ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
"DƏKKƏTUL-QƏZA" VƏ "BEYTUT-TƏŞT"İN ƏMƏLLƏRİ
"Dəkkətul-qəza" Kufə məscidində bir səkidir ki, Əmirəl-möminin Əli (ə) orada əyləşib qəzavət edər və hökm çıxararmış. Orada alçaq bir sütun da var imiş və onun üzərində bu ayə (Nəhl, 90) yazılıbmış:
اِنَّ اللهَ يَاْمُرُ بِالْعَدْلِ وَ الْاِحْسَانِ
Allah sizə ədaləti və ehsanı əmr edir.
"Dəkkətul-qəza"ya bitişik olan "Beytut-təşt"də Əmirəl-möminin Əlindən (ə) möcüzə görünübmüş. Belə ki, bir qıza qarşı ittiham irəli sürülüb və Əmirəl-möminin (ə) onun günahsızlığını möcüzə ilə sübut edib.
Beləliklə, "dördüncü sütun"un əməllərini yerinə yetirdikdən sonra "Dəkkətul-qəza"ya tərəf get və orada iki rəkət namaz qıl: Fatihədən sonra istədiyin "Surə"ni oxuya bilərsən. Namazı qılıb qurtardıqdan sonra Xanım Fatimə-Zəhranın (s.ə) təsbihini de. Daha sonra isə de:
يَا مَالِكِيْ وَ مُمَلِّكِيْ
Ey mənim malikim və məni malik qərar verən kəs! Ey o kəs ki, mən layiq olmadığım halda məni böyük nemətlərə qərq etdin! Üzüm Sənin əzəmətli və əziz zatının qarşısında əyilmişdir ki, qədəmlər onun üstündə qərar tutsun. Bu çətinlik və giriftarlığı mənim məhvimə səbəb qərar vermə. Fəzl və kərəmindən mənə o şeyi bəxş et ki, bəndə diləməmiş onu bəxş etməmisən. Sən o qədim və əzəli varlıqsan ki, həmişə olmuş və olacaqsan. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Məni bağışla, mənə rəhm et, əməlimi pak et, ömrümə bərəkət ver, məni azad olunmuşlardan və cəhənnəm odundan xilas olanlardan qərar ver. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ مُتَغَمِّدِيْ [مُعْتَمَدِيْ‏] بِالنِّعَمِ الْجِسَامِ
مِنْ غَيْرِ اسْتِحْقَاقٍ
وَجْهِيْ خَاضِعٌ لِمَا تَعْلُوْهُ الْاَقْدَامُ
لِجَلَالِ وَجْهِكَ الْكَرِيْمِ
لَا تَجْعَلْ هٰذِهِ الشِّدَّةَ وَ لَا هٰذِهِ الْمِحْنَةَ
مُتَّصِلَةً بِاسْتِيْصَالِ الشَّأْفَةِ
وَ امْنَحْنِيْ مِنْ فَضْلِكَ
مَا لَمْ تَمْنَحْ بِهِ اَحَدًا مِنْ غَيْرِ مَسْاَلَةٍ
اَنْتَ الْقَدِيْمُ الْاَوَّلُ
الَّذِيْ لَمْ تَزَلْ وَ لَا تَزَالُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيْ وَ ارْحَمْنِيْ
وَ زَكِّ عَمَلِيْ
وَ بَارِكْ لِيْ فِيْ اَجَلِيْ
وَ اجْعَلْنِيْ مِنْ عُتَقَاۤئِكَ وَ طُلَقَاۤئِكَ مِنَ النَّارِ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra "Beytut-təşt"in əməllərini yerinə yetir. İki rəkət namaz qıl və namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Daha sonra isə de:
اَللّٰهُمَّ اِنِّيْ ذَخَرْتُ تَوْحِيْدِيْ اِيَّاكَ
Ey Allahım, mən yeganəpərstliyimi, Sənə olan mərifətimi, ixlasımı və Sənin rəbliyinə olan iqrarımı, habelə məxluqatının arasından onları tanıdığım üçün mənə nemət verdiyin kəslərin, yəni Məhəmməd və onun xanidanının – Allahın salamı onlara olsun – vəliliyini dünya və axirətdə Sənə olan ehtiyac günüm üçün azuqə etmişəm. Ey mənim Mövlam, mən bu gün və bu yerdə Sənə və onlara təvəssül edirəm. Səndən dinimdə, dünya və axirətimdə pak nemətlərini, intiqamından olan qorxunun aradan getməsini, ruzimdə bərəkəti, qəlbimin hər qəm-qüssədən, giriftarlıqdan və günahdan qorunmasını diləyirəm. Ey rəhimlilərin ən rəhimlisi!
وَ مَعْرِفَتِيْ بِكَ
وَ اِخْلَاصِيْ لَكَ
وَ اِقْرَارِيْ بِرُبُوْبِيَّتِكَ
وَ ذَخَرْتُ وِلَايَةَ مَنْ اَنْعَمْتَ عَلَيَّ بِمَعْرِفَتِهِمْ مِنْ بَرِيَّتِكَ
مُحَمَّدٍ وَ عِتْرَتِهِ صَلَّى اللّٰهُ عَلَيْهِمْ
لِيَوْمِ فَزَعِيْ اِلَيْكَ عَاجِلًا وَ اٰجِلًا
وَ قَدْ فَزِعْتُ اِلَيْكَ وَ اِلَيْهِمْ يَا مَوْلَايَ
فِيْ هٰذَا الْيَوْمِ وَ فِيْ مَوْقِفِيْ هٰذَا
وَ سَاَلْتُكَ مَآدَّتِيْ [مَا زَكٰى‏] مِنْ نِعْمَتِكَ
وَ اِزَاحَةَ مَاۤ اَخْشَاهُ مِنْ نِقْمَتِكَ
وَ الْبَرَكَةَ فِيْمَا رَزَقْتَنِيْهِ
وَ تَحْصِيْنَ صَدْرِيْ مِنْ كُلِّ هَمٍّ
وَ جَاۤئِحَةٍ وَ مَعْصِيَةٍ
فِيْ دِيْنِيْ وَ دُنْيَايَ وَ اٰخِرَتِيْ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔