ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
MÜTLƏQ ZİYARƏT
İMAM HÜSEYNİN (Ə) BİRİNCİ ZİYARƏTİ
Şeyx Kuleyni və İbn Quləvəyhin nəqlinə istinadən, günlərin birində İmam Sadiqin (ə) səhabələrindən bir dəstəsi o həzrətin başına cəm olmuşdular. Onlardan biri İmam Sadiqə (ə) ərz etdi: "Mən çox vaxt bu insanların iclaslarında (Abbasi hakimiyyətinin iclaslarında) iştirak edirəm. Orda nə deyim?" İmam (ə) təlimat verdi: "Bu cür iclaslarda olarkən və orda bizi yad edərkən de:
اَللّٰهُمَّ اَرِنَا الرَّخَاۤءَ وَ السُّرُوْرَ
Allahım, bizə həqiqi zənginliyi və ləzzəti tanıtdır.
Daha sonra dedi: "Sizə fəda olum, mən çox vaxt İmam Hüseyni (ə) xatırlayıram. Həmin vaxt mən nə edim?" O həzrət buyurdu: "Üç dəfə de:
صَلَى اللهُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللهِ
Salam olsun sənə ey Əba Əbdillah!
Çünki istər uzaqdan, istərsə də yaxından deyilən salam ona çatır."
O həzrət daha sonra buyurdu: "Əba Əbdillah şəhid edildikdə, yeddi göy və yeddi yer, onlarda və onların arasında olanlar ona ağladılar..."
Mən ərz etdim: "Mən o həzrətin ziyarətinə getmək istəyirəm. Nə deyim və nə edim?"
İmam Sadiq (ə) buyurdu: "O həzrətin ziyarətinə gedərkən Fəratın suyu ilə qüsl et və təmiz paltarlarını geyin... Ziyarətə gedərkən İmam Hüseynin (ə) hərəminin qapısına çatanadək çoxlu "Əllahu əkbər", "Lə iləhə illəllah", "Subhənəllah" və "əl-Həmdu lilləh" zikrlərini de, Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər. Hərəmin qapısına çatdıqda de:
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ ابْنَ حُجَّتِهِ
Salam olsun sənə ey Allahın hüccəti və Allahın hüccətinin övladı. Salam olsun sizə ey Allahın mələkləri və Allah peyğəmbərinin övladını ziyarət edənlər.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا مَلَاۤئِكَةَ اللّٰهِ
وَ زُوَّارَ قَبْرِ ابْنِ نَبِيِّ اللّٰهِ
Bunu deyib on addım at və dayan. Sonra otuz dəfə de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür.
Daha sonra pak qəbrə tərəf hərəkət et. Qəbrin müqabilində qiblə arxa tərəfində qaldığı bir vəziyyətdə dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ ابْنَ حُجَّتِهِ
Salam olsun sənə ey Allahın hüccəti və Allahın hüccətinin övladı. Salam olsun sənə ey Allah yolunda qətlə yetirilən və Allah yolunda qətlə yetirilənin övladı. Salam olsun sənə ey o kəs ki, onun qanının intiqamını alan Allahdır və o kəsin övladı ki, onun da qanının intiqamını alan Allahdır. Salam olsun sənə ey Allahın o yeganəsi ki, göylərdə və yerdə (Allahdan qeyri) kimsə sənin intiqamını ala bilməz. Şəhadət verirəm ki, sənin qanın Cənnətdə məskən saldı və onun vasitəsilə ərşin kölgə salanları lərzəyə gəldi, bütün məxluqat onun üçün ağladı, yeddi göy və yeddi yer, eləcə də onlarda və onların arasında olanların hamısı, Rəbbimizin Cənnətdə və Cəhənnəmdə yaratdıqlarının hamısı – istər gözlə görünənlər, istərsə də gözlə görünməyənlər ağladılar. Şəhadət verirəm ki, sən Allahın hüccətisən və Allahın hüccətinin övladısan. Şəhadət verirəm ki, sən Allah yolunda qətlə yetirilmisən və Allah yolunda qətlə yetirilənin övladısan. Şəhadət verirəm sən o kəsin övladısan ki, onun qanının intiqamını alan Allahdır.Şəhadət verirəm sən Allahın o yeganəsisən ki, göylərdə və yerdə (Allahdan qeyri) kimsə sənin qanının intiqamını ala bilməz. Şəhadət verirəm ki, sən üzərinə düşəni çatdırdın, xeyirxahlıq etdin, əhdinə vəfa edib vəfadarlıq göstərdin, Allah yolunda cihad etdin. Hədəfin yolunda arzuladığın şəhadətlə, özün şahid olduğun və şahidliyin edilmiş bir halda dünyadan köçdün. Mən Allahın bəndəsiyəm və səni sevən, sənə itaət edən və sənə möhtacam. Allah dərgahında ən uca məqamı, sənin hüzuruna hicrətdə dönməz olmağı və heç bir çətinlik olmadan əmr olunduğun o himayən altına daxil olmaq üçün olan yolu istəyirəm. Allahı iradə edən (Allahı istəyən, Allaha yaxın olmağı istəyən) kəs sizdən başlamalıdır. Allah sizin vasitənizlə yalanı üzə çıxarır, çətin dövrana son qoyur, (xeyir və rəhmət qapılarını) açır və bağlayır; Allah sizin vasitənizlə istədiyini məhv edir və istədiyini bərqərar edir, zilləti bizim üstümüzdən götürür; Allah sizin vasitənizlə qisası tələb olunan hər möminin nahaq axıdılmış qanının intiqamını alır; Yer sizin vasitənizlə ağaclarını və meyvələrini yetişdirir, asiman sizin vasitənizlə yağışını və ruzisini endirir; Allah sizin vasitənizlə çətinlikləri aradan qaldırır və yağışı yağdırır; sizin bədənlərinizi daxilində dəfn edən yer sizə xatir Allaha təsbih deyir, dağlar sizə xatir yerindəcə durub qalır. Rəbbin iradəsi (istəyi) Onun işlərinin təqdiratında sizə həvalə olunub və sizin evlərinizdən çıxır, bəndələrin təfsil edilmiş hökmləri sizin tərəfinizdən çıxarılır. Sizi qətlə yetirən , sizinlə müxalifət edən, vəliliyinizi inkar edən, sizə arxa çevirən, orada hazır olan (iştirak edən), lakin şəhadəti istəməyən camaata lənət olsun. Həmd-səna o Allaha aiddir ki, odu onların əbədi məkanı qərar vermişdir. Ora daxil edilənlər və daxil olanlar üçün necə də pis yerdir! Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur.
اَلسَّلَامُ عَلَيْكَ يَا قَتِيْلَ اللّٰهِ وَ ابْنَ قَتِيْلِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وِتْرَ اللّٰهِ الْمَوْتُوْرَ فِيْ السَّمَاوَاتِ وَ الْاَرْضِ
اَشْهَدُ اَنَّ دَمَكَ سَكَنَ فِي الْخُلْدِ
وَ اقْشَعَرَّتْ لَهُ اَظِلَّةُ الْعَرْشِ
وَ بَكٰى لَهُ جَمِيْعُ الْخَلَاۤئِقِ
وَ بَكَتْ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَ الْاَرَضُوْنَ السَّبْعُ
وَ مَا فِيْهِنَّ وَ مَا بَيْنَهُنَّ
وَ مَنْ يَتَقَلَّبُ فِي الْجَنَّةِ وَ النَّارِ مِنْ خَلْقِ رَبِّنَا
وَ مَا يُرٰى وَ مَا لَا يُرٰى
اَشْهَدُ اَنَّكَ حُجَّةُ اللّٰهِ وَ ابْنُ حُجَّتِهِ
وَ اَشْهَدُ اَنَّكَ قَتِيْلُ اللّٰهِ وَ ابْنُ قَتِيْلِهِ
وَ اَشْهَدُ اَنَّكَ ثَارُ اللّٰهِ وَ ابْنُ ثَارِهِ [ثَاۤئِرُ اللّٰهِ فِي الْاَرْضِ وَ ابْنُ ثَاۤئِرِهِ‏]
وَ اَشْهَدُ اَنَّكَ وِتْرُ الْمَوْتُوْرُ فِيْ السَّمَاوَاتِ وَ الْاَرْضِ
وَ اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ وَ نَصَحْتَ
وَ وَفَيْتَ وَ اَوْفَيْتَ
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ مَضَيْتَ لِلَّذِيْ كُنْتَ عَلَيْهِ شَهِيْدًا وَ مُسْتَشْهِدًا
وَ شَاهِدًا وَ مَشْهُوْدًا
اَنَا عَبْدُ اللّٰهِ وَ مَوْلَاكَ
وَ فِيْ طَاعَتِكَ وَ الْوَافِدُ اِلَيْكَ
اَلْتَمِسُ كَمَالَ الْمَنْزِلَةِ عِنْدَ اللّٰهِ
وَ ثَبَاتَ الْقَدَمِ فِي الْهِجْرَةِ اِلَيْكَ
وَ السَّبِيْلَ الَّذِيْ لَا يَخْتَلِجُ دُوْنَكَ
مِنَ الدُّخُوْلِ فِيْ كِفَالَتِكَ الَّتِيۤ اُمِرْتَ [اَمَرْتَ‏] بِهَا
مَنْ اَرَادَ اللّٰهَ بَدَاَ بِكُمْ
بِكُمْ يُبَيِّنُ اللّٰهُ الْكَذِبَ
وَ بِكُمْ يُبَاعِدُ اللّٰهُ الزَّمَانَ الْكَلِبَ
وَ بِكُمْ فَتَحَ اللّٰهُ
وَ بِكُمْ يَخْتِمُ اللّٰهُ
وَ بِكُمْ يَمْحُوْ مَا يَشَاۤءُ وَ [بِكُمْ‏] يُثْبِتُ
وَ بِكُمْ يَفُكُّ الذُّلَّ مِنْ رِقَابِنَا
وَ بِكُمْ يُدْرِكُ اللّٰهُ تِرَةَ كُلِّ مُؤْمِنٍ يُطْلَبُ بِهَا
وَ بِكُمْ تُنْبِتُ الْاَرْضُ اَشْجَارَهَا
وَ بِكُمْ تُخْرِجُ الْاَرْضُ ثِمَارَهَا
وَ بِكُمْ تُنْزِلُ السَّمَاۤءُ قَطْرَهَا وَ رِزْقَهَا
وَ بِكُمْ يَكْشِفُ اللّٰهُ الْكَرْبَ
وَ بِكُمْ يُنَزِّلُ اللّٰهُ الْغَيْثَ
وَ بِكُمْ تُسَبِّحُ [تَسِيْخُ‏] الْاَرْضُ الَّتِيْ تَحْمِلُ اَبْدَانَكُمْ
وَ تَسْتَقِرُّ جِبَالُهَا عَنْ [عَلٰى‏] مَرَاسِيْهَا
اِرَادَةُ الرَّبِّ فِيْ مَقَادِيْرِ اُمُوْرِهِ تَهْبِطُ اِلَيْكُمْ
وَ تَصْدُرُ مِنْ بُيُوْتِكُمْ
وَ الصَّادِرُ عَمَّا فُصِّلَ مِنْ اَحْكَامِ الْعِبَادِ
لُعِنَتْ اُمَّةٌ قَتَلَتْكُمْ
وَ اُمَّةٌ خَالَفَتْكُمْ
وَ اُمَّةٌ جَحَدَتْ وِلَايَتَكُمْ
وَ اُمَّةٌ ظَاهَرَتْ عَلَيْكُمْ
وَ اُمَّةٌ شَهِدَتْ وَ لَمْ تُسْتَشْهَدْ
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَ النَّارَ مَأْوَاهُمْ
وَ بِئْسَ وِرْدُ الْوَارِدِيْنَ
وَ بِئْسَ الْوِرْدُ الْمَوْرُوْدُ
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ۔
Sonra üç dəfə de:
وَ صَلَّى اللّٰهُ عَلَيْكَ يَا اَبَا عَبْدِ اللّٰهِ۔
Allahın salamı olsun sənə ey Əba Əbdullah.
Yenə üç dəfə de:
اَنَا اِلَى اللّٰهِ مِمَّنْ خَالَفَكَ بَرِيۤ‏ءٌ۔
Mən səninlə müxalifət edən hər kəsdən Allaha şikayət edirəm.
Sonra ayağa qalxıb o həzrətin qəbrinin ayaq tərəfində dəfn olunan övladının - Əli ibn Hüseynin (ə) (Əli Əkbər) qəbrinin yanına get və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey Həsənin və Hüseynin övladı. Salam olsun sənə Xədicənin və Fatimənin övladı. Allahın salamı olsun sənə və Allahın lənəti olsun səni qətlə yetirənlərə. Mən onlardan Allaha şikayət edirəm.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْحَسَنِ وَ الْحُسَيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَدِيْجَةَ وَ فَاطِمَةَ
صَلَّى اللّٰهُ عَلَيْكَ
صَلَّى اللّٰهُ عَلَيْكَ
صَلَّى اللّٰهُ عَلَيْكَ
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ۔
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ۔
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ۔
اَنَا اِلَى اللّٰهِ مِنْهُمْ بَرِيۤ‏ءٌ
Bunları dedikdən sonra ayağa qalx və əlinlə digər şəhidlərə işarə edib de:
اَلسَّلَامُ عَلَيْكُمْ
Salam olsun sizə, salam olsun sizə, salam olsun sizə. And olsun Allaha nicat tapdınız, and olsun Allaha nicat tapdınız, and olsun Allaha nicat tapdınız. Ey kaş mən sizinlə olaydım və böyük qurtuluşa nail olaydım.
اَلسَّلَامُ عَلَيْكُمْ
اَلسَّلَامُ عَلَيْكُمْ
فُزْتُمْ وَ اللّٰهِ
فُزْتُمْ وَ اللّٰهِ
فُزْتُمْ وَ اللّٰهِ
فَلَيْتَ اَنِّيْ مَعَكُمْ فَاَفُوْزَ فَوْزًا عَظِيْمًا۔
Sonra dönüb Əba Əbdullahın (ə) qəbrinin arxasında üzü qibləyə dayan və altı rəkət namaz qıl. Beləliklə də ziyarətin tamamlanır. Bundan sonra əgər istəsən orada qala bilərsən, istəsən gedə bilərsən.
(Heç şübhəsiz, hal-hazırda zəvvarların hamısının bütün bu qaydalara riayət etməsi olduqca çətin və qeyri-mümkündür. Odur ki, bir kənarda dayanıb hüzur ilə ziyarətnaməni oxumaq kifayət edir.)