EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
FİL SURƏSİ
Məkkədə nazil olmuşdur, beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِاَصْحٰبِ الْفِيْلِؕ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!</b></font>
اَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِىْ تَضْلِيْلٍۙ‏(2)
<font color="000000"><b>(2) Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!</b></font>
وَّاَرْسَلَ عَلَيْهِمْ طَيْرًا اَبَابِيْلَۙ‏(3)
<font color="000000"><b>(3) Və onların üzərinə qatar-qatar quşlar göndərdi.</b></font>
تَرْمِيْهِمْ بِحِجَارَةٍ مِّنْ سِجِّيْلٍۙ‏(4)
<font color="000000"><b>(4) (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.</b></font>
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّاْكُوْلٍ‏(5)
<font color="000000"><b>(5) Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!</b></font>