنْيَا،
وَبِيُمْنِهِ رُزِقَ الْوَرٰى،
وَبِوُجُودِهِ ثَبَتَتِ الْاَرْضُ وَالسَّمَاۤءُ
وَبِهِ يَمْلَاُ اللهُ الْاَرْضَ قِسْطًا وَعَدْلًا
بَعْدَ مَا مُلِئَتْ ظُلْمًا وَجَوْرًا،
وَاَشْهَدُ اَنَّ اَقْوَالَهُمْ حُجَّةٌ
وَامْتِثَالَهُمْ فَرِيْضَةٌ
وَطَاعَتَهُمْ مَفْرُوْضَةٌ
وَمَوَدَّتَهُمْ لَازِمَةٌ مَقْضِيَّةٌ،
وَالْاِقْتِدَاۤءَ بِهِمْ مُنْجِيَةٌ،
وَمُخَالَفَتَهُمْ مُرْدِيَةٌ،
وَهُمْ سَادَاتُ اَهْلِ الْجَنَّةِ اَجْمَعِيْنَ،
وَشُفَعَاۤءُ يَوْمِ الدِّيْنِ
وَاَئِمَّةُ اَهْلِ الْاَرْضِ عَلَى الْيَقِيْنِ،
وَاَفْضَلُ الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ،
وَاَشْهَدُ اَنَّ الْمَوْتَ حَقٌّ
وَمُسَاۤءَلَةَ الْقَبْرِ حَقٌّ
وَاَنَّ السَّاعَةَ اٰتِيَةٌ لَا رَيْبَ فِيْهَا،
وَاَنَّ اللهَ يَبْعَثُ مَنْ فِى الْقُبُورِ،
اَللّٰـهُمَّ فَضْلُكَ رَجَاۤئِىْ
وَكَرَمُكَ وَرَحْمَتُكَ اَمَلِىْ
لَا عَمَلَ لِىْ اَسْتَحِقُّ بِهِ الْجَنَّةَ،
وَلَا طَاعَةَ لِىْ اَسْتَوْجِبُ بِهَا الرِّضْوَانَ
اِلَّا اَنِّى اعْتَقَدْتُ تَوْحِيْدَكَ وَعَدْلَكَ،
وَارْتَجَيْتُ اِحْسَانَكَ وَفَضْلَكَ،
وَتَشَفَّعْتُ اِلَيْكَ بِالنَّبِىِّ وَاٰلِهِ مَنْ اَحِبَّتِكَ
وَاَنْتَ اَكْرَمُ الْاَكْرَمِيْنَ
وَاَرْحَمُ الرَّاحِمِيْنَ،
وَصَلَّى اللهُ عَلٰى نَبِيِّنَا مُحَمَّدٍ
الطَّيِّبِيْنَ الطَّاهِريْنَ
وَسَلَّمَ تَسْلِيْمًا كَثِيْرًا كَثِيْرًا
وَلَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ
اَللّٰـهُمَّ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
اِنِّى اَوْدَعْتُكَ يَقِيْنِى هٰذَا وَثَبَاتَ دِيْنِىْ
وَاَنْتَ خَيْرُ مُسْتَوْدَعْ
وَقَدْ اَمَرْتَنَا بِحِفْظِ الْوَدَاۤئِعِ
فَرُدَّهُ عَلَىَّ وَقْتَ حُضُوْرِ مَوْتِىْ
وَ عِنْدَ مَسَاۤءَلَۃِ مُنْکَرٍ وَ نَكِیْرٍ
بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Mötəbər dualarda belə deyilir:
اَللّٰهُمَّ اِنِّيْ اَعُوْذُ بِكَ مِنَ الْعَدِيْلَةِ عِنْدَ الْمَوْتِ و عَدِيْلَۃِ عِنْدَ الْمَوْتِ
İlahi, ölüm zamanı "ədilə"dən (haqdan dönüb batilə üz tutmaqdan) Sənə pənah aparıram!
Burada "ədilətun indəl məvt"ın mənası, yəni, ölən zaman haqdan batilə keçmək, elə ki, ölüm halında şeytan insanın başının üstünü kəsdirir və onun həqiqətə olan imanında şübhələr yaradır, nəticədə insan imanından çıxır, yəni haqdan batilə keçir. Bu səbəbdən də dualarda şeytandan Allaha pənah aparılır (Əuzu billəhi minəş şeytanir rəcim). Fəxrul-Mühəqqiqin buyurur: "Hər kim istəsə, bundan xilas olsun, gərək ölüm halında, imanın və üsuliddinin möhkəm dəlillərini yadında saxlasın və özünü Allaha tapşırsın. Ölüm zamanı Allah-taala yenidən ona bunları qaytarsın, belə ki, bu əqidələri və sübut-dəlilləri sadaladıqdan sonra desin:
اَللّٰهُمَّ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
İlahi, ey mehribanların ən mehribanı! Bu yəqinimi və dində sabitqədəmliyimi Sənə tapşırdım və Sən ən yaxşı əmanətdarsan. Sən Özün bizə əmanətə vəfadarlığı əmr etmisən və ölümüm çatan zaman onu mənə qaytar.
اِنِّيْ قَدْ اَوْدَعْتُكَ يَقِيْنِي هٰذَا وَ ثَبَاتَ دِيْنِيْ
وَ اَنْتَ خَيْرُ مُسْتَوْدَعٍ
وَ قَدْ اَمَرْتَنَا بِحِفْظِ الْوَدَاۤئِعِ
فَرُدَّهُ عَلَيَّ وَقْتَ حُضُوْرِ مَوْتِيْ