Sonra sağ üzünü yerə qoy və bu cümləni yüz dəfə de. Yenə də alnını səcdəyə qoy və bu cümləni yüz on dəfə de (cəmi üç yüz on dəfə). Sonra Allahdan öz istəyini dilə, inşaallah həyata keçər (inşaallah Xanım Fatimə-Zəhra (s.ə.) Allah dərgahında sənin istəklərin üçün şəfaətçi olar)."
XANIM FATİMƏ-ZƏHRAYA (S.Ə) BAŞQA BİR TƏVƏSSÜL NAMAZI
Şeyx Həsən ibn Fəzl əl-Yabrisi "Məkarimul Əxlaq"da buyurur:
İki rəkət namaz qıl. Namazdan sonra səcdəyə gedib yüz dəfə de:
يَا فَاطِمَةُ۔
Ey Fatimə!
Sonra sağ üzünü yerə qoy və bu kəlməni yüz dəfə de. Sonra sol üzünü yerə qoyub bu kəlməni yüz dəfə de. Yenə də alnını səcdəyə qoy və bu kəlməni yüz on dəfə de. Zikrləri bitirdikdən sonra bu duanı oxu:
يَا اٰمِنًا مِنْ كُلِّ شَيْى ءٍ
Ey hər şeyə aman verən (pənah olan),
وَ كُلُّ شَيْى ءٍ مِنْكَ خاۤئِفٌ حَذِرٌ
və hər şey Səndən qorxur və çəkinir;
اَسْئَلُكَ بِاَمْنِكَ مِنْ كُلِّ شَىْءٍ
Sənin hər şeyə aman verməyinə xatir Səndən istəyirəm,
وَ خَوْفِ كُلِّ شَىْءٍ مِنْكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ
və hər şeyin Səndən qorxmasına xatir (istəyirəm ki), Məhəmmədə salam göndərəsən,
وَّ اَنْ تُعْطِيَنِىْ اَمَانًا لِنَفْسِىْ وَ اَهْلِىْ
və mənə, canıma və ailəmə aman (əmin-amanlıq) verəsən,
وَ مَالِىْ وَ وَلَدِىْ
malıma və övladıma (aman verəsən),
حَتّٰى لَا اَخَافَ اَحَدًا
ta ki heç kəsdən qorxmayım,
وَّ لَا اَحْذَرَ مِنْ شَىْءٍ اَبَدًا
və heç vaxt heç nədən çəkinməyim;
اِنَّكَ عَلٰى كُلِّ شَيْى ءٍ قَدِيْرٌ۔
həqiqətən, Sən hər şeyə qadirsən.