⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
PEYĞƏMBƏRƏ (S) SALAVAT DEMƏK
Hədisdə deyilir ki, Allah bu cümləni deyən kəsə cavab verməsi üçün bir mələk təyin edib:
صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ سَلَّمَ۔
Allahım Peyğəmbər və onun Əhli-Beytinə salam göndər.
Sənə də salam olsun desin. Həmin mələk Peyğəmbərə (s) bir kəsin ona salam göndərdiyini deyəndə Peyğəmbər (s) deyər: "Ona də salam olsun."
Həzrət Peyğəmbər (s) buyurub: "Ölümümdən sonra məzarımı ziyarət edən kəs, məni sağlığımda ziyarət etmiş kimidir. Əgər məzarımı ziyarət edə bilməsəzniz mənə salavat göndərin, çünki onlar mənə çatır."
Əmirəl-möminin Əlinin (ə) cümə xütbələrinin birində Həzrət Rəsulallaha (s) göndərdiyi salavatı demək bəyənilən əməllərdəndəndir. Bu salavat "Rövzətul-kafi" kitabında qeyd olunmuşdur:
اِنَّ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ يُصَلُّوْنَ عَلَى النَّبِيِّ
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salam göndərirlər,
يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا صَلُّوْا عَلَيْهِ وَ سَلِّمُوْا تَسْلِيْمًا
ey iman gətirənlər, ona salam göndərin və (əmrləri qarşısında) tam təslim olun.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər,
وَ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver,
وَ تَحَنَّنْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə məhəbbət et,
وَ سَلِّمْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər;
كَاَفْضَلِ مَا صَلَّيْتَ وَ بَارَكْتَ
göndərdiyin ən üstün salavat, bərəkət,
وَ تَرَحَّمْتَ وَ تَحَنَّنْتَ
rəhmət və məhəbbət (kimi),
وَ سَلَّمْتَ عَلٰۤى اِبْرَاهِيْمَ وَ اٰلِ اِبْرَاهِيْمَ
və İbrahimə və Ali-İbrahimə göndərdiyin salam kimi!
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
Həqiqətən Sən həmd və sitayiş olunmuşsan!
اَللّٰهُمَّ اَعْطِ مُحَمَّدًا ۟اِلْوَسِيْلَةَ
Ey Allahım, Məhəmmədə şəfaət vəsiləsi olmağı (əta et),
وَ الشَّرَفَ وَ الْفَضِيْلَةَ
şərafət, üstünlük,
وَ الْمَنْزِلَةَ الْكَرِيْمَةَ
kərimlərin məqamını əta et.
اَللّٰهُمَّ اجْعَلْ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədi qərar ver:
اَعْظَمَ الْخَلَاۤئِقِ كُلِّهِمْ شَرَفًا يَوْمَ الْقِيَامَةِ
Qiyamət günü bütün məxluqatın şərafət baxımından ən əzəmətlisi,
وَ اَقْرَبَهُمْ مِنْكَ مَقْعَدًا
Sənə ən yaxın məqam (yer) sahibi,
وَ اَوْجَهَهُمْ عِنْدَكَ يَوْمَ الْقِيَامَةِ جَاهًا
və Qiyamət günü Sənin dərgahında ən başıuca olanlardan,
وَ اَفْضَلَهُمْ عِنْدَكَ مَنْزِلَةً وَ نَصِيْبًا
və Sənin yanında məqam və qismət (pay) baxımından ən üstün olanlardan!
اَللّٰهُمَّ اَعْطِ مُحَمَّدًا اَشْرَفَ الْمَقَامِ
Ey Allahım, Məhəmmədə ən şərafətli məqamı əta et,
وَ حِبَاۤءَ السَّلَامِ
kamil rahatlığı (salam hədiyyəsini),
وَ شَفَاعَةَ الْاِسْلَامِ
və İslamın şəfaətini!
اَللّٰهُمَّ وَ اَلْحِقْنَا بِهِ غَيْرَ خَزَايَا وَ لَا نَاكِثِيْنَ
Ey Allahım, bizi xəcalətdən və əhdi pozmaqdan uzaq bir şəkildə ona qovuşdur,
وَ لَا نَادِمِيْنَ وَ لَا مُبَدِّلِيْنَ
və peşmançılıqdan, əqidə dəyişikliyindən uzaq şəkildə!
اِلٰهَ الْحَقِّ اٰمِيْنَ۔
Ey haqq olan Məbud, qəbul et (Amin).