ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ƏLQƏMƏ DUASI
Aşura ziyarətindən sonra oxunan bir duadır. Bu duanı Səffan ibn Mehran imam Sadiqdən (ə) nəql etmişdir. Ancaq ravisinin adı Əlqəmə olduğundan və "Aşura ziyarəti" hədisinin ardınca oxunduğu üçün "Əlqəmə duası" adı ilə məşhur olmuşdur.
Dua belə başlayır:
يَا اَللّٰهُ يَا اَللّٰهُ يَا اَللّٰهُ،
Ey Allah, ey Allah, ey Allah! Ey çarəsizlərin duasını qəbul edən! Ey çətinliyə düşənlərin kədərini aradan qaldıran! Ey kömək istəyənlərin imdadına çatan! Ey fəryad edənlərin fəryadına yetən! Ey mənə şah damarınəmdan daha yaxın olan! Ey insanla onun qəlbinin arasına girən! Ey ən uca məqamda və aydın üfüqdə olan! Ey ərşə ucalmış Rəhmli və Mərhəmətli! Ey gözlərin xəyanətini və qəlblərin gizlindəkini bilən! Ey heç bir gizlinin gizli qalmadığı! Ey səslər bir-birinə qarışdığı halda onları ayırd edə bilən! Ey ehtiyaclar onu çaşdırmayan! Ey israr edənlərin israrı onu bezdirməyən! Ey heç bir şeyin ondan yayınmadığı! Ey hər bir dağılanı bir yerə toplayan! Ey ölümdən sonra ruhları bərpa edən! Ey hər gün bir işdə olan! Ey ehtiyacları yerinə yetirən! Ey qəm-qüssəni aradan qaldıran! Ey istənilənləri verən! Ey arzu edənlərin dostu! Ey mühüm işlərdə kifayət edən! Ey hər şeydən ehtiyacsız olub, özü hər kəsə yetən, lakin heç bir şeyin Ondan ehtiyacsız olmadığı Zat! Göylərin və yerin Rəbbi! Səndən xahiş edirəm – Peyğəmbərlərin sonuncusu Mühəmmədin (s) haqqına, Möminlərin rəhbəri Əlinin haqqına, Peyğəmbərinin qızı Fatimənin haqqına, Həsən və Hüseynin haqqına – çünki mən bu məqamda onlarla Sənə üz tuturam, onlarla Sənə vasitə edirəm, onlarla Sənə şəfaət diləyirəm. Onların haqqına Səndən istəyirəm, onların haqqına and verirəm və israrla yalvarıram. Sənin yanındakı onların yüksək məqamı, Sənin yanında olan dəyərləri və Sən onları aləmlərə üstün etdiyin məqamı ilə və Sənin onların ixtiyarına verdiyin isminlə, onları aləmlər arasında fərqləndirdiyin və seçdiyin isminlə və onların fəzilətini aləmlərin fəzilətindən fərqləndirdiyin isminlə – elə ki, onların fəziləti bütün aləmlərin fəzilətindən üstün oldu - Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin ailəsinə salavat göndərəsən və qəmimi, kədərimi və çətinliyimi aradan qaldırasan. İşlərimin mühüm olanlarında mənə kifayət edəsən. Borcumu ödəyəsən. Məni yoxsulluqdan və ehtiyacdan qoruyasan. Məni başqalarından bir şey istəməkdən ehtiyacsız edəsən. Qorxduğum şəxsin qorxusunu, çətinliyindən qorxduğum şəxsin çətinliyini, kədərindən qorxduğum şəxsin kədərini mənə yetirməyəsən və şərindən qorxduğum şəxsin şərindən, və hiyləsindən qorxduğum şəxsin hiyləsindən, və zülmündən qorxduğum şəxsin zülmündən, və ədalətsizliyindən qorxduğum şəxsin ədalətsizliyindən, və hakimiyyətindən qorxduğum şəxsin hakimiyyətindən, və qurduğu tələlərdən qorxduğum şəxsin tələsindən, və mənə qarşı gücündən qorxduğum şəxsin gücündən Sənə sığınıram. Ey Allah! Tələlər qurub məni aldadacaq olanların hiyləsini də, hiyləgərlərin planlarını da mənim üzərimdən uzaqlaşdır. Ey Allah! Kim mənə pis niyyətlə yanaşırsa, Sən də ona qarşı niyyət et. Kim mənə hiylə qurursa, Sən də ona qarşı hiylə qur. Onun hiyləsini, planını, zərərini və arzularını məndən uzaqlaşdır. Onu necə və harada istəsən, məndən uzaqlaşdır. Ey Allah! Onu elə bir yoxsulluğa sal ki, Sən onu aradan qaldırmayasan. Elə bir bəlaya düçar et ki, onun üstünü örtməyəsən. Elə bir ehtiyaca sal ki, onu ödəməyəsən. Elə bir xəstəliyə tutdur ki, ona şəfa verməyəsən. Elə bir zillətə sal ki, onu izzətə qovuşdurmayasan. Elə bir miskinliyə düçar et ki, onu düzəltməyəsən. Ey Allah! Onun gözləri önündə zilləti qoy. Evinə yoxsulluğu daxil et. Bədəninə xəstəlik və ağrılar sal. Elə bir məşğuliyyətlə məşğul et ki, artıq mənə vaxt ayıra bilməsin. Məni unutdur ona, necə ki o, Səni unutdu. Sənin adını unutduğu kimi, mənim adımı da unutdur. Onun eşitmə qabiliyyətini, görmə qabiliyyətini, dilini, əlini, ayağını, qəlbini və bütün bədən üzvlərini mənimlə əlaqəsini kəsmək üçün al. Bütün bunların içində onu xəstəliyə düçar etvə onu sağaltma, ta ki bu hal onu mənimlə və məni xatırlamaqdan uzaqlaşdıracaq dərəcədə məşğul etsin. Ey ehtiyaclara kifayət edən, mənə kifayət et! Səndən başqa heç kəs kifayət edə bilməz, çünki Sən kifayət edənlərin yeganəsisən. Sən çətinlikləri aradan qaldıransan – Səndən başqa bunu edən yoxdur. Sən kömək edən, sığınacaq verənsən – Səndən başqası yoxdur. O kimsə ki, Səndən başqasını özünə qonşu bilir, Səndən başqasına ümid bağlayır, Səndən başqasına pənah aparır, Səndən başqasına sığınıb qurtuluş axtarır – onlar ziyana uğrayıblar. Sən mənim ümidim, güvənim, sığınacağım və qurtuluşumsan. Sənə üz tuturam, Səndən uğur istəyirəm. Mühəmməd və Mühəmmədin Əhli-beyti vasitəsilə Sənə üz tuturam, onlarla Sənə yaxınlaşır və onlarla Səndən şəfaət diləyirəm. Səndən istəyirəm – ey Allah! Ey Allah! Ey Allah! Sənə həmd olsun, Sənə şükür olsun. Şikayət yalnız Sənədir və yardım da yalnız Səndəndir. Səndən istəyirəm – ey Allah! ey Allah! ey Allah! Mühəmməd və Mühəmmədin ailəsinin haqqı üçün, onlara salavat göndər və bu məqamımda qəmimi, kədərimi və çətinliyimi aradan qaldır – necə ki, Peyğəmbərinin dərdini, kədərini və sıxıntısını aradan qaldırdın və onu düşməninin qorxusundan qorudun. Elə isə mənim dərdimi də aradan qaldır, necə ki Onun dərdini aradan qaldırdın. Məni də qurtar, necə ki Onu qurtardın. Mənə də kifayət et, necə ki Ona kifayət etdin. Qorxduğum şeylərin dəhşətini, çətinliyini və ağırlığını mənim üzərimdən uzaqlaşdır. Bu işlərdən dolayı nəfsimə bir yük yükləmədən, məni ehtiyaclarımı ödəyərək və axirətim və dünyamla bağlı məni narahat edən şeylərdən qurtararaq uzaqlaşdır. Ey Möminlərin Əmiri! Ey Əba Əbdillah! Allahın salamı olsun sənə – daima, mən var olduqca, gecə və gündüz var olduqca. Allah bu ziyarətimi səninlə olan son ziyarət etməsin və Allah mənimlə sənin aranda heç vaxt ayrılıq salmasın. Ey Allah! Məni Mühəmməd və Onun nəslinin həyatı ilə yaşat. Məni onların ölümü ilə öldür. Məni onların dinində dünyadan apar. Məni onların cərgəsində dirilt. Dünyavə axirətdə bir göz qırpımı qədər belə olsa məni onlardan ayırma. Ey Möminlərin Əmiri! Ey Əba Əbdillah! Sənə ziyarətçi kimi gəldim, və Rəbbim və sənin Rəbbin olan Allaha yönəldim, səni vasitə edərək Ona üz tutdum, və bu ehtiyacımda Allah-Təalaya sənilə şəfaət dilədim. Elə isə mənim üçün şəfaət elə, çünki sənin Allah dərgahında məqamlara malik olduğunu bilirəm - Tərifəlayiq məqam, uca dərəcə, hörmətli mövqe və vasitəlik məqamı sənə məxsusdur. Mən səndən ayrılıram, ehtiyacımın yerinə yetəcəyinə, onun ödənəcəyinə və uğurla nəticələnəcəyinə ümidlə baxaraq, və bu işdə Allah dərgahında sənin şəfaətinə arxalanaraq ayrılıram. Elə isə, mən ümidsiz və ziyana uğramış halda dönməyim. Əksinə, dönüşüm – qazanc dolu, ümidli, uğurlu, müvəffəqiyyətli, qəbul olunmuş bir dönüş olsun. Bütün ehtiyaclarımın ödənməsi ilə nəticələnsin. Allah qatında mənim üçün şəfaət elə. Allahın istədiyi kimi dönürəm. Heç bir güc və qüvvə yoxdur, yalnız Allahın gücü və qüvvəsi vardır. İşimizi Allaha həvalə edirik. Allahın himayəsinə sığınıb arxamı Ona dayayıram, Allaha təvəkkül edirəm və deyirəm: "Mənə Allah yetər!" Allah, dua edənlərin duasını eşidəndir. Ey möhtərəm rəhbərlərim! Allahdan və sizdən başqa mənim üçün bir sığınacaq yoxdur. Rəbbim nə istəsə, o olar. O istəməsə, olmaz. Heç bir güc və qüvvə yoxdur, yalnız Allahın gücü və qüvvəsi vardır. Səni Allaha əmanət edirəm. Allah bu görüşümü səninlə olan son görüş etməsin. Ayrılıram, ey ağam – ey Möminlərin Əmiri! Ey ağam və ey Əba Əbdillah Hüseyn! Sənə daim salam olsun – gecə və gündüz var olduqca bu salam davam etsin. Bu salam sənə daim çatsın və səndən gizli qalmasın. İnşallah bu salam mənim tərəfimdən qəbul olunsun. Sənin haqqına and verirəm, Allahdan istəyirəm ki, bu duanı qəbul etsin. Şübhəsiz ki, O – Həmd olunan və Ucalardan Ucadır. Ayrılıram, ey ağam. Tövbə etmiş, Allahı həmd etmiş, şükür etmiş, cavab almağa ümid etmiş, ümidsiz olmayan, ruhdan düşməyən bir halda. Yenidən tövbə edib geri dönmək və səni ziyarət etməyə qayıtmaq niyyətindəyəm, səndən və sənin ziyarətindən üz döndərən deyiləm. Əksinə, inşallah qayıdan və dönənlərdən olacağam. Heç bir qüvvə və güc yoxdur, yalnız Allahın qüvvəsi və gücü vardır. Ey möhtərəm rəhbərim! Sənə və sənin ziyarətinə yönəldim - dünyapərəstlərin səni və ziyarətini tərk etdiyi bir vaxtda. Allah, sənin ziyarətindən umduğum ümidi puç etməsin və bu ziyarətdə ümid etdiyim arzularımı həyata keçirsin. Şübhəsiz ki, O yaxındır və duaları qəbul edəndir.
يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ،
يَا كَاشِفَ كُرَبِ الْمَكْرُوْبِيْنَ،
يَا غِيَاثَ الْمُسْتَغِيْثِيْنَ،
يَا صَرِيْخَ الْمُسْتَصْرِخِيْنَ،
وَ يَا مَنْ هُوَ اَقْرَبُ اِلَيَّ مِنْ حَبْلِ الْوَرِيْدِ،
وَ يَا مَنْ يَحُوْلُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ،
وَ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْاَعْلٰى وَ بِالْاُفِقِ الْمُبِيْنِ،
وَ يَا مَنْ هُوَ الرَّحْمٰنُ الرَّحِيْمُ عَلَى الْعَرْشِ اسْتَوٰى،
وَ يَا مَنْ يَّعْلَمُ خَاۤئِنَةَ الْاَعْيُنِ وَ مَا تُخْفِي الصُّدُوْرُ،
وَ يَا مَنْ لَّا يَخْفٰى عَلَيْهِ خَافِيَةٌ،
يَا مَنْ لَّا تَشْتَبِهُ عَلَيْهِ الْاَصْوَاتُ،
وَ يَا مَنْ لَّا تُغَلِّطُهُ [تُغَلِّظُهُ‏] الْحَاجَاتُ،
وَ يَا مَنْ لَّا يُبْرِمُهُ اِلْحَاحُ الْمُلِحِّيْنَ،
يَا مُدْرِكَ كُلِّ فَوْتٍ،
وَ يَا جَامِعَ كُلِّ شَمْلٍ،
وَ يَا بَارِئَ النُّفُوْسِ بَعْدَ الْمَوْتِ،
يَا مَنْ هُوَ كُلَّ يَوْمٍ فِي شَأْنٍ،
يَا قَاضِيَ الْحَاجَاتِ،
يَا مُنَفِّسَ الْكُرُبَاتِ،
يَا مُعْطِيَ السُّؤْلَاتِ،
يَا وَلِيَّ الرَّغَبَاتِ،
يَا كَافِيَ الْمُهِمَّاتِ،
يَا مَنْ يَكْفِي مِنْ كُلِّ شَيْ‏ءٍ،
وَ لَا يَكْفِيْ مِنْهُ شَيْ‏ءٌ فِي السَّمَاوَاتِ وَ الْاَرْضِ،
اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ،
وَ عَلِيٍّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ،
وَ بِحَقِّ فَاطِمَةَ بِنْتِ نَبِيِّكَ،
وَ بِحَقِّ الْحَسَنِ وَ الْحُسَيْنِ،
فَاِنِّي بِهِمْ اَتَوَجَّهُ اِلَيْكَ فِي مَقَامِيْ هٰذَا،
وَ بِهِمْ اَتَوَسَّلُ
وَ بِهِمْ اَتَشَفَّعُ اِلَيْكَ،
وَ بِحَقِّهِمْ اَسْاَلُكَ وَ اُقْسِمُ وَ اَعْزِمُ عَلَيْكَ،
وَ بِالشَّأْنِ الَّذِيْ لَهُمْ عِنْدَكَ،
وَ بِالْقَدْرِ الَّذِيْ لَهُمْ عِنْدَكَ،
وَ بِالَّذِيْ فَضَّلْتَهُمْ عَلَى الْعَالَمِيْنَ،
وَ بِاسْمِكَ الَّذِيْ جَعَلْتَهُ عِنْدَهُمْ،
وَ بِهِ خَصَصْتَهُمْ دُوْنَ الْعَالَمِيْنَ،
وَ بِهِ اَبَنْتَهُمْ
وَ اَبَنْتَ فَضْلَهُمْ مِنْ فَضْلِ الْعَالَمِيْنَ،
حَتّٰى فَاقَ فَضْلُهُمْ فَضْلَ الْعَالَمِيْنَ جَمِيْعًا،
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ،
وَ اَنْ تَكْشِفَ عَنِّيْ غَمِّيْ
وَ هَمِّيْ وَ كَرْبِيْ،
وَ تَكْفِيَنِي الْمُهِمَّ مِنْ اُمُوْرِيْ،
وَ تَقْضِيَ عَنِّيْ دَيْنِيْ،
وَ تُجِيْرَنِيْ مِنَ الْفَقْرِ
وَ تُجِيْرَنِيْ مِنَ الْفَاقَةِ،
وَ تُغْنِيَنِيْ عَنِ الْمَسْاَلَةِ اِلَى الْمَخْلُوْقِيْنَ،
وَ تَكْفِيَنِيْ هَمَّ مَنْ اَخَافُ هَمَّهُ،
وَ عُسْرَ مَنْ اَخَافُ عُسْرَهُ،
وَ حُزُوْنَةَ مَنْ اَخَافُ حُزُوْنَتَهُ،
وَ شَرَّ مَنْ [مَا] اَخَافُ شَرَّهُ،
وَ مَكْرَ مَنْ اَخَافُ مَكْرَهُ،
وَ بَغْيَ مَنْ اَخَافُ بَغْيَهُ،
وَ جَوْرَ مَنْ اَخَافُ جَوْرَهُ،
وَ سُلْطَانَ مَنْ اَخَافُ سُلْطَانَهُ،
وَ كَيْدَ مَنْ اَخَافُ كَيْدَهُ،
وَ مَقْدُرَةَ مَنْ اَخَافُ مَقْدُرَتَهُ عَلَيَّ،
وَ تَرُدَّ عَنِّيْ كَيْدَ الْكَيَدَةِ،
وَ مَكْرَ الْمَكَرَةِ،
اَللّٰهُمَّ مَنْ اَرَادَنِيْ فَاَرِدْهُ،
وَ مَنْ كَادَنِيْ فَكِدْهُ،
وَ اصْرِفْ عَنِّيْ كَيْدَهُ وَ مَكْرَهُ
وَ بَأْسَهُ وَ اَمَانِيَّهُ،
وَ امْنَعْهُ عَنِّيْ كَيْفَ شِئْتَ وَ اَنَّى شِئْتَ.
اَللّٰهُمَّ اشْغَلْهُ عَنِّيْ
بِفَقْرٍ لَا تَجْبُرُهُ،
وَ بِبَلَاۤءٍ لَا تَسْتُرُهُ،
وَ بِفَاقَةٍ لَا تَسُدُّهَا،
وَ بِسُقْمٍ لَا تُعَافِيْهِ،
وَ ذُلٍّ لَا تُعِزُّهُ،
وَ بِمَسْكَنَةٍ لَا تَجْبُرُهَا.
اَللّٰهُمَّ اضْرِبْ بِالذُّلِّ نَصْبَ عَيْنَيْهِ،
وَ اَدْخِلْ عَلَيْهِ الْفَقْرَ فِيْ مَنْزِلِهِ،
وَ الْعِلَّةَ وَ السُّقْمَ فِيْ بَدَنِهِ،
حَتّٰى تَشْغَلَهُ عَنِّيْ بِشُغْلٍ شَاغِلٍ لَا فَرَاغَ لَهُ،
وَ اَنْسِهِ ذِكْرِيْ كَمَاۤ اَنْسَيْتَهُ ذِكْرَكَ،
وَ خُذْ عَنِّيْ بِسَمْعِهِ وَ بَصَرِهِ
وَ لِسَانِهِ وَ يَدِهِ
وَ رِجْلِهِ وَ قَلْبِهِ
وَ جَمِيْعِ جَوَارِحِهِ،
وَ اَدْخِلْ عَلَيْهِ فِيْ جَمِيْعِ ذٰلِكَ السُّقْمَ،
وَ لَا تَشْفِهِ حَتّٰى تَجْعَلَ ذٰلِكَ لَهُ شُغْلًا شَاغِلًا بِهِ
عَنِّي وَ عَنْ ذِكْرِيْ،
وَ اكْفِنِيْ يَا كَافِيَ مَا لَا يَكْفِيْ سِوَاكَ،
فَاِنَّكَ الْكَافِيْ لَا كَافِيَ سِوَاكَ،
وَ مُفَرِّجٌ لَا مُفَرِّجَ سِوَاكَ،
وَ مُغِيْثٌ لَا مُغِيْثَ سِوَاكَ،
وَ جَارٌ لَا جَارَ سِوَاكَ،
خَابَ مَنْ كَانَ جَارُهُ سِوَاكَ،
وَ مُغِيْثُهُ سِوَاكَ،
وَ مَفْزَعُهُ اِلٰى سِوَاكَ،
وَ مَهْرَبُهُ اِلٰى سِوَاكَ‏،
وَ مَلْجَؤُهُ اِلٰى غَيْرِكَ،
وَ مَنْجَاهُ مِنْ مَخْلُوْقٍ غَيْرِكَ،
فَاَنْتَ ثِقَتِيْ وَ رَجَاۤئِي
وَ مَفْزَعِيْ وَ مَهْرَبِيْ
وَ مَلْجَئِيْ وَ مَنْجَايَ،
فَبِكَ اَسْتَفْتِحُ،
وَ بِكَ اَسْتَنْجِحُ،
وَ بِمُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
اَتَوَجَّهُ اِلَيْكَ، وَ اَتَوَسَّلُ وَ اَتَشَفَّعُ،
فَاَسْاَلُكَ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ،
فَلَكَ الْحَمْدُ وَ لَكَ الشُّكْرُ،
وَ اِلَيْكَ الْمُشْتَكٰى وَ اَنْتَ الْمُسْتَعَانُ،
فَاَسْاَلُكَ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ،
بِحَقِّ مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ،
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ،
وَّ اَنْ تَكْشِفَ عَنِّيْ غَمِّيْ وَ هَمِّيْ وَ كَرْبِيْ
فِيْ مَقَامِيْ هٰذَا،
كَمَا كَشَفْتَ عَنْ نَبِيِّكَ هَمَّهُ وَ غَمَّهُ وَ كَرْبَهُ،
وَ كَفَيْتَهُ هَوْلَ عَدُوِّهِ،
فَاكْشِفْ عَنِّيْ كَمَا كَشَفْتَ عَنْهُ،
وَ فَرِّجْ عَنِّيْ كَمَا فَرَّجْتَ عَنْهُ،
وَ اكْفِنِيْ كَمَا كَفَيْتَهُ،
وَ اصْرِفْ عَنِّيْ‏ هَوْلَ مَاۤ اَخَافُ هَوْلَهُ،
وَ مَئُوْنَةَ مَاۤ اَخَافُ مَئُوْنَتَهُ،
وَ هَمَّ مَاۤ اَخَافُ هَمَّهُ،
بِلَا مَئُوْنَةٍ عَلٰى نَفْسِيْ مِنْ ذٰلِكَ،
وَ اصْرِفْنِيْ بِقَضَاۤءِ حَوَاۤئِجِيْ،
وَ كِفَايَةِ مَا اَهَمَّنِيْ هَمُّهُ
مِنْ اَمْرِ اٰخِرَتِيْ وَ دُنْيَايَ،
يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ،
وَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ،‏
عَلَيْكُمَا مِنِّيْ سَلَامُ اللّٰهِ اَبَدًا،
مَّا بَقِيْتُ‏ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ،
وَ لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِكُمَا،
وَ لَا فَرَّقَ اللّٰهُ بَيْنِيْ وَ بَيْنَكُمَا.
اَللّٰهُمَّ اَحْيِنِيْ حَيَاةَ مُحَمَّدٍ وَّ ذُرِّيَّتِهِ،
وَ اَمِتْنِيْ مَمَاتَهُمْ،
وَ تَوَفَّنِيْ عَلٰى مِلَّتِهِمْ،
وَ احْشُرْنِيْ فِيْ زُمْرَتِهِمْ،
وَ لَا تُفَرِّقْ بَيْنِيْ وَ بَيْنَهُمْ
طَرْفَةَ عَيْنٍ اَبَدًا،
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ،
يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ،
اَتَيْتُكُمَا زَاۤئِرًا
وَ مُتَوَسِّلًا اِلَى اللّٰهِ رَبِّيْ وَ رَبِّكُمَا،
وَ مُتَوَجِّهًا اِلَيْهِ بِكُمَا،
وَ مُسْتَشْفِعًا بِكُمَا اِلَى اللّٰهِ تَعَالٰى‏ فِيْ حَاجَتِيْ هٰذِهِ،
فَاشْفَعَا لِيْ
فَاِنَّ لَكُمَا عِنْدَ اللّٰهِ الْمَقَامَ الْمَحْمُوْدَ،
وَ الْجَاهَ الْوَجِيْهَ،
وَ الْمَنْزِلَ الرَّفِيْعَ وَ الْوَسِيْلَةَ،
اِنِّيۤ اَنْقَلِبُ عَنْكُمَا،
مُنْتَظِرًا لِتَنَجُّزِ الْحَاجَةِ،
وَ قَضَاۤئِهَا وَ نَجَاحِهَا مِنَ اللّٰهِ،
بِشَفَاعَتِكُمَا لِيۤ اِلَى اللّٰهِ فِي ذٰلِكَ،
فَلَا ۤاَخِيْبُ
وَ لَا يَكُوْنُ مُنْقَلَبِيْ مُنْقَلَبًا خَاۤئِبًا خَاسِرًا،
بَلْ يَكُوْنُ مُنْقَلَبِيْ مُنْقَلَبًا رَاجِحًا
رَاجِيًا مُفْلِحًا مُنْجِحًا مُسْتَجَابًا،
بِقَضَاۤءِ جَمِيْعِ حَوَاۤئِجِيْ،
وَ تَشَفَّعَا لِيْ اِلَى اللّٰهِ.
انْقَلَبْتُ عَلٰى مَا شَاۤءَ اللّٰهُ،
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ،
مُفَوِّضًا اَمْرِيْ اِلَى اللّٰهِ،
مُلْجِئًا ظَهْرِيْ اِلَى اللّٰهِ،
مُتَوَكِّلًا عَلَى اللّٰهِ،
وَ اَقُوْلُ حَسْبِيَ اللّٰهُ وَ كَفٰى
سَمِعَ اللّٰهُ لِمَنْ دَعَا،
لَيْسَ لِي وَرَاۤءَ اللّٰهِ
وَ وَرَاۤءَكُمْ، يَا سَادَتِيْ مُنْتَهًى،
مَا شَاۤءَ رَبِّيْ كَانَ،
وَ مَا لَمْ يَشَأْ لَمْ يَكُنْ،
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ،
اَسْتَوْدِعُكُمَا اللّٰهَ،
وَ لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنِّيۤ اِلَيْكُمَا،
اِنْصَرَفْتُ يَا سَيِّدِيْ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ وَ مَوْلَايَ
وَ اَنْتَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ يَا سَيِّدِيْ،
وَ سَلَامِيْ عَلَيْكُمَا مُتَّصِلٌ
مَا اتَّصَلَ اللَّيْلُ وَ النَّهَارُ،
وَاصِلٌ ذٰلِكَ اِلَيْكُمَا
غَيْرُ مَحْجُوْبٍ عَنْكُمَا سَلَامِيۤ
اِنْ شَاۤءَ اللّٰهُ،
وَ اَسْاَلُهُ بِحَقِّكُمَا اَنْ يَّشَاۤءَ ذٰلِكَ وَ يَفْعَلَ،
فَاِنَّهُ حَمِيْدٌ مَّجِيْدٌ،
اِنْقَلَبْتُ يَا سَيِّدَيَّ عَنْكُمَا،
تَاۤئِبًا حَامِدًا لِلّٰهِ،
شَاكِرًا رَاجِيًا لِلْاِجَابَةِ
غَيْرَ اٰيِسٍ وَ لَا قَانِطٍ،
اۤئِبًا عَاۤئِدًا رَاجِعًا اِلٰى زِيَارَتِكُمَا
غَيْرَ رَاغِبٍ عَنْكُمَا، وَ لَا مِنْ زِيَارَتِكُمَا،
بَلْ رَاجِعٌ عَاۤئِدٌ اِنْ شَاۤءَ اللّٰهُ،
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ،
يَا سَادَتِيْ رَغِبْتُ اِلَيْكُمَا وَ اِلٰى زِيَارَتِكُمَا،
بَعْدَ اَنْ زَهِدَ فِيْكُمَا، وَ فِيْ زِيَارَتِكُمَا اَهْلُ الدُّنْيَا.
فَلَا خَيَّبَنِيَ اللّٰهُ مَا رَجَوْتُ، وَ مَاۤ اَمَّلْتُ فِيْ زِيَارَتِكُمَا.
اِنَّهُ قَرِيْبٌ مُجِيْبٌ۔