ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
NUR DUASI
Seyid İbn Tavus öz kitabında Salmandan nəql edir ki, Xanım Fatimeyi-Zəhra (s.ə): "Bu dünyada yaşadığınız müddətcə qızdırmanın zərərinin sizə toxunmasını istəmirsinizsə, bu duanı oxuya bilərsiniz" deyə buyurub. Dua belədir:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhim və Rəhman Allahın adı ilə. Nur olan Allahın adı ilə. Nurun nuru olan Allahın adı ilə. Nur üzərində nur olan Allahın adı ilə. Bütün işləri idarə edən Allahın adı ilə. Nurdan nur yaradan Allahın adı ilə. Nurdan nur yaradan, Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda), açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun. İzzəti ilə xatırlanan, fəxrlə tanınan, həm xoşluqla (möminlər tərəfindən), həm də ikrahla (kafirlər tərəfindən) şükr olunan Allaha həmd olsun. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun!
بِسْمِ اللهِ النُّوْرِ
بِسْمِ اللهِ نُوْرِ النُّوْرِ
بِسْمِ اللهِ نُوْرٌ عَلٰى نُوْرٍ
بِسْمِ اللهِ الَّذِىْ هُوَ مُدَبِّرُ الْاُمُوْرِ
بِسْمِ اللهِ الَّذِىْ خَلَقَ النُّوْرَ مِنَ النُّوْرِ
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ خَلَقَ النُّوْرَ مِنَ النُّوْرِ
وَاَنْزَلَ النُّوْرَ عَلىَ الطُّوْرِ
فِىْ كِتَابٍ مَسْطُوْرٍ
فِىْ رَقٍّ مَنْشُوْرٍ
بِقَدَرٍ مَقْدُوْرٍ
عَلٰى نَبِيٍّ مَحْبُوْرٍ
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ هُوَ بِالْعِزِّ مَذْكُوْرٌ
وَبِالْفَخْرِ مَشْهُوْرٌ
وَعَلَى السَّرَّاۤءِ وَالضَّرَّاۤءِ مَشْكُوْرٌ
وَصَلَّى اللهُ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَاٰلِهِ الطَّاهِرِيْنَ۔
Salmani-Farsi Allaha and içir ki, mən bu duanı Məkkə və Mədinə əhalisindən qızdırmaya tutulmuş min nəfərə öyrətdim, onların hamısı duanı oxuyandan sonra Allahın izni ilə şəfa tapdı.