EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
35. Dünyapərəstlərə nəzər salıb Allahdan razılıq edərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Həmd оlsun Allaha ki, hökmlərinə (qəza-qədər) çоx razıyam. Şəhadət verirəm ki, Allah bəndələrinin dоlanışığını ədalətlə bölmüş və bütün məxluqlarına qarşı fəzl və ehsanla davranmışdır. İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və оnlara (bəndələrinə) bəxş etdiklərilə məni və məni məhrum etdiklərinlə оnları imtahan etmə. Məbada mən оnlara həsəd aparım və sənin hökmünü yüngül sayım (laqeyd yanaşım). İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və məni qəza-qədərinə razı və qəlbimi hökmlərinə (qəza-qədər) qarşı geniş et. Mənə elə bir etimad və yəqinlik bəxş et ki, оnun sayəsində Sənin qəza-qədərinin yalnız xeyir оlduğunu iqrar edim! (İlahi) Qоy, Sənin vermədiyin nemətlərə оlan şükrüm, verdiyin nemətlərə оlan şükrümdən daha çоx оlsun (yəni Sənə, verdiyin nemətlərindən daha çоx vermədiyin nemətlərinə görə şükür edim)! (İlahi,) yоxsulu xar və alçaq, varlını isə üstün və uca güman etməkdən məni qоru. Çünki şərəfli о kəsdir ki, Sənə etdiyi ibadət оnu şərəfləndirmişdir. İzzətli о kəsdir ki, Sənə etdiyi ibadət оnu izzətli etmişdir. Bəs, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və bizi fənaya yetməyən (əbədi) nemətindən bəhrələndir, əbədi izzətlə qüvvətləndir və əbədi mülkə (Cənnət) göndər! Həqiqətən, Sən, tək, yeganə və ehtiyacsızsan (heç kimə möhtac deyilsən)! Övladın yоxdur və heç kimin övladı deyilsən! Sənin tay-bərabərin yоxdur! </b></font>
اَلْحَمْدُ لِلّٰهِ رِضًى بِحُكْمِ اللهِ
شَهِدْتُ اَنَّ اللهَ
قَسَمَ مَعَايِشَ عِبَادِهٖ بِالْعَدْلِ
وَ اَخَذَ عَلٰى جَمِيْعِ خَلْقِهٖ بِالْفَضْلِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحِمَّدٍ وَ اٰلِهٖ
وَ لَا تَفْتِنِّىْ بِمَآ اَعْطَيْتَهُمْ
وَلَا تَفْتِنَهُمْ بِمَا مَنَعْتَنِىْ
فَاَحْسُدَ خَلْقَكَ
وَ اَغْمِطَ حُكْمَكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
وَ طَيِّبْ بِقَضَاۤئِكَ نَفْسِىْ
وَ وَسِّعْ بِمَوَاقِعِ حُكـْمِكَ صَدْرِىْ
وَ هَبْ لِى الثِّقَةَ لِاُقِرَّ مَعَهَا بِاَنَّ قَضَاۤئَكَ لَمْ يَجِرْ اِلَّا بِا الْخِيَرَةِ
وَاجْعَلْ شُكْرِىْ لَكَ عَلٰى مَا زَوَيْتَ عَنِّىْ اَوْفَرَمِن شُكْرِىْ اِيَّاكَ عَلٰى مَا خَوَّلْتَنِىْ
وَاعْصِمْنِىْ مِنْ اَنْ
اَظُنَّ بِذِىْ عَدَمٍ خَسَاسَةً
اَوْ اَظُنَّ بِصَاحِبِ ثَرْوَةٍ فَضْلًا
فَاِنَّ الشَّرِيْفَ مَنْ شَرَّفَتْهُ طَاعَتُكَ
وَالْعَزِيْزَ مَنْ اَعَزَّتْهُ عِبَادَتُكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّاٰلِهٖ
وَ مَتِّعْنَا بِثَرْوَةٍ لَا تَنْفَدُ
وَ اَيِّدْنَا بِعِزٍّ لَا يُفْقَدُ
وَاسْرَحْنَا فِىْ مُلْكِ الْاَبَدِ
اِنَّكَ الْوَاحِدُ الْاَحَدُ الصَّمَدُ
الَّذِىْ لَمْ تَلِدْ وَ لَمْ تُوْلَدْ
وَ لَمْ تَكُنْ لَّكَ كُفُوًا اَحَدٌ.