Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında yazır ki, Səfvan Cəmmal belə nəql edir: "Mən mövlamız İmam Hüseyni (ə) ziyarət etmək üçün İmam Sadiqdən (ə) izn istədim və ondan xahiş etdim ki, İmam Hüseyni (ə) ziyarət edərkən yerinə yetirilən əməlləri mənə bəyan etsin.
İmam Sadiq (ə) buyurdu: "Ey Səfvan, yola düşməzdən qabaq üç gün oruc tut. Üçüncü gün qüsl et və ailəni toplayıb bu cümləylə başlayan duanı de:
اَللّٰهُمَ اِنِىّۤ اَسْتَوْدِعُكَ
Ey Allahım, bu gün özümü, ailəmi, malımı-mülkümü, övladlarımı, yolda mənimlə birlikdə olanları – onların hazır və qaib olanlarını – Sənə tapşırıram...
(Bu dua "İmam Hüseyni (ə) ziyarət etməyin qaydaları" bölümündə qeyd olunub.)
Sonra Fəratın suyu ilə qüsl et. Atam öz atalarından və onlar da Rəsulallahdan (s) nəql edirlər ki, o həzrət belə buyurdu: "Bu övladım Hüseyn (ə) məndən sonra Fəratın kənarında qətlə yetiriləcəkdir. Hər kim Fəratda qüsl edib onu ziyarət edərsə, günahları elə tökülər ki, anadan yeni dünyaya gələn uşaq tək pak olar."
Daha sonra İmam (ə) çayda çimərkən bu cümlələri deməyi tövsiyə elədi:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
Allahın adı ilə başlayır və Ona təvəkkül edirəm. Allahım, bu suyu mənim üçün yüngül, təmizlənmə, sığınacaq və hər xəstəlikdən, epidemiyadan və ya qüsurdan qurtuluş yeri qərar ver. Allahım, bu suyla qəlbimi pakla, sinəmi genişləndir və işimi asan et.
اَللّٰهُمَّ اجْعَلْهُ نُوْرًا وَ طَهُوْرًا
وَ حِرْزًا وَ شِفَاۤءً مِنْ كُلِّ دَاۤءٍ
وَ سُقْمٍ وَ اٰفَةٍ وَ عَاهَةٍ
اَللّٰهُمَّ طَهِّرْ بِهِ قَلْبِيْ
وَ سَهِّلْ لِيْ بِهِ اَمْرِيْ ۔
Səfvan deyir: "İmam Sadiq (ə) bir neçə əməli bəyan etdikdən, o cümlədən "Əllahu əkbər" və "Lə iləhə illəllah" zikrlərini deməyi, Məhəmməd və Ali-Məhəmmədə salam və salavat göndərməyi, xüsusilə də İmam Hüseynə (ə) salam göndərməyi və onun qatillərinə lənət deməyi tövsiyə etdikdən sonra buyurdu: "Elə ki, hərəmin qapısına çatdın dayan və de:
اَللّٰهُ اَكْبَرُ كَبِيْرًا
Allah düşüncəyə və vəsfə sığmaqdan böyükdür. Saysız həmd-səna Allaha məxsusdur. Allah pak və münəzzəhdir; sübh və şam. Həmd-səna o Allaha məxsusdur ki, bizi bu rəhmət dərgahına hidayət etdi və əgər O bizi hidayət etməsəydi, biz hidayət olunmazdıq. Həqiqətən Rəbbimizin elçiləri haqq olaraq gəliblər.
وَ الْحَمْدُ لِلّٰهِ كَثِيْرًا
وَ سُبْحَانَ اللّٰهِ بُكْرَةً وَ اَصِيْلًا
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ هَدَانَا لِهٰذَا
وَ مَا كُنَّا لِنَهْتَدِيَ لَوْ لَا اَنْ هَدَانَا اللّٰهُ
لَقَدْ جَاۤءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallah. Salam olsun sənə ey Allahın peyğəmbəri. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusu. Salam olsun sənə ey elçilərin sərvəri. Salam olsun sənə ey Allahın sevimlisi. Salam olsun sənə ey Əmirəl-möminin. Salam olsun sənə ey peyğəmbər canişinlərinin sərvəri. Salam olsun sənə ey bənzərsiz insanların öndəri. Salam olsun dünya qadınlarının sərvəri Fatiməyə. Salam olsun sənə və sənin övladlarından olan imamlara. Salam olsun sənə ey Əmirəl-mömininin canişini. Salam olsun sənə ey doğru danışan şəhid. Salam olsun sizə ey Hüseynin – Salam olsun ona – qəbrini əhatəyə alan Rəbbimin mələkləri. Mənim daimi salamım olsun sizə, nə qədər ki mən baqiyəm və gecə-gündüz baqidir.
اَلسَّلَامُ عَلَيْكَ يَا نَبِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُرْسَلِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبِيْبَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَاۤئِدَ الْغُرِّ الْمُحَجَّلِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْاَئِمَّةِ مِنْ وُلْدِكَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّدِّيْقُ الشَّهِيْدُ
اَلسَّلَامُ عَلَيْكُمْ يَا مَلَاۤئِكَةَ اللّٰهِ [رَبِّيْ]
الْمُقِيْمِيْنَ فِيْ هٰذَا الْمَقَامِ الشَّرِيْفِ،
اَلسَّلَامُ عَلَيْكُمْ يَا مَلَاۤئِكَةَ رَبِّي
الْمُحْدِقِيْنَ بِقَبْرِ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ
اَلسَّلَامُ عَلَيْكُمْ مِنِّيۤ اَبَدًا
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Salam olsun sənə ey Əba Əbdullah. Salam olsun sənə ey Rəsulallahın övladı. (Salam olsun sənə ey Əmirəl-mömininin övladı.) Mən sənin nökərinəm, sənin nökərinin və kənizinin övladıyam. Bəndə (nökər) olduğumu iqrar edirəm. Sizinlə müxalifət etmədən və sizin dostlarınızla dost, düşmənlərinizlə düşmən olduğum bir halda sənin hərəmini (ziyarət etməyi) qəsd etmişəm, şəhid olduğun məkana sığınmışam və bu qəsdlə sənə yaxın olmaq istəyirəm. Daxil olummu ey Rəsulallah? Daxil olummu ey Allahın peyğəmbəri? Daxil olummu ey Əmirəl-möminin? Daxil olummu ey canişinlərin sərvəri? Daxil olummu ey dünya qadınlarının sərvəri Fatimə? Daxil olummu ey mənim mövlam – ey Əba Əbdullah? Daxil olummu ey mənim mövlam – ey Rəsulallahın övladı?
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ وَ ابْنُ اَمَتِكَ
الْمُقِرُّ بِالرِّقِّ وَ التَّارِكُ لِلْخِلَافِ عَلَيْكُمْ
وَ الْمُوَالِيْ لِوَلِيِّكُمْ وَ الْمُعَادِيْ لِعَدُوِّكُمْ
قَصَدَ حَرَمَكَ وَ اسْتَجَارَ بِمَشْهَدِكَ
وَ تَقَرَّبَ اِلَيْكَ بِقَصْدِكَ
اَاَدْخُلُ يَا رَسُوْلَ اللّٰهِ
اَاَدْخُلُ يَا نَبِيَّ اللّٰهِ
اَاَدْخُلُ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَاَدْخُلُ يَا سَيِّدَ الْوَصِيِّيْنَ
اَاَدْخُلُ يَا فَاطِمَةُ سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَاَدْخُلُ يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَاَدْخُلُ يَا مَوْلَايَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ۔
Əgər qəlbin riqqətə gəldisə və göz yaşların axdısa, bil ki, sənə daxil olmağa icazə verilib. Bu vaxt içəriyə daxil ol və de:
اَلْحَمْدُ لِلّٰهِ الْوَاحِدِ الْاَحَدِ
Həmd-səna vahid, əhəd, tək və ehtiyacsız Allaha məxsusdur. O Allah ki, bizi sənin dostluğuna hidayət etdi, məni sənin ziayərətin üçün seçdi və bunu mənə asan etdi.
الَّذِيْ هَدَانِيْ بِوِلَايَتِكَ
وَ خَصَّنِيْ بِزِيَارَتِكَ
وَ سَهَّلَ لِيْ قَصْدَكَ۔
Daha sonra qəbrin baş tərəfində dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyi Adəmin varisi. Salam olsun sənə ey Allahın peyğəmbəri Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey Allahın sevimlisi Məhəmmədin varisi. Salam olsun sənə ey Allahın vəlisi Əmirəl-mömininin – Salam olsun ona – varisi. Salam olsun sənə ey Məhəmməd Müstəfanın övladı. Salam olsun sənə ey Əli Mürtəzanın övladı. Salam olsun sənə ey Fatimə-Zəhranın övladı. Salam olsun sənə ey Xədicə-Kübranın övladı. Salam olsun sənə ey o kəsin övladı ki, onun qanının intiqamını alan Allahdır və o yeganə ki, qanının intiqamı alınmamışdır. Şəhadət verirəm ki, sən namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allaha və Onun elçisinə itaət etdin, ta ki şəhid oldun. Allah lənət etsin sənin qatillərinə, sənə zülm edənlərə və bu hadisəni eşidib razı olanlara.
Ey mənim mövlam, ey Əba Əbdullah, şəhadət verirəm ki, sən şəni uca sülblərdə və pakizə bətnlərdə olan bir nur idin. Cahiliyyət dövrü səni öz çirkinə bulaşdırmadı və öz çirkli libasını sənin əyninə geyindirmədi. Şəhadət verirəm ki, sən dinin sütunlarından və möminlərin dayaqlarındansan. Şəhadət verirəm ki, sən yaxşı əməl və təqva sahibi, bəyənilən, pakizə, yol göstərən və hidayət olunmuş imamsan (rəhbərsən). Şəhadət verirəm ki, sənin övladlarından olan imamlar təqvanın əsasları, hidayət nişanələri, (hidayətin) möhkəm bağlar(ı) və dünya əhlinə (Allahın) hüccətləridir. Allahı və Onun mələklərini, peyğəmbərlərini, elçilərini şahid tuturam ki, sizə imanım vardır; dinimin qanunları və əməlimin xətmi vasitəsilə sizin dönüşünüzə yəqinliyim vardır. Qəlbim sizin qəlbinizə təslimdir və əməlim sizin əməlinizin davamçısıdır. Allahın salamları olsun sizə, sizin ruhlarınıza, bədənlərinizə, cisimlərinizə, onların hazır və qayib, zahir və batin olanına.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيْبِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ عَلَيْهِ السَّلَامُ [وَلِيِّ اللّٰهِ]
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ ۟اِلْمُصْطَفٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ ۟اِلْمُرْتَضٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَدِيْجَةَ الْكُبْرٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ
وَ الْوِتْرَ الْمَوْتُوْرَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ اَطَعْتَ اللّٰهَ وَ رَسُوْلَهُ حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ،
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ
يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوْرًا فِي الْاَصْلَابِ الشَّامِخَةِ
وَ الْاَرْحَامِ الْمُطَهَّرَةِ
لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِاَنْجَاسِهَا
وَ لَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمَّاتِ ثِيَابِهَا
وَ اَشْهَدُ اَنَّكَ مِنْ دَعَاۤئِمِ الدِّيْنِ
وَ اَرْكَانِ الْمُؤْمِنِيْنَ
وَ اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْبَرُّ التَّقِيُّ
وَ اَشْهَدُ اَنَّ الْاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوٰى
وَ الْعُرْوَةُ الْوُثْقٰى
وَ الْحُجَّةُ عَلٰى اَهْلِ الدُّنْيَا
وَ اُشْهِدُ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ
وَ اَنْبِيَاۤءَهُ وَ رُسُلَهُ
اَنِّيْ بِكُمْ مُؤْمِنٌ وَ بِاِيَابِكُمْ
مُوْقِنٌ بِشَرَاۤئِعِ دِيْنِيْ وَ خَوَاتِيْمِ عَمَلِيْ
وَ قَلْبِيْ لِقَلْبِكُمْ سِلْمٌ
وَ اَمْرِيْ لِاَمْرِكُمْ مُتَّبِعٌ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ وَ عَلٰىۤ اَرْوَاحِكُمْ
وَ عَلٰىۤ اَجْسَادِكُمْ وَ عَلٰىۤ اَجْسَامِكُمْ
وَ عَلٰىۤ شَاهِدِكُمْ وَ عَلٰىۤ غَاۤئِبِكُمْ
وَ عَلٰى ظَاهِرِكُمْ وَ عَلٰى بَاطِنِكُمْ۔
Sonra (imkan olduğu surətdə) qəbri öp və de:
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Atam-anam sənə fəda olsun ey Rəsulallahın övladı. Atam-anam sənə fəda olsun ey Əba Əbdullah. Həqiqətən böyük müsibət üz verdi və sənin müsibətin bizə, göylərin və yerin əhlinə çox ağır oldu. Allah lənət etsin atlarını yəhərləyən, cilovlayan və səninlə döyüşə hazırlaşan camaata. Ey mənim mövlam, ey Əba Əbdullah, sənin hərəmini qəsd etmişəm (hərəminə üz tutmuşam) və şəhid olduğun məkana gəlmişəm. Allahdan istəyirəm Onun yanında olan şənin və məqamın xatirinə ki, Məhəmməd və Ali-Məhəmmədə salam göndərsin, məni dünya və axirətdə sizinlə birlikdə etsin.
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ
وَ جَلَّتِ الْمُصِيْبَةُ بِكَ عَلَيْنَا
وَ عَلٰى جَمِيْعِ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرْضِ
فَلَعَنَ اللّٰهُ اُمَّةً اَسْرَجَتْ وَ اَلْجَمَتْ
وَ تَهَيَّاَتْ لِقِتَالِكَ
يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
وَ اَتَيْتُ اِلٰى مَشْهَدِكَ
اَسْاَلُ اللّٰهَ بِالشَّأْنِ الَّذِيْ لَكَ عِنْدَهُ
وَ بِالْمَحَلِّ الَّذِيْ لَكَ لَدَيْهِ
اَنْ يُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ يَجْعَلَنِيْ مَعَكُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ۔
Sonra ayağa qalx və iki rəkət namaz qıl:
Fatihədən sonra istədiyin "Surə"ni oxuya bilərsən. Namazı qılıb qurtardıqdan sonra de:
اَللّٰهُمَّ اِنِّيْ صَلَّيْتُ وَ رَكَعْتُ وَ سَجَدْتُ
Ey Allahım, namaz qıldım və Sənə rüku, səcdə etdim. Sən yeganəsən və şərikin yoxdur. Namaz, rüku və səcdə yalnız Sənə məxsusdur. Çünki Sən o Allahsan ki, Səndən qeyri ilah yoxdur. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Mənim ən yaxşı salamımı onlara çatdır və onların da salamını mənə qaytar. Ey Allahım, bu iki rəkət mənim tərəfimdən mövlam Hüseyn ibn Əliyə - Salam olsun onlara! – hədiyyədir. Ey Allahım, Məhəmmədə və ona salam göndər və bunu məndən qəbul et. Bunun əvəzində mənə arzu etdiyimdən də yaxşı və Sənə və Sənin vəlinə ümid etdiyim mükafatı mənə əta et. Ey möminlərin vəlisi (başçısı)!
لَكَ وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
لِاَنَّ الصَّلَاةَ وَ الرُّكُوْعَ وَ السُّجُوْدَ
لِاَنَّكَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَبْلِغْهُمْ عَنِّيْ اَفْضَلَ السَّلَامِ وَ التَّحِيَّةِ
وَ ارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلَامَ
اَللّٰهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ
هَدِيَّةٌ مِنِّيۤ اِلٰى مَوْلَايَ
الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَلَيْهِمَا السَّلَامُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ عَلَيْهِ
وَ تَقَبَّلْ مِنِّيْ وَ أْجُرْنِيْ عَلٰى ذٰلِكَ
بِاَفْضَلِ اَمَلِيْ وَ رَجَاۤئِيْ فِيْكَ
وَ فِيْ وَلِيِّكَ يَا وَلِيَّ الْمُؤْمِنِيْنَ۔
Sonra qalxıb o həzrətin qəbrinin ayaq tərəfinə get. Əli ibn Hüseynin (ə) – Əli Əkbərin qəbrinin baş tərəfində dayan və ona xitabən de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Allahın peyğəmbərinin övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey şəhid Hüseynin övladı. Salam olsun sənə ey şəhid və şəhidin övladı. Salam olsun sənə ey məzlum (zülmə məruz qalan) və məzlumun övladı. Allah lənət etsin səni qətlə yetirən, sənə zülm edən və bunu eşidib razı olan camaata.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْحُسَيْنِ الشَّهِيْدِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الشَّهِيْدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمَظْلُوْمُ وَ ابْنُ الْمَظْلُوْمِ
لَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ۔
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ ابْنَ وَلِيِّهِ
Salam olsun sənə ey Allahın vəlisi və Allahın vəlisinin övladı. Həqiqətən böyük müsibət üz verdi və sənin müsibətin bizə və bütün müsəlmanlara ağır oldu. Allah lənət etsin səni qətlə yetirən camaata. Onlardan Allaha və sənə şikayət edirəm.
لَقَدْ عَظُمَتِ الْمُصِيْبَةُ
وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ عَلَيْنَا
وَ عَلٰى جَمِيْعِ الْمُسْلِمِيْنَ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ اَبْرَاُ اِلَى اللّٰهِ وَ اِلَيْكَ مِنْهُمْ۔
Daha sonra digər şəhidlərə üz tutaraq de:
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَوْلِيَاۤءَ اللّٰهِ وَ اَحِبَّاۤءَهُ
Salam olsun sizə ey Allah övliyaları və Allahı sevənlər. Salam olsun sizə ey Rəsulallahın köməkçiləri. Salam olsun sizə ey Əmirəl-mömininin köməkçiləri. Salam olsun sizə ey dünya qadınlarının sərvəri Fatimənin köməkçiləri. Salam olsun sizə ey xeyirxah vəli Əba Məhəmməd Həsən ibn Əlinin köməkçiləri. Salam olsun sizə ey Əba Əbdullahın köməkçiləri. Atam-anam sizə fəda olsun. Siz pakizə oldunuz, sizin dəfn olunduğunuz yer də pakizə oldu. Siz böyük qurtuluşa nail oldunuz. Ey kaş mən də sizinlə olaydım və qurtuluşa nail olaydım.
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَصْفِيَاۤءَ اللّٰهِ وَ اَوِدَّاۤءَهُ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ دِيْنِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اَبِيْ مُحَمَّدٍ
۟اِلْحَسَنِ بْنِ عَلِيٍّ ۟اِلْوَلِيِّ [الزَّكِيِ] النَّاصِحِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اَبِيْ عَبْدِ اللّٰهِ
بِاَبِيۤ اَنْتُمْ وَ اُمِّيْ
طِبْتُمْ وَ طَابَتِ الْاَرْضُ الَّتِيْ [اَنْتُمْ] فِيْهَا دُفِنْتُمْ
وَ فُزْتُمْ فَوْزًا عَظِيْمًا
فَيَا لَيْتَنِيْ كُنْتُ مَعَكُمْ فَاَفُوْزَ مَعَكُمْ ۔
Sonra İmam Hüseynin (ə) qəbrinin baş tərəfinə gəl və özün üçün, əhli-əyalın, övladın, atan-anan, qardaşların üçün çoxlu dua et. Çünki bu pak hərəmdə edilən dua və dilənilən dilək geri qaytarılmaz.