Ey Allahım, ey böyüklük və əzəmət sahibi,
وَ اَهْلَ الْجُوْدِ وَ الْجَبَرُوْتِ
ey səxavət və səltənət sahibi,
وَ اَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ
ey əfv və rəhmət sahibi,
وَ اَهْلَ التَّقْوٰى وَ الْمَغْفِرَةِ
ey təqva və məğfirət sahibi!
اَسْاَلُكَ بِحَقِّ هٰذَا الْيَوْمِ
Səndən istəyirəm bu günün haqqına xatir,
الَّذِيْ جَعَلْتَهُ لِلْمُسْلِمِيْنَ عِيْدًا
belə ki, onu müsəlmanlar üçün bayram
وَ لِمُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ ذُخْرًا وَ شَرَفًا وَ كَرَامَةً وَ مَزِيْدًا
və Məhəmməd Allahın salamı olsun ona və xanidanına! üçün azuqə, şərəf və məqamının artması qərar vermisən
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَ اَنْ تُدْخِلَنِيْ فِيْ كُلِّ خَيْرٍ
məni daxil edəsən hər bir xeyirə ki,
اَدْخَلْتَ فِيْهِ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
Məhəmmədi və Ali-Məhəmmədi ona daxil etmisən,
وَ اَنْ تُخْرِجَنِيْ مِنْ كُلِّ سُوْۤءٍ
məni xaric edəsən hər bir şərdən ki,
اَخْرَجْتَ مِنْهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
Məhəmmədi və Ali-Məhəmmədi ondan xaric etmisən,
صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اَجْمَعِيْنَ
Sənin salamın olsun ona və onlara.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ خَيْرَ مَا سَاَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُوْنَ
Ey Allahım, Sənin saleh bəndələrinin Səndən dilədiklərinin ən yaxşısını Səndən diləyirəm,
وَ اَعُوْذُ بِكَ فِيْهِ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُكَ الصَّالِحُوْنَ (الْمُخْلِصُوْنَ)
və Sənin saleh bəndələrinin Sənə pənah gətirdikləri şeylərdən Sənə pənah gətirirəm.
(Əgər qunutda bu duanı oxumaq mümkün olmasa, istədiyiniz duanı oxuyun.) Daha sonra altıncı təkbiri deyib rükuya, rükudan sonra səcdəyə gedin. İkinci rəkətdə isə Fatihədən sonra Şəms surəsini (yaxud istədiyiniz bir "Surə"ni) oxuyun. Sonra dörd təkbir deyin və hər təkbirdən sonra qunut tutub həmin duanı oxuyun. Dörd qunut tutduqdan sonra beşinci təkbiri deyib rükuya və səcdələrə gedin, namazı tamamlayın. Namazdan sonra Xanım Zəhra (s.ə) təsbihini deyin.
Zikrlərdən sonra hədis qaynaqlarımızda nəql olunan duaları oxuyun. Bu dualardan biri "Səhifeyi Səccadiyyə"nin 46-cı duasıdır.
Bayram namazını açıq səma altında qılmaq müsətəhəbdir. Namazdan sonra din qardaşlarının əməllərinin qəbul olunması üçün dua edin.
9) "Nüdbə" duasını oxumaq: Mərhum Şeyx Abbas Qummi yazır: Seyid İbn Tavus yazır ki, "Nüdbə" duasından sonra səcdəyə gedib deyin:
اَعُوْذُ بِكَ مِنْ نَارٍ حَرُّهَا لَا يُطْفٰى
Şölələri səngiməyən,
وَ جَدِيْدُهَا لَا يَبْلٰى
təzəliyi köhnəlməyən
وَ عَطْشَانُهَا لَا يَرْوٰى
və ətəşi sirab olmayan oddan Sənə pənah gətirirəm.
Sonra sağ üzünü səcdə yerinə qoyub de:
اِلٰهِيْ لَا تُقَلِّبْ وَجْهِيْ فِيْ النَّارِ
İlahi, üzümü oda tapşırma,
بَعْدَ سُجُوْدِيْ وَ تَعْفِيْرِيْ لَكَ
Sənin qarşında səcdə etdikdən və üzümü yerə sürtdükdən sonra,
بِغَيْرِ مَنٍّ مِنِّيْ عَلَيْكَ
bir halda ki, mənim Sənə heç bir minnətim yoxdur,
بَلْ لَكَ الْمَنُّ عَلَيَّ
əksinə Sənin mənim üzərimdə minnətin vardır.
Daha sonra sol üzünü səcdə yerinə qoyub de:
اِرْحَمْ مَنْ اَسَاۤءَ وَ اقْتَرَفَ
Pis iş görən, itaətsizlik edən,
وَ اسْتَكَانَ وَ اعْتَرَفَ۔
çarəsiz qalan və etiraf edən kəsə rəhm et.
Sonra səcdə et və de:
اِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ
Əgər mən pis bəndəyəmsə,
فَاَنْتَ نِعْمَ الرَّبُّ
lakin Sən yaxşı Rəbbsən.
عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ
Sənin bəndənin günahı böyükdür,
فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيْمُ
Sənin isə əfvin gözəldir, ey Kərim.
Axırda yüz dəfə de:
اَلْعَفْوَ اَلْعَفْوَ
Əfv elə!