⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
FƏCR VƏ QÜRUB VAXTI YERİNƏ YETİRİLƏN ƏMƏLLƏR
1. İmam Sadiq (ə) buyurub: Hər kim günəş doğmamışdan qabaq və günəş qürub etməmişdən qabaq on dəfə bu zikrləri desə, həmin günün günahlarının kəffarəsi olar:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri ilah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
yeganədir və şəriki yoxdur,
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
hökmdarlıq və həmd-səna Ona məxsusdur,
يُحْيِيْ وَ يُمِيْتُ وَ يُمِيْتُ وَ يُحْيِيْ
O dirildir və öldürür, öldürür və dirildir,
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
O diridir və ölmür,
بِيَدِهِ الْخَيْرُ
xeyir Onun əlindədir,
وَ هُوَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ ۔
O hər şeyə qadirdir.
2. Bir çox mötəbər hədislərdə İmam Sadiq (ə) buyurub: "Günəş doğmamışdan və qürub etməmişdən qabaq on dəfə bu kəlmələri de:
اَعُوْذُ بِاللّٰهِ السَّمِيْعِ الْعَلِيْمِ
Eşidən və bilən Allaha pənah aparıram
مِنْ هَمَزَاتِ الشَّيَاطِيْنِ
şeytanların vəsvəsələrindən,
وَ اَعُوْذُ بِاللّٰهِ اَنْ يَحْضُرُوْنِ
ey Rəbbim, onların mənim yanımda hazır olmasından Sənə (Allaha) pənah aparıram,
اِنَّ اللهَ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ۔
həqiqətən Allah eşidən və biləndir.
3. "Fəllahul-sail" kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurdu: "Nə olar ki, hər sübh və şam bu duanı oxuyasınız:
اَللّٰهُمَّ مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ
Ey Allahım, ey qəlbləri və gözləri dəyişdirən,
ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ
mənim qəlbimi Öz dinində sabit et,
وَ لَا تُزِغْ قَلْبِيْ بَعْدَ اِذْ هَدَيْتَنِيْ
məni hidayət etdikdən sonra qəlbimi (haqq yoldan) azdırma,
وَ هَبْ لِي مِنْ لَّدُنْكَ رَحْمَةً
Öz tərəfindən mənə rəhmət bəxş et,
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
həqiqətən Sən bəxş edənsən
وَ اَجِرْنِي مِنَ النَّارِ بِرَحْمَتِكَ
və Öz rəhmətinlə mənə oddan pənah ver.
اَللّٰهُمَّ امْدُدْ لِي فِي عُمْرِيْ
Ey Allahım, ömrümü uzun (et)
وَ اَوْسِعْ عَلَيَّ فِي رِزْقِيْ
və ruzimi bol et,
وَ انْشُرْ عَلَيَّ رَحْمَتَكَ
Öz rəhmətini mənə aç;
وَ اِنْ كُنْتُ عِنْدَكَ فِيْ اُمِّ الْكِتَابِ شَقِيًّا
əgər mənim adım Sənin dərgahındakı Ummul-kitabda bədbəxtlər zümrəsində yazılıbsa,
فَاجْعَلْنِيْ سَعِيْدًا
məni xoşbəxtlərdən et,
فَاِنَّكَ تَمْحُوْ مَا تَشَاۤءُ وَ تُثْبِتُ
çünki Sən istədiyini məhv edir və istədiyini səbt edirsən,
وَ عِنْدَكَ اُمُّ الْكِتَابِ۔
Ummul-kitab Sənin dərgahındadır.
4. Mərhum Şeyx Kuleyni mötəbər sənədlə nəql edir ki, bir kişi İmam Sadiqin (ə) yanına gəlib ərz etdi: "Mənə bir dua öyrədin ki, onu hər sübh və şam öyrədin." İmam Sadiq (ə) buyurdu: "Belə de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ يَفْعَلُ مَا يَشَاۤءُ
Həmd-səna o Allaha məxsusdur ki, istədiyini edir
وَ لَا يَفْعَلُ مَا يَشَاۤءُ غَيْرُهُ
və Ondan qeyrisi istədiyi hər işə qadir deyildir;
اَلْحَمْدُ لِلّٰهِ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّحْمَدَ
həmd-səna Allaha məxsusdur, elə bir həmd ki, Allah Ona belə həmd edilməsini sevir;
الْحَمْدُ لِلّٰهِ كَمَا هُوَ اَهْلُهُ
həmd-səna Allaha məxsusdur, elə bir həmd ki, O buna layiqdir.
اَللّٰهُمَّ اَدْخِلْنِيْ فِي كُلِّ خَيْرٍ اَدْخَلْتَ فِيْهِ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədi daxil etdiyin hər xeyirə məni də daxil et,
وَ اَخْرِجْنِيْ مِنْ كُلِّ شَرٍّ اَخْرَجْتَ مِنْهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
Məhəmməd və Ali-Məhəmmədi xaric etdiyin hər şərdən məni də xaric et,
صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Allahın salamı olsun Məhəmmədə və Ali-Məhəmmədə.
5. Mərhum Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Sadiq (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql etmişdir: "Cənnətdə gözəl otaqlar vardır ki, mənim ümmətimdən gözəl söz danışan, camaata təam verən, qarşılaşdıqları insanlara salam verən və gecə camaat yatdığı vaxt namaz qılan kəslər bu otaqlarda məskunlaşarlar." O həzrət burada buyurdu: "Gözəl söz, sübh və şam bu zikrləri on dəfə deməkdir:
سُبْحَانَ اللّٰهِ
Allaha təsbih deyirəm,
وَ الْحَمْدُ لِلّٰهِ
həmd-səna Allaha məxsusdur,
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri ilah yoxdur,
وَ اللهُ اَكْبَرُ ۔
Allah böyükdür.
6. Hər səhər və axşam "Əşərat" duasını oxumaq müstəhəbdir.