SƏFVAN CƏMMALIN ZİYARƏTİ (1)
Mərhum Seyid İbn Tavus "Fərəhətul-ğəri" kitabında qeyd etmişdir ki, Səfvan Cəmmal belə nəql edir:
"İmam Sadiqlə (ə) Kufə şəhərinə daxil olduqda – o vaxt İmam Sadiq (ə) Mənsur Dəvaniqinin yanına gedirmiş – o həzrət mənə buyurdu: "Ey Səfvan, dəvələri yerə yatızdır. Bura cəddim Əmirəl-möminin Əlinin (ə) qəbrinin yaxınlığıdır." Mən dəvələri yerə yatızdırdım və o həzrət dəvədən endi. Qüsl edib paltarını dəyişdi və ayaqqabılarını çıxatrdı. Mənim də belə etməyimi buyurdu. Sonra Nəcəf təpəliyinə tərəf addımlamağa başlayıb buyurdu: "Addımları kiçik at və başını aşağı sal, çünki Allah hər addıma yüz min savab yazar..." Mən də onunla birlikdə hərəkət etdim. Biz təmkinlə addımlayır, Allahı zikr edirdik. Nəhayət, Nəcəf təpəliyinə çatdıq. Bu vaxt o həzrət dayandı, sağa-sola baxdı, əlindəki çubuqla torpaq üzərində bir xətt çəkdi və buyurdu: "Buranı qaz." Mən torpağı qazdım və birdən bir qəbir aşkar oldu. Bu vaxt o həzrətin göz yaşları yanağına axdı və buyurdu:
اِنَّا لِلّٰهِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُوْنَ
Biz Allaha aidik və Allaha tərəf qayıdacağıq. Salam olsun sənə ey əməlisaleh və təqvalı canişin. Salam olsun sənə ey böyük xəbər. Salam olsun sənə ey doğru danışan, hidayət olunmuş. Salam olsun sənə ey əməlisaleh, pakizə. Salam olsun sənə ey aləmlərin rəbbinin elçisinin canişini. Salam olsun sənə ey Allahın bütün məxluqat üçün seçdiyi. Şəhadət verirəm ki, sən Allahın sevimlisi, xas və xalis bəndəsisən. Salam olsun sənə ey Allahın vəlisi, sirrinin məkanı, elminin xəzinəsi və vəhyinin xəzinədarı.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبَاُ الْعَظِيْمُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّدِّيْقُ الرَّشِيْدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْبَرُّ الزَّكِيُّ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُوْلِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللّٰهِ عَلَى الْخَلْقِ اَجْمَعِيْنَ
اَشْهَدُ اَنَّكَ حَبِيْبُ اللّٰهِ وَ خَآصَّةُ اللّٰهِ وَ خَالِصَتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ مَوْضِعَ سِرِّهِ
وَ عَيْبَةَ عِلْمِهِ وَ خَازِنَ وَحْيِهِ
Sonra İmam Sadiq (ə) özünü qəbrə yapışdırdı və dedi:
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا اَمِيْرَ الْمُؤْمِنِيْنَ
Atam-anam sənə fəda olsun ey Əmirəl-möminin. Atam-anam sənə fəda olsun ey düşmənlər üzərində (Allahın) hüccəti. Atam-anam sənə fəda olsun ey əzəmətli dərgah. Atam-anam sənə fəda olsun ey Allahın kamil nuru. Şəhadət verirəm ki, sən Allah və Rəsulallah – Allahın salamı ona və xanidanına olsun – tərəfindən öhdənə qoyulanı çatdırdın. Mühafizəsi sənə tapşırılan şeyi (mühafizə etdin, bu vəzifəyə) riayət etdin. Sənin yanında əmanət qoyulan şeyi qorudun. Allahın halalını halal, haramını haram bildin. Allahın ehkamını dirçəltdin, Allahın hüdudlarını aşmadın, ölümün çatanadək Allaha ixlasla ibadət etdin. Allahın salamı sənə və səndən sonra gələn imamlara olsun.
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا حُجَّةَ الْخِصَامِ
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا بَابَ الْمَقَامِ
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا نُوْرَ اللّٰهِ التَّآمَّ
اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ مَا حُمِّلْتَ
وَ رَعَيْتَ مَا اسْتُحْفِظْتَ
وَ حَفِظْتَ مَا اسْتُوْدِعْتَ
وَ حَلَّلْتَ حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتَ حَرَامَ اللّٰهِ
وَ اَقَمْتَ اَحْكَامَ اللّٰهِ
وَ لَمْ تَتَعَدَّ حُدُوْدَ اللّٰهِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا
حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
وَ عَلَى الْاَئِمَّةِ مِنْ بَعْدِكَ۔
Sonra o həzrət ayağa qalxdı, qəbrin baş tərəfində dayanıb bir neçə rəkət namaz qıldı. Daha sonra buyurdu: "Ey Səfvan, hər kim bu ziyarətlə Əmirəl-möminini (ə) ziyarət edib bu namazı qılarsa, ailəsinin yanına günahları bağışlanmış və səyi təşəkkürə layiq görülmüş halda qayıdar. Onu ziyarət edən hər bir mələyin savabı yazılar ona." Mən təəccüblə soruşdum: "Onu ziyarət edən hər bir mələyinmi?" O həzrət buyurdu: "Hər gecə yetmiş dəstə mələk onu ziyarət edər." Soruşdum: "Hər dəstədə neçə mələk var?" Buyurdu: "Yüz min mələk."
Sonra geri-geri addımlayaraq qəbrdən aralandı və bu sözləri dedi:
يَا جَدَّاهُ يَا سَيِّدَاهُ
Ey cəddim, ey ağam, ey pak, ey pakizə! Allah bu ziyarəti mənim axırıncı ziyarətim qərar verməsin. Sənin yanına gəlməyi, hərəmində olmağı, səninlə və sənin övadlarından olan əməlisalehlərlə birlikdə olmağı mənə ruzi etsin. Allahın salamı olsun sənə və hərəminin ətrafında dolaşan mələklərə.
يَا طَيِّبَاهُ يَا طَاهِرَاهُ
لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنْكَ
وَ رَزَقَنِي الْعَوْدَ اِلَيْكَ
وَ الْمَقَامَ فِيْ حَرَمِكَ
وَ مَعَ الْاَبْرَارِ مِنْ وُلْدِكَ
وَ عَلَى الْمَلَاۤئِكَةِ الْمُحْدِقِيْنَ بِكَ
Ərz etdim: "Ey ağam, izacə verirsinizmi, Kufə əhlindən olan şiələrimizə bu qəbrin yerini göstərim?" O həzrət: "Bəli"- deyə buyurdu. Sonra mənə bir qədər pul verdi və mən də qəbri təmir edib ətrafını abadlaşdırdım.