⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
XANIM FATİMƏ-ZƏHRANIN (Ə) ZİYARƏTİ
Məhəmməd ibn İsa nəql edir ki, İmam Baqir (ə) buyurdu: "Nənən Fatimənin (s.ə) qəbri yanına getdikdə de:
يَا مُمْتَحَنَةُ
Ey imtahan olunmuş (sınanmış) xanım!
امْتَحَنَكِ اللّٰهُ الَّذِيْ خَلَقَكِ
Səni yaradan Allah səni imtahan etdi,
قَبْلَ اَنْ يَخْلُقَكِ
səni yaratmamışdan (dünyaya gətirməmişdən) öncə;
فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً
və səni imtahan etdikdə səbr edən (dözümlü) gördü.
وَ زَعَمْنَا اَنَّا لَكِ اَوْلِيَاۤءُ وَ مُصَدِّقُوْنَ
Biz isə Sənin dostların və (məqamını) təsdiqləyənlər olduğumuzu iddia edirik,
وَ صَابِرُوْنَ لِكُلِّ مَاۤ اَتَانَا بِهِ اَبُوْكِ
və atanın bizə gətirdiyi hər bir şeyə səbr (itaət) edirik,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına,
وَ اَتٰى بِهِ وَصِيُّهُ
və canişininin gətirdiyinə də (səbr və itaət edirik).
فَاِنَّا نَسْاَلُكِ اِنْ كُنَّا صَدَّقْنَاكِ
Elə isə biz Səndən istəyirik; əgər doğrudan da səni təsdiqləyiriksə,
اِلَّاۤ اَلْحَقْتِنَا بِتَصْدِيْقِنَا لَهُمَا
bu təsdiqimizə görə bizi o ikisinə (Peyğəmbər və İmam Əliyə) qovuşdur,
لِنُبَشِّرَ اَنْفُسَنَا بِاَنَّا قَدْ طَهُرْنَا بِوِلَايَتِكِ۔
ta ki, Sənin vilayətinlə paklandığımız üçün özümüzə müjdə verək.
Şeyx Tusi "Təhzib" kitabında böyük şiə alimlərindən başqa bir ziyarəti qeyd etmişdir. Həmin ziyarət belədir:
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Allah rəsulunun qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ نَبِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allah nəbisinin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ حَبِيْبِ اللّٰهِ
Salam olsun sənə ey Allahın məhbubunun qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَلِيْلِ اللّٰهِ
Salam olsun sənə ey Allahın xəlilinin (dostunun) qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ صَفِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyinin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ اَمِيْنِ اللّٰهِ
Salam olsun sənə ey Allahın əmininin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ خَلْقِ اللّٰهِ
Salam olsun sənə ey Allahın məxluqatının ən yaxşısının qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ اَفْضَلِ اَنْبِيَاۤءِ اللّٰهِ وَ رُسُلِهِ وَ مَلَاۤئِكَتِهِ
Salam olsun sənə ey Allahın peyğəmbərləri, elçiləri və mələklərinin ən üstünün qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ الْبَرِيَّةِ
Salam olsun sənə ey Allahın yaratdıqlarının ən yaxşısının qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
Salam olsun sənə ey dünya qadınlarının sərvəri;
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
keçmişdəki və gələcəkdəki (bütün qadınların)!
اَلسَّلَامُ عَلَيْكِ يَا زَوْجَةَ وَلِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allahın vəlisinin zövcəsi,
وَ خَيْرِ الْخَلْقِ بَعْدَ رَسُوْلِ اللّٰهِ،
və Rəsulallahdan sonra məxluqatın ən yaxşısının (zövcəsi).
اَلسَّلَامُ عَلَيْكِ يَا اُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ
Salam olsun sənə Həsən və Hüseynin anası,
سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ
cənnət əhli cavanlarının ağalarının (anası).
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الصِّدِّيْقَةُ الشَّهِيْدَةُ
Salam olsun sənə ey doğru danışan, şəhid olan xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ
Salam olsun sənə ey Allahdan razı olan və Allahın da ondan razı olduğu.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْفَاضِلَةُ الزَّكِيَّةُ
Salam olsun sənə ey fəzilətli, pakizə xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْحَوْرُاۤءُ الْاِنْسِيَّةُ
Salam olsun sənə ey insan şəklində olan huri.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ
Salam olsun sənə ey təqvalı, pak-pakizə xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمُحَدَّثَةُ الْعَلِيْمَةُ
Salam olsun sənə ey (mələklər vasitəsilə) xəbərləri bilən, alimə.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمَظْلُوْمَةُ الْمَغْصُوْبَةُ
Salam olsun sənə ey zülmə məruz qalan, haqqı əlindən alınan.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمُضْطَهَدَةُ الْمَقْهُوْرَةُ
Salam olsun sənə ey zülm görən, (düşmənlərin) qəzəbinə tuş gələn.
اَلسَّلَامُ عَلَيْكِ يَا فَاطِمَةُ بِنْتَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın qızı Fatimə,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın rəhməti və bərəkəti olsun sənə.
صَلَّى اللّٰهُ عَلَيْكِ
Allahın salavatı (salamı) olsun sənə,
وَ عَلٰى رُوْحِكِ وَ بَدَنِكِ
ruhuna və cisminə.
اَشْهَدُ اَنَّكِ مَضَيْتِ عَلٰى بَيِّنَةٍ مِنْ رَبِّكِ۔
Şəhadət verirəm ki, sən Rəbbin tərəfindən aydın dəlillə ömrünü başa vurdun.
وَ اَنَّ مَنْ سَرَّكِ فَقَدْ سَرَّ رَسُوْلَ اللّٰهِ
Həqiqətən kim səni sevindirsə, Rəsulallahı sevindirmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ جَفَاكِ فَقَدْ جَفَا رَسُوْلَ اللّٰهِ
Kim sənə cəfa etsə, Rəsulallaha cəfa etmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ اٰذَاكِ فَقَدْ اٰذٰى رَسُوْلَ اللّٰهِ
Kim səni incitsə, Rəsulallahı incitmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ وَصَلَكِ فَقَدْ وَصَلَ رَسُوْلَ اللّٰهِ
Kim sənə qovuşsa (birləşsə), Rəsulallaha qovuşmuşdur,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ قَطَعَكِ فَقَدْ قَطَعَ رَسُوْلَ اللّٰهِ
Kim səndən ayrılsa (əlaqəni kəssə), Rəsulallahdan ayrılmışdır,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
لِاَنَّكِ بِضْعَةٌ مِنْهُ
Çünki sən onun vücudunun bir parçası
وَ رُوْحُهُ الَّذِيْ بَيْنَ جَنْبَيْهِ،
və cismində olan ruhusan.
اُشْهِدُ اللّٰهَ وَ رُسُلَهُ وَ مَلَاۤئِكَتَهُ
Allahı, Onun elçilərini və mələklərini şahid tuturam ki,
اَنِّي رَاضٍ عَمَّنْ رَضِيْتِ عَنْهُ
həqiqətən sən kimdən razısansa, mən də ondan razıyam,
سَاخِطٌ عَلٰى مَنْ سَخِطْتِ عَلَيْهِ
və sən kimin əlindən qəzəblisənsə, mən də onun əlindən qəzəbliyəm.
مُتَبَرِّئٌ مِمَّنْ تَبَرَّأْتِ مِنْهُ
Sən kimdən uzaq durursansa, mən də ondan uzaq dururam.
مُوَالٍ لِمَنْ وَالَيْتِ
Sən kiminlə dostsansa, mən də onunla dostam,
مُعَادٍ لِمَنْ عَادَيْتِ
və sən kiminlə düşmənsənsə, mən də onunla düşmənəm.
مُبْغِضٌ لِمَنْ اَبْغَضْتِ
Sən kimdən inciksənsə (qəzəblidirsənsə), mən də ondan inciyəm.
مُحِبٌّ لِمَنْ اَحْبَبْتِ
Sən kimi sevirsənsə, mən də onu sevirəm.
وَ كَفٰى بِاللّٰهِ شَهِيْدًا وَ حَسِيْبًا
Allah şahid olmaq və haqq-hesab çəkməkdə kifayət edir,
وَ جَازِيًا وَ مُثِيْبًا۔
cəzalandırmaq və mükafatlandırmaqda.
Sonra Rəsulallaha (s) və Məsum İmamlara (ə) salavat göndər.
Cəmadius-sani ayının 3-ü Xanım Fatimə-Zəhranın (s.ə) vəfatı gününün əməlləri bölümündə qeyd olunan ziyarəti oxumaq.
Seyid İbn Tavus "İqbal" kitabında cəmadius-sani ayının 20-i Xanım Fatimə-Zəhranın (s.ə) mövlud gününün əməllərində bir ziyarət qeyd etmişdir. Bu ziyarət yuxarıda qeyd edilən ziyarətin "سَاخِطٌ عَلَىٰ مَنْ سَخِطْتِ عَلَیْهِ" - "... Sən kimin əlindən qəzəblisənsə, mən də onun əlindən qəzəbliyəm" cümləsinə qədər eynidir. Sonra belə davam edir:
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Allah rəsulunun qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ نَبِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allah nəbisinin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ حَبِيْبِ اللّٰهِ
Salam olsun sənə ey Allahın məhbubunun qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَلِيْلِ اللّٰهِ
Salam olsun sənə ey Allahın xəlilinin (dostunun) qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ صَفِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyinin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ اَمِيْنِ اللّٰهِ
Salam olsun sənə ey Allahın əmininin qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ خَلْقِ اللّٰهِ
Salam olsun sənə ey Allahın məxluqatının ən yaxşısının qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ اَفْضَلِ اَنْبِيَاۤءِ اللّٰهِ وَ رُسُلِهِ وَ مَلَاۤئِكَتِهِ
Salam olsun sənə ey Allahın peyğəmbərləri, elçiləri və mələklərinin ən üstünün qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ الْبَرِيَّةِ
Salam olsun sənə ey Allahın yaratdıqlarının ən yaxşısının qızı.
اَلسَّلَامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
Salam olsun sənə ey dünya qadınlarının sərvəri;
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
keçmişdəki və gələcəkdəki (bütün qadınların)!
اَلسَّلَامُ عَلَيْكِ يَا زَوْجَةَ وَلِيِّ اللّٰهِ
Salam olsun sənə ey Allahın vəlisinin zövcəsi,
وَ خَيْرِ الْخَلْقِ بَعْدَ رَسُوْلِ اللّٰهِ،
və Rəsulallahdan sonra məxluqatın ən yaxşısının (zövcəsi).
اَلسَّلَامُ عَلَيْكِ يَا اُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ
Salam olsun sənə Həsən və Hüseynin anası,
سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ
cənnət əhli cavanlarının ağalarının (anası).
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الصِّدِّيْقَةُ الشَّهِيْدَةُ
Salam olsun sənə ey doğru danışan, şəhid olan xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ
Salam olsun sənə ey Allahdan razı olan və Allahın da ondan razı olduğu.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْفَاضِلَةُ الزَّكِيَّةُ
Salam olsun sənə ey fəzilətli, pakizə xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْحَوْرُاۤءُ الْاِنْسِيَّةُ
Salam olsun sənə ey insan şəklində olan huri.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ
Salam olsun sənə ey təqvalı, pak-pakizə xanım.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمُحَدَّثَةُ الْعَلِيْمَةُ
Salam olsun sənə ey (mələklər vasitəsilə) xəbərləri bilən, alimə.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمَظْلُوْمَةُ الْمَغْصُوْبَةُ
Salam olsun sənə ey zülmə məruz qalan, haqqı əlindən alınan.
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمُضْطَهَدَةُ الْمَقْهُوْرَةُ
Salam olsun sənə ey zülm görən, (düşmənlərin) qəzəbinə tuş gələn.
اَلسَّلَامُ عَلَيْكِ يَا فَاطِمَةُ بِنْتَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın qızı Fatimə,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın rəhməti və bərəkəti olsun sənə.
صَلَّى اللّٰهُ عَلَيْكِ
Allahın salavatı (salamı) olsun sənə,
وَ عَلٰى رُوْحِكِ وَ بَدَنِكِ
ruhuna və cisminə.
اَشْهَدُ اَنَّكِ مَضَيْتِ عَلٰى بَيِّنَةٍ مِنْ رَبِّكِ۔
Şəhadət verirəm ki, sən Rəbbin tərəfindən aydın dəlillə ömrünü başa vurdun.
وَ اَنَّ مَنْ سَرَّكِ فَقَدْ سَرَّ رَسُوْلَ اللّٰهِ
Həqiqətən kim səni sevindirsə, Rəsulallahı sevindirmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ جَفَاكِ فَقَدْ جَفَا رَسُوْلَ اللّٰهِ
Kim sənə cəfa etsə, Rəsulallaha cəfa etmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ اٰذَاكِ فَقَدْ اٰذٰى رَسُوْلَ اللّٰهِ
Kim səni incitsə, Rəsulallahı incitmişdir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ وَصَلَكِ فَقَدْ وَصَلَ رَسُوْلَ اللّٰهِ
Kim sənə qovuşsa (birləşsə), Rəsulallaha qovuşmuşdur,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
وَ مَنْ قَطَعَكِ فَقَدْ قَطَعَ رَسُوْلَ اللّٰهِ
Kim səndən ayrılsa (əlaqəni kəssə), Rəsulallahdan ayrılmışdır,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun.
لِاَنَّكِ بِضْعَةٌ مِنْهُ
Çünki sən onun vücudunun bir parçası
وَ رُوْحُهُ الَّذِيْ بَيْنَ جَنْبَيْهِ،
və cismində olan ruhusan.
اُشْهِدُ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ
Allahı və Onun mələklərini şahid tuturam ki,
اَنِّيْ وَلِيٌّ لِمَنْ وَالَاكِ
səninlə dostluq edənlə dostam,
وَ عَدُوٌّ لِمَنْ عَادَاكِ
sənə düşmən olanla düşmənəm,
وَ حَرْبٌ لِمَنْ حَارَبَكِ
və səninlə müharibə edənlə müharibəyədəyəm.
اَنَا يَا مَوْلَاتِيْ بِكِ وَ بِاَبِيْكِ
Ey sərvərim, mənim sənə, atana,
وَ بَعْلِكِ وَ الْاَئِمَّةِ مِنْ وُلْدِكِ مُوْقِنٌ
həyat yoldaşına və övladlarından olan imamlara yəqinim var,
وَ بِوِلَايَتِهِمْ مُؤْمِنٌ
və onların rəhbərliyinə imanım vardır,
وَ لِطَاعَتِهِمْ مُلْتَزِمٌ
mən onlara itaət edirəm.
اَشْهَدُ اَنَّ الدِّيْنَ دِيْنُهُمْ
Şəhadət verirəm ki, (haqq) din onların dinidir
وَ الْحُكْمَ حُكْمُهُمْ
və (icrası lazım olan) fərman onların fərmanıdır.
وَ هُمْ قَدْ بَلَّغُوْا عَنِ اللّٰهِ عَزَّ وَ جَلَّ
Onlar izzətli və cəlalətli Allah tərəfindən hökmləri çatdırmış,
وَ دَعَوْا اِلٰى سَبِيْلِ اللّٰهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
hikmət və gözəl moizə ilə Allah yoluna dəvət etmişlər.
لَا تَأْخُذُهُمْ فِيْ اللّٰهِ لَوْمَةُ لَاۤئِمٍ
Bu yolda məzəmmət edənlərin məzəmməti onlara təsir etməmişdir.
وَ صَلَوَاتُ اللّٰهِ عَلَيْكِ
Allahın salamı (salavatı) olsun sənə,
وَ عَلٰۤى اَبِيْكِ وَ بَعْلِكِ
atana, həyat yoldaşına,
وَ ذُرِّيَّتِكِ الْاَئِمَّةِ الطَّاهِرِيْنَ
və nəslindən olan pak imamlara.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
Ey Allahım, Məhəmmədə və onun Əhli-beytinə salam göndər.
وَ صَلِّ عَلَى الْبَتُوْلِ الطَّاهِرَةِ
Salam göndər bətul (dünyadan qırılıb Allaha bağlanan), tahirə (pakizə),
الصِّدِّيْقَةِ الْمَعْصُوْمَةِ
siddiqə (doğru danışan), məsumə (günahsız),
التَّقِيَّةِ النَّقِيَّةِ
təqiyyə (təqvalı), nəqiyyə (pak),
الرَّضِيَّةِ الْمَرْضِيَّةِ
rəziyyə (Allahdan razı olan), mərziyyə (özündən razı qalınan),
الزَّكِيَّةِ الرَّشِيْدَةِ
zəkiyyə (günahı olmayan), rəşidə (hidayət olunmuş),
الْمَظْلُوْمَةِ الْمَقْهُوْرَةِ
məzlumə (zülm görən), məqhurə (kədərli),
الْمَغْصُوْبَةِ حَقُّهَا
haqqı qəsb olunan,
الْمَمْنُوْعَةِ اِرْثُهَا
irsi əlindən alınan,
الْمَكْسُوْرَةِ ضِلْعُهَا
qabırğası sınan,
الْمَظْلُوْمِ بَعْلُهَا
həyat yoldaşına zülm olunan
الْمَقْتُوْلِ وَلَدُهَا
və övladı öldürülən xanıma;
فَاطِمَةَ بِنْتِ رَسُوْلِكَ
o Fatiməyə - rəsulunun qızına,
وَ بِضْعَةِ لَحْمِهِ،
onun canının (ətinin) parçasına,
وَ صَمِيْمِ قَلْبِهِ
ürəyinin meyvəsinə
وَ فِلْذَةِ كَبِدِهِ
və cigər guşəsinə,
وَ النُّخْبَةِ مِنْكَ لَهُ
Sənin Öz peyğəmbərin üçün seçdiyin (xanım)
وَ التُّحْفَةِ خَصَصْتَ بِهَا وَصِيَّهُ
və peyğəmbərinin canişininə aid etdiyin töhfə (xanıma),
وَ حَبِيْبَةِ الْمُصْطَفٰى
Müstəfanın məhbubuna,
وَ قَرِيْنَةِ الْمُرْتَضٰى
Mürtəzanın həmdəminə,
وَ سَيِّدَةِ النِّسَاۤءِ
qadınların sərvərinə,
وَ مُبَشِّرَةِ الْاَوْلِيَاۤءِ
övliyalara müjdə verənə,
حَلِيْفَةِ الْوَرَعِ وَ الزُّهْدِ
vərə və zöhd təcəllasına,
وَ تُفَّاحَةِ الْفِرْدَوْسِ وَ الْخُلْدِ
cənnətin və əbədiyyətin meyvəsinə (almasına).
الَّتِيْ شَرَّفْتَ مَوْلِدَهَا بِنِسَاۤءِ الْجَنَّةِ
O əbədi insana ki, doğumunu cənnət qadınları ilə şərafətləndirdin,
وَ سَلَلْتَ مِنْهَاۤ اَنْوَارَ الْاَئِمَّةِ
imamların nurunu ondan cari etdin
وَ اَرْخَيْتَ دُوْنَهَا حِجَابَ النُّبُوَّةِ
və onun yanında nübüvvət pərdəsini kənara çəkdin.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهَا
Ey Allahım, ona elə bir salam göndər ki,
صَلَاةً تَزِيْدُ فِيْ مَحَلِّهَا عِنْدَكَ
Sənin yanında olan məqam və (dərəcəsini artırsın),
وَ شَرَفِهَا لَدَيْكَ
Sənin yanındakı şərafətini (artırsın),
وَ مَنْزِلَتِهَا مِنْ رِضَاكَ
və Sənin ondan razılığını artırsın.
وَ بَلِّغْهَا مِنَّا تَحِيَّةً وَ سَلَامًا
Bizim salamımızı (və təhiyyətimizi) ona çatdır
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ حُبِّهَا فَضْلًا وَ اِحْسَانًا
və onunla dostluğumuzun əvəzində Öz tərəfindən bizə lütf, ehsan,
وَ رَحْمَةً وَ غُفْرَانًا
rəhmət və məğfirət bəxş et.
اِنَّكَ ذُوْ الْعَفْوِ الْكَرِيْمِ۔
Həqiqətən Sən bağışlayan və kərimsən.
Sonra ziyarət namazı qılın. Əgər bacarsanız, o xanımın ziyarət namazını (iki rəkətdir və hər rəkətdə Fatihədən sonra altmış İxlas surəsi oxunur) qılın. Əgər mümkün olmasa, iki rəkət namaz qılın və birinci rəkətdə Fatihədən sonra İxlas surəsini, ikinci rəkətdə Fatihədən sonra Kafirun surəsini oxuyun.