ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİ (Ə) ZİYARƏT ETMƏYİN QAYDALARI
Ziyarət səfərində aşağıdakı əməlləri yerinə yetirmək zəvvara tövsiyə olunur (əlbəttə, bu əməllərdən bir qismini hal-hazırkı şəraitdə yerinə yetirmək mümkün deyil, odur ki, mümkün olan qədəri ilə kifayətlənməliyik):
1. Yaxşı olar ki, zəvvar evdən xaric olmazdan (səfərə çıxmazdan) qabaq üç gün oruc tutsun. Üçüncü gün qüsl etsin və ailə üzvlərini başına yığıb desin:
اَللّٰهُمَّ اِنِّيْ اَسْتَوْدِعُكَ الْيَوْمَ نَفْسِيْ وَ اَهْلِيْ
Ey Allahım, bu gün özümü, ailəmi, malımı-mülkümü, övladlarımı, yolda mənimlə birlikdə olanları – onların hazır və qaib olanlarını – Sənə tapşırıram. Ey Allahım, imanımızı qorumaqla bizi qoru və müdafiə et. Ey Allahım, bizi Öz pənahında qərar ver, nemətlərini bizdən alma, bizə bəxş etdiyin nemət və səlamətliyi dəyişdirmə, fəzl və ehsanını bizə artır. Həqiqətən, biz Sənə müştağıq.
وَ مَالِيْ وَ وُلْدِيْ
وَ كُلَّ مَنْ كَانَ مِنِّيْ بِسَبِيْلٍ
الشَّاهِدَ مِنْهُمْ وَ الْغَاۤئِبَ
اَللّٰهُمَّ احْفَظْنَا [بِحِفْظِكَ‏] بِحِفْظِ الْاِيمَانِ وَ احْفَظْ عَلَيْنَا
اَللّٰهُمَّ اجْعَلْنَا فِيْ حِرْزِكَ
وَ لَا تَسْلُبْنَا نِعْمَتَكَ
وَ لَا تُغَيِّرْ مَا بِنَا مِنْ نِعْمَةٍ وَ عَافِيَةٍ
وَ زِدْنَا مِنْ فَضْلِكَ
اِنَّاۤ اِلَيْكَ رَاغِبُوْنَ۔
2. Sonra xüzu və xüşu ilə evdən xaric olsun və bu zikrləri çox desin:
لَا اِلٰهَ اِلَّا اللهُ
Allahdan başqa məbud yoxdur, Allah böyükdür, həmd olsun Allaha!
اَللهُ اَكْبَرُ
اَلْحَمْدُ لِلّٰهِ
Daha sonra Məhəmmədə və Ali-Məhəmmədə (s.ə) salavat göndərsin, təmkinlə və vüqarla yola düşsün.
Bilsin ki, bu yolda qatlaşdığı hər bir zəhmət və çətinliyin böyük savabı vardır.
3. İmam Sadiq (ə) buyurub: "İmam Hüseynin (ə) ziyarətinə qəmgin, üst-başı tozlu-torpaqlı, ac-susuz halda get, çünki o həzrət bu vəziyyətdə şəhid olmuşdur. Sonra öz hacətini istə və geri qayıt, qəbrin kənarında məskən salma".
4. Yol azuqəsi olaraq özü ilə ləzzətli və şirin yeməklər götürməsin, sadə yeməklər yesin. Çünki İmam Sadiq (ə) buyurub: "Eşitmişəm ki, bir dəstə camaat İmam Hüseynin (ə) ziyarətinə gedir, (yol azuqəsi olaraq) özləri ilə qızardılmış keçilər və halva süfrələri götürürlər. Halbuki, əgər atalarının və ya dostlarının qəbrinin ziyarətinə getsəydilər, belə etməzdilər."
5. Əgər imkan olarsa, bəzən ayaqyalın və təvazökarlıqla ziyarətə getsin. Çünki İmam Sadiq (ə) buyurub: "Atdığı hər addıma min savab yazılar."
6. İmam Hüseyn (ə) zəvvarı ehtiyacı olan insanlara və yarı yolda qalanlara kömək etsin, bacardığı qədər onların çətinliklərini həll etməyə çalışsın və onları mənzil başına çatdırsın. Şeyx Kuleyni etibarlı sənədlə İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət yanındakılara belə buyurdu: "Nə üçün siz bizi alçaldır, bizə hörmətsizlik edirsiniz?" Onlardan biri dedi: "Allaha pənah aparırıq bundan ki, sizi və ya sizə aid olan bir şeyi alçaltmaq istəyək." O həzrət buyurdu: "Bəli, sən özün elə onlardan birisən." O şəxs: "Allaha pənah aparıram"- dedi. İmam Sadiq (ə) buyurdu: "Məgər sən Cuhfə yaxınlığında filankəsin səndən kömək istədiyini və: "Məni bir mil (təxminən 1,5 kilometr) öz miniyinə mindir, and olsun Allaha ki, yorulmuşam"- dediyini eşitmədinmi? Sən isə başını dik tutub onun yanından etinasızlıqla keçdin." Bu vaxt o həzrət buyurdu: "Hər kim bir mömini alçaltsa, bizi alçaltmış və bizə hörmətsizlik etmişdir."
Qeyd etməliyik ki, bu mətləb təkcə İmam Hüseynin (ə) ziyarətinə aid deyil, bütün ziyarət səfərlərində riayət olunmalıdır.
7. Zəvvar yol yoldaşları ilə gözəl rəftar etsin, dostları ilə az danışıb Allahı çox yad etsin (zikr desin). Təmiz paltarlar geyinsin, hərəmə daxil olmazdan qabaq qüsl etsin. Xüşu halında olsun, çoxlu namaz qılsın və Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salavat göndərsin. Xoşagəlməz şeylərdən özünü qorusun, haram və şübhəli şeylərdən tam şəkildə çəkinsin. Pərişan möminlərə ehsan etsin, kiminsə yol xərcinin qurtardığını gördükdə ona yardım etsin, pulunu onunla bölsün. Mübahisə və dava-dalaşdan, ümumiyyətlə Allahın qadağan etdiyi hər işdən uzaq olsun. Bütün bu tövsiyələri Məhəmməd ibn Müslim İmam Sadiqdən (ə) nəql etmişdir.
8. Hədisdə nəql olunur ki, İmam Sadiq (ə) dostlarından birinə belə buyurdu: "Mənə xəbər çatıb ki, şaban ayının 15-də Kufə ətrafından və başqa yerlərdən bir dəstə zəvvar İmam Hüseynin (ə) qəbri kənarına gəlir və növhə oxuyub göz yaşı tökürlər." Həmin şəxs ərz etdi: "Bəli, düzdür. Sizə fəda olum, mən özüm sizin dediklərinizin şahidi olmuşam." O həzrət buyurdu: "Həmd olsun Allaha ki, camaat arasında elə insanlar qərar verib ki, bizim yanımıza gəlir və bizi mədh edir, mərsiyyə oxuyurlar. Bizim düşmənlərimizi isə onlara tənə vurub hədələyən, tutduqları işi pisləyən insanlar qərar verib".
9. Fərat çayına çatdıqda qüsl etsin və ayaqyalın piyada hərəkət etsin.
Qeyd edək ki, Fəratın suyundan təbərrük aparmaq üçün çayda qüsl etməyə lüzum yoxdur. Fərat çayından çəkilmiş su borularından axan su ilə qüsl etmək həmin bərəkətə malikdir, inşaallah.
Fərat çayı Kərbəladan və Nəcəfin yaxınlığından, yəni hal-hazırda Nəcəfə bitişik olan Kufə şəhərindən keçir. Fərat çayının fəziləti barədə bizim hədis kitablarımızda, o cümlədən İbn Quləvəyhin "Kamiluz-ziyarat" kitabında saysız hədislər nəql olunmuşdur. Bu fəzilət və bərəkətlərdən bir neçəsinə nəzər salaq:
a) İmam Baqirin (ə) səhabəsi nəql edir ki, Kufə əhlindən olan bir kişi o həzrətin yanına gəldi. İmam Baqir (ə) ondan soruşdu: "Hər gün Fərat çayında qüsl edirsənmi?" O kişi: "Xeyr"- deyə cavab verdi. İmam (ə) ondan: "Bəs hər həftə qüsl edirsənmi?" – deyə soruşdu. O kişi yenə də: "Xeyr" – deyə cavab verdi.
Hər ay qüsl edirsənmi?
Xeyr.
Hər il qüsl edirsənmi?
Xeyr.
Sən həqiqətən xeyir və bərəkətdən məhrumsan."
b) Hədislərin birində İmam Sadiq (ə): "Biz o ikisini (Məryəmi və övladı İsanı (ə)) abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik" ayəsindəki məkanı "Nəcəf (Kufə yaxınlığına yerləşir) və Fərat çayı" təfsir etmişdir.
c) Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Əgər mən Fəratın yaxınlığında olsaydım, səhər və axşam onun kənarına gedər, ondan bəhrələnərdim".
ç) Başqa bir səhih hədisdə Fərat çayı cənnətin dörd çayından biri kimi tanıtdırılıb.
10. Fərat çayına çatdıqda yüz dəfə de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür, Allahdan başqa məbud yoxdur!
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمّدٍ وَ اۤلِ مُحَمّدٍ.
11. İmam Sadiq (ə) buyurur: "O həzrətin hərəminə çatdıqda o müqəddəs hərəmin qapısı ağzında dayan və bu sözləri de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçilmiş (bəndəsi) Adəmin varisi. Salam olsun sənə ey Allahın peyğəmbəri Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey Allah elçilərinin ağası Məhəmmədin varisi. Salam olsun sənə ey Əmirəl-mömininin və vəsilərin ən üstününün varisi. Salam olsun sənə ey pakizə, razı olan və bəyənilən (imamın -) Həsənin varisi. Salam olsun sənə ey ən böyük doğru danışan. Salam olsun sənə ey yaxşı əməl və təqva sahibi olan canişin. Salam olsun sənə və sənin hərəmində dəfn olunan və məskunlaşan ruhlara. Salam olsun sənə və sənin hərəmini dövrəyə alan mələklərə. Şəhadət verirəm ki, sən namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, dinsizlərlə cihad etdin və ölümün çatanadək Allaha xalisanə pərəstiş etdin. Salam olsun sənə və Allahın rəhməti, bərəkəti olsun sənə.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيْبِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ وَصِيِّ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الرَّضِيِّ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ فَاطِمَةَ بِنْتِ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الشَّهِيْدُ الصِّدِّيْقُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ الْبَآرُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ وَ اَنَاخَتْ بِرَحْلِكَ
اَلسَّلَامُ عَلٰى مَلَاۤئِكَةِ اللّٰهِ الْمُحْدِقِيْنَ بِكَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra o pak qəbrə tərəf get. Qəbrə çatıb dayan və əlini zərihin üstünə qoyub de:
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ فِيۤ اَرْضِهِ وَ سَمَاۤئِهِ۔
Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti!
Bunları dedikdən sonra namaz qıl və bil ki, o həzrətin yanında qıldığın hər rəkətin çox böyük savabları vardır."
12. Əbu Səid Mədaini deyir: "Mən İmam Sadiqin (ə) hüzuruna getdim və ondan soruşdum: "Hüseyn ibn Əlinin (ə) qəbrinin ziyarətinə gedimmi?" O həzrət buyurdu: "Bəli, İmam Hüseynin (ə) – yaxşıların yaxşısının, pakların pakının və yaxşı əməl sahiblərinin ən yaxşısının qəbrinin ziyarətinə get. O həzrəti ziyarət etdikdən sonra onun yanında iki rəkət namaz qıl. Bu iki rəkətdə Yasin və ər-Rəhman surələrini oxu. Bunu etsən sənə böyük savab yazılar"
Daha sonra o, İmamdan (ə) Əmirəl-mömininin (ə) və Xanım Zəhranın (s.ə) tərif sözlərini ona öyrətməsini istəyəndə İmam dedi: Əlinin (ə) sözləri bunlardır:
سُبْحَانَ الَّذِيْ لَا تَنْفَدُ خَزَاۤئِنُهُ
Pak və müqəddəsdir O, ki, xəzinələri tükənməz. Pak və müqəddəsdir O, ki, nişanələri (əlamətləri) heç vaxt yox olmaz. Pak və müqəddəsdir O, ki, Onun yanında olanlar heç vaxt məhv olmaz. Pak və müqəddəsdir O, ki, hökmündə heç kəsi şərik etməz. Pak və müqəddəsdir O, ki, Onun izzəti və şöhrəti heç vaxt solmaz. Pak və müqəddəsdir O, ki, Onun müddəti heç vaxt sona çatmaz. Pak və müqəddəsdir O, ki, Ondan başqa heç bir ilah yoxdur!
سُبْحَانَ الَّذِيْ لَا تَبِيْدُ مَعَالِمُهُ
سُبْحَانَ الَّذِيْ لَا يَفْنٰى مَا عِنْدَهُ
سُبْحَانَ الَّذِيْ لَا يُشْرِكُ اَحَدًا فِيْ حُكْمِهِ
سُبْحَانَ الَّذِيْ لَا اضْمِحْلَالَ لِفَخْرِهِ
سُبْحَانَ الَّذِيْ لَا انْقِطَاعَ لِمُدَّتِهِ
سُبْحَانَ الَّذِيْ لَاۤ اِلٰهَ غَيْرُهُ۔
Xanım Zəhranın (s.ə) sözləri isə bunlardır:
سُبْحَانَ ذِي الْجَلَالِ الْبَاذِخِ الْعَظِيْمِ
Pak və müqəddəsdir əzəməti sonsuz və böyük olan Zat! Pak və müqəddəsdir uca və yüksək izzət sahibi olan Zat! Pak və müqəddəsdir şanlı və qədim mülk sahibi olan Zat! Pak və müqəddəsdir gözəllik və zəriflik sahibi olan Zat! Pak və müqəddəsdir nur və vüqarla bəzənən Zat! Pak və müqəddəsdir qayada qarışqanın izini və havada quşun uçuşunu görən Zat!
سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيْفِ
سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيْمِ
سُبْحَانَ ذِي الْبَهْجَةِ وَ الْجَمَالِ
سُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّوْرِ وَ الْوَقَارِ
سُبْحَانَ مَنْ يَرٰى اَثَرَ النَّمْلِ فِيْ الصَّفَا
وَ وَقْعَ الطَّيْرِ فِي الْهَوَاۤءِ۔
13. Zəvvar vacib və müstəhəb namazları o həzrətin qəbri kənarında qılsın, inşaallah ki, qəbuldur. Belə ki, o həzrətin yanında qılınan vacib namaz həccə, müsəhəb namaz isə umrəyə bərabərdir.
a) Hədislərin zahirindən əldə olunur ki, ziyarət namazlarını və başqa namazları həm qəbrin arxasında, həm də qəbrin baş tərəfində qılmaq olar. (Əlbəttə, namazı qəbrin baş tərəfində qıldıqda, bir qədər geridə dayanmaq lazımdır ki, qəbir ilə eyni xətt üzrə olmasın.)
b) Yaxşı olar ki, qəbrin baş tərəfində qılınan iki rəkət ziyarət namazının birinci rəkətində Fatihədən sonra Yasin surəsi, ikinci rəkətində Fatihədən sonra "ər-Rəhman" surəsi oxunsun.
c) İbn Quləvəyh nəql edir ki, İmam Baqir (ə) bir nəfərə belə buyurdu: "Nə maneəsi vardır ki, bir hacətin olduqda İmam Hüseynin (ə) qəbri yanına gedib orada dörd rəkət namaz qılasan və hacətini Allahdan diləyəsən. O həzrətin yanında qılınan vacib namaz həccə, müstəhəb namaz isə umrəyə bərabərdir".
İmam Baqirin (ə) hədisindən başa düşülür ki, hər kim İmam Hüseynin (ə) qəbri yanında iki və ya dörd rəkət namaz qılıb hacətini diləsə, hacəti qəbul olunar.
İbn Əbu Yə'fur İmam Sadiqə ərz edir: "Sizi ziyarət etmək şövqü səbəb oldu ki, bir xeyli çətinliklərə qatlaşım və sizin görüşünüzə nail olum." İmam Sadiq (ə) ona buyurdu: "Rəbbindən şikayətlənmə! Nə üçün o kəsin ziyarətinə getmədin ki, sənin boynunda onun haqqı mənim haqqımdan daha çoxdur?" İbn Əbu Yə'fur deyir: "O həzrətin bu iki cümləsi mənə ağır gəldi. İkinci cümləsi birinci cümləsindən daha ağır gəldi. Odur ki, soruşdum: "O kimdir ki, mənim boynumda onun haqqı sizin haqqınızdan daha çoxdur?" O həzrət buyurdu: "Hüseyn ibn Əli (ə). Nə üçün İmam Hüseynin (ə) yanına getmədin və orada dua edib hacətini diləmədin?!"
Hədislərdə buyurulur ki, Allah-Təala şəhadət müqabilində İmam Hüseynə (ə) üç şey əta etdi: imamlığı onun övladları arasında, şəfanı onun türbətində və onun qəbri kənarında (bəzi hədislərdə "onun günbəzinin altında" ifadəsi işlənmişdir) duaların qəbul olunmasını qərar verdi.
14. Şeyx Abbas Qummi yazır ki, İmam Hüseynin (ə) günbəzi altında duaların qəbul olunması şəhadət əvəzində Allah-Təalanın ona əta etdiyi məziyyətlərdən biridir. Odur ki, zəvvar bunu qənimət bilib dua etmək və hacət diləməkdə səhlənkarlıq etməsin. Bu məkanda uca və dərin məzmuna malik duaları oxusun.
Onlardan biri İmam Hüseynin (ə) ziyarətlərindən biri əsnasında gələn bu duadır. Belə ki, əllərini göyə qaldırıb deyirsən:
اَللّٰهُمَّ قَدْ تَرٰى مَكَانِيْ
Ey Allahım, məkanımı görür və sözümü eşidirsən. Mənim durumumu, göz yaşlarımı və ah-naləmi, eləcə də Sənin vəlinin, hüccətinin və Peyğəmbərinin övladının qəbrinə sığındığımı görürsən. Ey Ağam, hacətlərimi bilirsən və halım sənə gizlin deyil. Sənin peyğəmbərinin, hüccətinin və əmininin övladı vasitəsilə Sənə üz tutmuşam. Onun vasitəsilə Sənə və Peyğəmbərinə yaxın olmaq istəyirəm. Elə isə, ona xatir məni dünya və axirətdə Öz dərgahında hörmət sahibi olanlardan və müqərrəblərdən qərar ver. Etdiyim ziyarətə görə diləklərimi həyata keçir, istəklərimi mənə əta et. İstəklərimi və şövqündə olduqlarımı mənə ehsan et, hacətlərimi həyata keçir. Məni naümid geri qaytarma və ümidimi qırma. Duamı səmərəsiz etmə və din, dünya,axirət işləri xüsusunda olan bütün diləklərimin həyata keçməsini mənə göstər. Məni o bəndələrdən qərar ver ki, bəlaları, xəstəlikləri, fitnələri və hadisələri onlardan geri qaytarmısan (uzaqlaşdırmısan); o bəndələr ki, onları salamatlıqla həyatda saxlamısan və salamatlıqla da öldürmüsən. Sonra salamatlıqla Cənnətə daxil etmisən və salamatlıqla Cəhənnəm odundan pənah vermisən onlara. Mənə minnət qoyub özüm, ailəm, övladlarım, qardaşlarım, malım-mülküm barədə, həmçinin hər nəyin vasitəsilə mənə nemət vermisənsə o şey barədə arzu etdiklərimin xeyrini mənim üçün hazır et. Ey rəhimlilərin ən rəhimlisi.
وَ تَسْمَعُ كَلَامِيْ
وَ تَرٰى مَقَامِيْ [مَكَانِيْ‏] وَ تَضَرُّعِيْ
وَ مَلَاذِيْ بِقَبْرِ حُجَّتِكَ وَ ابْنِ نَبِيِّكَ
وَ قَدْ عَلِمْتَ يَا سَيِّدِيْ حَوَاۤئِجِيْ
وَ لَا يَخْفٰى عَلَيْكَ حَالِيْ
وَ قَدْ تَوَجَّهْتُ اِلَيْكَ بِابْنِ رَسُوْلِكَ
وَ حُجَّتِكَ وَ اَمِيْنِكَ
وَ قَدْ اَتَيْتُكَ مُتَقَرِّبًا بِهِ اِلَيْكَ وَ اِلٰى رَسُوْلِكَ
فَاجْعَلْنِيْ بِهِ عِنْدَكَ وَجِيْهًا
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ وَ مِنَ الْمُقَرَّبِيْنَ
وَ اَعْطِنِيْ بِزِيَارَتِيْ اَمَلِيْ
وَ هَبْ لِيْ مُنَايَ
وَ تَفَضَّلْ عَلَيَّ بِشَهْوَتِيْ [بِسُؤْلِيْ‏] وَ رَغْبَتِيْ
وَ اقْضِ لِيْ حَوَاۤئِجِيْ
وَ لَا تَرُدَّنِيْ خَاۤئِبًا
وَ لَا تَقْطَعْ رَجَاۤئِيْ
وَ لَا تُخَيِّبْ دُعَاۤئِيْ
وَ عَرِّفْنِي الْاِجَابَةَ فِيْ جَمِيْعِ مَا دَعَوْتُكَ
مِنْ اَمْرِ الدِّيْنِ وَ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ اجْعَلْنِيْ مِنْ عِبَادِكَ
الَّذِيْنَ صَرَفْتَ عَنْهُمُ الْبَلَايَا وَ الْاَمْرَاضَ
وَ الْفِتَنَ وَ الْاَعْرَاضَ
مِنَ الَّذِيْنَ تُحْيِيْهِمْ فِيْ عَافِيَةٍ
وَ تُمِيْتُهُمْ فِيْ عَافِيَةٍ
وَ تُدْخِلُهُمُ الْجَنَّةَ فِيْ عَافِيَةٍ
وَ تُجِيْرُهُمْ مِنَ النَّارِ فِيْ عَافِيَةٍ
وَ وَفِّقْ لِيْ بِمَنٍّ مِنْكَ
صَلَاحَ مَاۤ اُؤَمِّلُ فِيْ نَفْسِيْ
وَ اَهْلِيْ وَ وُلْدِيْ وَ اِخْوَانِيْ وَ مَالِيْ
وَ جَمِيْعِ مَاۤ اَنْعَمْتَ بِهِ عَلَيَّ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔