اَلْحَمْدُلِلّٰهِ الَّذِىْ اَحْيَانِىْ بَعْدَ مَا اَمَاتَنِىْ وَ اِلَيْهِ النُّشُوْرُ
Həmd-səna o Allaha məxsusdur ki, məni öldürdükdən sonra diriltdi və (qiyamət günü) "həşr-nəşr" Ona tərəfdir;
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ رَدَّ عَلَىَّ رُوْحِىْ لِاَحْمَدَهُ وَاَعْبُدَهُ۔
həmd-səna o Allaha məxsusdur ki, ruhumu mənə geri qaytardı, ta Ona həmd və ibadət edim.
Ayağa qalxdıqda de:
اَللّٰهُمَّ اَعِنِّىْ عَلٰى هَوْلِ الْمُطَّلَعِ
Ey Allahım, (Qiyamət gününün) daxil olma qorxusunda mənə kömək et,
وَ وَسِّعْ عَلَىَّ الْمَضْجَعَ
dar qəbrimi (yatdığım yeri) geniş et,
وَارْزُقْنِىْ خَيْرَمَا بَعْدَ الْمَوْتِ۔
ölümdən sonrakı xeyri mənə ruzi et.
Xoruzun səsini eşitdikdə de:
سُبُّوْحٌ قُدُّوْسٌ
(O) pak və münəzzəhdir,
رَبُّ الْمَلَاۤئِكَةِ وَالرُّوْحِ
mələklərin və Ruhun Rəbbidir;
سَبَقَتْ رَحْمَتُكَ غَضَبَكَ
Sənin rəhmətin qəzəbindən öndədir,
لَا اِلٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri İlah yoxdur;
عَمِلْتُ سُوْءًا وَظَلَمْتُ نَفْسِىْ فَاغْفِرْلِىْ
mən pis iş gördüm və özümə zülm etdim, elə isə, məni bağışla,
اِنَّهُ لَايَغْفِرُ الذُّنُوْبَ اِلَّا اَنْتَ
həqiqətən Səndən qeyri kimsə günahları bağışlamır;
فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ۔
tövbəmi qəbul et, həqiqətən Sən tövbəni çox qəbul edən və rəhimlisən.
Səmaya baxdıqda de:
اَللّٰهُمَّ اِنَّهُ لَايُوَارِىْ مِنْكَ لَيْلٌ سَاجٍ
Ey Allahım, həqiqətən qaranlıq gecə Səndən (heç nəyi) gizlətmir,
وَلَاسَمَاۤءٌ ذَاتُ اَبْرَاجٍ
bürcləri olan səma,
وَلَا اَرْضٌ ذَاتُ مِهَادٍ
aramlığı olan yer,
وَلَاظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ
üst-üstə olan qaranlıqlar,
وَ لَابَحْرٌ لُجِّىٌّ تُدْلِجُ بَيْنَ يَدَىِ الْمُدْلِجِ مِنْ خَلْقِكَ
gecə hərəkət edən məxluqatının qarşısında hərəkətə gələn və dalğalanan dərya (heç nəyi Səndən gizlətmir);
تُدْلِجُ الرَّحْمَةَ عَلٰى مَنْ تَشَاۤءُ مِنْ خَلْقِكَ
Sən Öz rəhmətini istədiyin (layiq bildiyin) məxluqatına nazil edirsən,
تَعْلَمُ خَاۤئِنَةَ الْاَعْيُنِ وَ مَا
Sən gözlərin xəyanətini bilirsən və
تُخْفِىْ الصُّدُوْرُ
sinələrin (qəlbərin) gizlətdiyini (bilirsən);
غَارَتِ النُّجُوْمُ
ulduzlar getdilər (batdılar),
وَنامَتِ الْعُيُوْنُ
gözlər yuxudadırlar,
وَ اَنْتَ الْحَىُّ الْقَيُّوْمُ
Sənsən diri və daimi (qəyyum),
لَا تَاْخُذُكَ سِنَةٌ وَّلَانَوْمٌ
Səni heç vaxt mürgüləmək və yuxu tutmaz;
سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِيْنَ
aləmlərin Rəbbi olan Allaha təsbih deyirəm (pak və münəzzəhdir),
وَ اِلٰهِ الْمُرْسَلِيْنَ
elçilərin Məbuduna,
وَالْحَمْدُلِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ۔
və həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Sonra Ali-İmran surəsindən olan bu beş ayəni oxu:
اِنَّ فِىْ خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ
Həqiqətən göylərin və yerin yaradılışında,
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ
gecə və gündüzün gəlib getməsində (bir-birini əvəz etməsində)
لَاٰ يَاتٍ لِاُ وْلىِ الْاَلْبَابِ
ağıl sahibləri üçün nişanələr vardır.
الَّذِيْنَ يَذْكُرُوْنَ اللهَ قِيَامًا وَ قُعُوْدًا وَ عَلٰى جُنُوْبِهِمْ
O kəslər ki, ayaq üstə, oturan halda və böyrü üstə yatdıqları vaxt Allahı yad edir,
وَ يَتَفَكَّرُوْنَ فِىْ خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ
göylərin və yerin yaradılışı barədə düşünür (və deyirlər):
رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًا
"Ey Rəbbimiz, bunları əbəs (batil) yerə yaratmadın,
سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
Sən münəzzəhsən, bizi odun əzabından qoru."
رَبَّنَا اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَيْتَهَ
"Ey Rəbbimiz, hər kimi oda atdınsa (daxil etdinsə), onu xar və rüsvay etdin,
وَ مَا لِلظَّالِمِيْنَ مِنْ اَنْصَارٍ
zalımların heç bir köməyi (yardımçısı) olmaz."
رَبَّنَا اِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِىْ لِلْاِيْمَانِ
"Ey Rəbbimiz, biz imana dəvət edən carçının səsini eşitdik
اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا
ki: "Rəbbinizə iman gətirin"- (deyirdi) və biz də iman gətirdik."
رَبَّنَا فَاغْفِرْ لَنَا ذُ نُوْبَنَا
"Ey Rəbbimiz, bizim günahlarımızı bağışla,
وَ كَفِّرْ عَنَّا سَيِّئَاۤتِنَا
pis cəhət və əməllərimizin üstünü ört,
وَ تَوَفَّنَا مَعَ الْاَبْرَارِ
bizi yaxşılarla (əbrarla) birlikdə öldür."
رَبَّنَا وَ اٰتِنَا مَا وَعَدْتَنَا عَلٰى رُسُلِكَ
"Ey Rəbbimiz, elçilərin vasitəsilə bizə vəd etdiklərini bizə əta et,
وَلَاتُخْزِنَا يَوْمَ الْقِيَامَةِ
Qiyamət günü bizi rüsvay etmə,
اِنَّكَ لَاتُخْلِفُ الْمِيْعَادَ۔
çünki Sən əsla vədinə xilaf çıxmazsan."
İbadət etməyə hazırlaşarkən əgər ayaqyoluna getmək lazımdırsa, əvvəlcə ayaqyoluna get, sonra dəstəmaz al. Dəstəmaz almamışdan qabaq dişlərinə misvak çək (fırçala) və ətirlən. Dəstəmaz aldıqdan sonra gecə namazı qılmağa hazırlaş.
Gecə nafiləsi səkkiz rəkətdir: hər iki rəkətdən sonra salam deyirsən, yəni gecə namazı iki rəkət-iki rəkət qılınır. Birinci iki rəkətdə hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Yaxud birinci rəkətdə Fatihədən sonra İxlas surəsini və ikinci rəkətdə Kafirun surəsini oxu. Qalan altı rəkətdə isə Fatihədən sonra istədiyin surəni (məsələn, İxlas surəsini) oxu. Həmçinin təkcə Fatihə surəsini oxumaq da caizdir (icazə verilir).
Vacib namazlarda ikinci rəkətdə qunut tutmaq müstəhəb olduğu kimi, gecə namazında da ikinci rəkətdə qunut tutmaq müstəhəbdir. Qunutda üç dəfə de bunu demək kifayət edir:
سُبْحَانَ اللهِ۔
Allah pak və təmizdir.
Bu duanı da oxuya bilərsən:
اَللّٰهُمَّ اغْفِرْ لَنَا وَارْحَمْنَا
Ey Allahım, bizi bağışla, bizə rəhm et,
وَ عَافِنَا وَاعْفُ عَنَّا
bizə afiyət (salamtlıq) ver, bizi əfv et
فِى الدُّنْيَا وَ الْاٰخِرَةِ
dünya və axirətdə,
اِنَّكَ عَلٰى كُلِّشَىْءٍ قَدِيْرٌ۔
həqiqətən Sən hər şeyə qadirsən.
Yaxud bu duanı oxu:
رَبِّ اغْفِرْ وَارْحَمْ
Ey Rəbbim, bağışla və rəhm et,
وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ
bildiklərindən (günahlarımdan) keç,
اِنَّكَ اَنْتَ الْاَعَزُّ الْاَجَلُّ الْاَكْرَمُ۔
həqiqətən Sən ən izzətli, ən uca və ən kərimsən.
Nəql olunub ki, İmam Kazim (ə) bu cümləylə başlayan duanı oxuyardı:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə.
اَللّٰهُمَّ اِنَّكَ
Ey Allahım, həqiqətən Sən
خَلَقْتَنِىْ سَوِيًّا
məni qüsursuz (kamil) yaratdın,
وَ رَبَّيْتَنِىْ مَكْفِيًّا
məni himayə edərək (ehtiyaclarımı qarşılayaraq) böyütdün
وَ رَزَقْتَنِيْ مَكْفِيًّا
və mənə kifayət edəcək qədər ruzi verdin.
اَللّٰهُمَّ اِنِّىْ وَ جَدْتُ فِيْمَآ
Ey Allahım, həqiqətən mən Sənin nazil etdiyin Kitabında
اَنْزَلْتَ مِنْ كِتَابِكَ
bəndələrinə müjdə verdiyin (bu sözləri) tapdım:
وَ يَشَّرْتَ بِهٖ عِبَادَكَ
"Ey Mənim bəndələrim,
اَنْ قُلْتَ
Sən buyurdun:
يَاعِبَادِىَ الَّذِيْنَ اَسْرَفُوْا عَلٰٓى اَنْفُسِهِمْ لَا تَقْنَطُوْا مِنْ رَحْمَةِ اللهِ
(Ey Mənim) öz nəfslərinə qarşı həddi aşan bəndələrim, Allahın rəhmətindən ümidinizi kəsməyin,
اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوْبَ جَمِيْعًا
həqiqətən Allah bütün günahları bağışlayır."
وَ قَدْ تَقَدَّمَ مِنِّىْ مَا قَدْ عَلِمْتَ وَمَآ اَنْتَ اَعْلَمُ بِهٖ مِنِّىْ
Məndən öncə elə işlər (günahlar) baş verib ki, Sən bilirsən və Sən məndən daha yaxşı bilirsən;
فَيَا سَوْ اَتَامِمَّا اَحْصَاهُ عَلَىَّ كِتَابُكَ
vay mənim halıma, Sənin Kitabın (əməl dəftərim) mənim əleyhimə nələri sayıb (yazıb)!
فَلَوْلَا الْمَوَاقِفُ الَّتِىْ اُؤَمِّلُ مِنْ عَفْوِكَ الَّذِىْ شَمِلَ كُلَّ شَىْءٍ لَاَلْقَيْتُ بِيَدِىْ
Əgər Sənin hər şeyi əhatə edən əfvindən ümid etdiyim dayanacaqlar olmasaydı, öz əllərimlə özümü təslim edərdim (həlak edərdim);
وَ لَوْ اَنَّ اَحَدًا اسْتَطَاعَ الْهَرَبَ مِنْ رَّبِّهٖ لَكُنْتُ اَنَا اَحَقَّ بِالْهَرَبِ مِنْكَ
əgər kimsə öz Rəbbindən qaçmağa qadir olsaydı, Səndən qaçmağa ən layiq olan mən olardım;
وَ اَنْتَ لَا تَخْفٰى عَلَيْكَ خَافِيَةٌ فِىْ الْاَرْضِ وَ لَا فِى السَّمَاۤءِ اِلَّا اَتَيْتَ بِهَا
Sənə isə yerdə və göydə heç bir gizli şey məxfi qalmaz, mütləq onu gətirərsən (üzə çıxararsan).
وَ كَفٰى بِكَ جَازِيًا
Cəza (və ya mükafat) verən olaraq Sən yetərsən
وَ كَفٰى بِكَ حَسِيْبًا
və haqq-hesab çəkən olaraq Sən yetərsən!
اَللّٰهُمَّ اِنَّكَ
Ey Allahım, həqiqətən Sən
طَالِبِىْ اِنْ اَنَا هَرَبْتُ
mən qaçsam belə məni tələb edən (tapan) sən,
وَ مُدْرِكِىْ اِنْ اَنَافَرَرْتُ
mən fərar etsəm belə məni dərk edən (tutan) sən!
فَهَا اَنَاذَا بَيْنَ يَدَيْكَ
İndi mən Sənin qarşındayam,
خَاضِعٌ ذَلِيْلٌ رَاغِمٌ
boyun əyən, zəlil və itaətkar (xar) halda;
اِنْ تُعَذِّبْنِىْ فَاِنِّىْ لِذٰلِكَ اَهْلٌ وَ هُوَ يَا رَبِّ مِنْكَ عَدْلٌ
əgər mənə əzab versən, mən buna layiqəm və bu, ey Rəbbim, Sənin ədalətindir;
وَ اِنْ تَعْفُ عَنِّىْ فَقَدِيْمًا شَمَلَنِىْ عَفْوُكَ وَ اَلْبَسْتَنِىْ عَافِيَتَكَ
əgər məni əfv etsən, qədimdən Sənin əfvin məni bürümüş və mənə afiyət (salamatlıq) libasını geyindirmisən.
فَاَسْئَلُكَ اَللّٰهُمَّ
Elə isə, Səndən istəyirəm, ey Allahım,
بِالْمَخْزُوْنِ مِنْ اَسْمَاۤئِكَ
xəzinədə saxlanılan (gizli) adlarına xatir,
وَ بِمَا وَارَتْهُ الْحُجُبُ مِنْ بَهَاۤئِكَ
və Sənin gözəlliyindən (nurundan) pərdələrin gizlətdiyi şeylərə xatir,
اِلَّا رَحِمْتَ هٰذِهِ النَّفْسَ الْجَزُوْعَةَ وَ هٰذِهٖ الرِّمَّةَ الْهُلُوْعَةَ
bu səbirsiz nəfsə və bu qorxaq, çürümüş sümüyə (bədənə) rəhm edəsən,
الَّتِىْ لَا تَسْتَطِيْعُ حَرَّ شَمْسِكَ
o (bədən) ki, Sənin günəşinin hərarətinə tab gətirə bilmir,
فَكَيْفَ تَسْتَطِيْعُ حَرَّنَارِكَ
bəs Sənin odunun (cəhənnəminin) hərarətinə necə tab gətirə bilər?!
وَالَّتِىْ لَا تَسْتَطِيْعُ صَوْتَ رَعْدِكَ
O (bədən) ki, Sənin göy gurultunun səsinə tab gətirə bilmir,
فَكَيْفَ تَسْتَطِيْعُ صَوْتَ غَضَبِكَ
bəs Sənin qəzəbinin səsinə necə tab gətirə bilər?!
فَارْحَمْنِىْ اَللّٰهُمَّ
Elə isə, mənə rəhm et, ey Allahım,
فَاِنِّىْ امْرُؤٌ حَقِيْرٌ
çünki mən həqir (kiçik) bir insanam
وَ خَطَرِىْ يَسْيْرٌ
və mənim qədrim (dəyərim) cüzidir,
وَ لَيْسَ عَذَابِىْ مِمَّا يَزِيْدُ فِىْ مُلْكِكَ مِثْقَالَ ذَرَّةٍ
mənim əzabım Sənin mülkündə (padşahlığında) zərrə qədər də artırmaz;
وَّ لَوْ اَنَّ عَذَابِي مِمَّا يَزِيْدُ فِي مُلْكِكَ
əgər mənim əzabım Sənin mülkündə (padşahlığında) nəyisə artırsaydı,
لَسَاَلْتُكَ الصَّبْرَ عَلَيْهِ
ona (əzaba) dözmək üçün Səndən səbr istəyərdim
وَ اَحْبَبْتُ اَنْ يَكُوْنَ ذٰلِكَ لَكَ
və bunun Sənin üçün olmasını sevərdim;
وَلٰكِنْ سُلْطَانُكَ اَللّٰهُمَّ اَعْظَمُ
lakin Sənin sultanlığın (hökmranlığın), ey Allahım, daha əzəmətlidir
وَ مُلْكُكَ اَدْوَمُ مِنْ اَنْ
və mülkün (padşahlığın) daha davamlıdır ki,
تَزِيْدَ فِيْهِ طَاعَةُ الْمُطِيْعِيْنَ
itatətkarların itaəti onda nəyisə artırsın
اَوْ تَنْقُصَ مِنْهُ مَعْصِيَةُ الْمُذْنِبِيْنَ
və ya günahkarların asiliyi ondan nəyisə əskiltsin.
فَارْحَمْنِىْ
Elə isə, mənə rəhm et,
يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ
ey rəhimlilərin ən rəhimlisi,
وَ تَجَاوَزْ عَنِّىْ
mənim günahlarımdan keç,
يَا ذَالْجَلَالِ وَالْاِكْرَامِ
ey cəlalət və ikram sahibi,
وَ تُبْ عَلَىَّ
tövbəmi qəbul et,
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ.
həqiqətən Sən tövbəni çox qəbul edən və rəhimlisən.
ŞƏF VƏ VƏTR NAMAZI
Səkkiz rəkət gecə namazından sonra iki rəkət "şəf" namazı qıl. Hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Bunun savabı Quranı xətm etməyə bərabərdir, çünki İxlas surəsi Quranın üçdə biri ünvanındadır. Yaxud "şəf" namazının birinci rəkətində Fatihədən sonra Nas surəsini, ikinci rəkətində Fələq surəsini oxu.
Şəf namazını qurtardıqdan sonra bu duanı oxu:
اِلٰهِيْ تَعَرَّضَ لَكَ فِي هٰذَا اللَّيْلِ الْمُتَعَرِّضُوْنَ
İlahi, bu gecə dilək diləyənlər Sənin dərgahına gəlmiş (üz tutmuş),
وَ قَصَدَكَ الْقَاصِدُوْنَ
qəsd edənlər Səni qəsd etmiş,
وَ اَمَّلَ فَضْلَكَ وَ مَعْرُوْفَكَ الطَّالِبُوْنَ
arzu edən (tələb edən) lər Sənin fəzl və ehsanını arzu etmişlər;
وَ لَكَ فِيْ هٰذَا اللَّيْلِ نَفَحَاتٌ وَ جَوَاۤئِزُ
bu gecə Sənin (rəhmət) nəsimlərin, hədiyyələrin,
وَ عَطَايَا وَ مَوَاهِبُ
bəxşişlərin və nemətlərin vardır ki,
تَمُنُّ بِهَا عَلٰى مَنْ تَشَاۤءُ مِنْ عِبَادِكَ
onların vasitəsilə istədiyin bəndənə minnət qoyursan (əta edirsən)
وَ تَمْنَعُهَا مَنْ لَمْ تَسْبِقْ لَهُ الْعِنَايَةُ مِنْكَ
və bundan qabaq (əzəldən) Öz diqqət və inayatını aid etmədiyin bəndədən isə əsirgəyirsən;
وَ هَاۤ اَنَا ذَا عُبَيْدُكَ الْفَقِيْرُ اِلَيْكَ
indi mən Sənin kiçik və Sənə möhtac bəndənəm,
الْمُؤَمِّلُ فَضْلَكَ وَ مَعْرُوْفَكَ
Sənin fəzl və kərəmini (ehsanını) arzulayıram;
فَاِنْ كُنْتَ يَا مَوْلَايَ
elə isə, ey mənim Mövlam, əgər Sən (istəsən),
تَفَضَّلْتَ فِيْ هٰذِهِ اللَّيْلَةِ
bu gecədə lütf edərsən
عَلٰىۤ اَحَدٍ مِنْ خَلْقِكَ
məxluqatından hər hansı birinə
وَ عُدْتَ عَلَيْهِ بِعَاۤئِدَةٍ مِنْ عَطْفِكَ
və Öz mehribanlığından (şəfqətindən) ona bir şey (bəxşiş) aid edərsənsə;
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
elə isə, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
۟اِلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
pak və pakizə olanlara,
الْخَيِّرِيْنَ الْفَاضِلِيْنَ
yaxşı əməl və fəzilət sahiblərinə;
وَ جُدْ عَلَيَّ بِطَوْلِكَ وَ مَعْرُوْفِكَ
Öz fəzl və ehsanın ilə mənə bəxşiş (səxavət) et,
يَا رَبَّ الْعَالَمِيْنَ
ey aləmlərin Rəbbi,
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
Allahın (çoxlu) salamı olsun peyğəmbərlərin sonuncusu Məhəmmədə
وَ اٰلِهِ الطَّاهِرِيْنَ
və onun pak xanidanına,
وَ سَلَّمَ تَسْلِيْمًا
və çoxlu salam olsun;
اِنَّ اللّٰهَ حَمِيْدٌ مَجِيْدٌ
həqiqətən Allah həmd olunan və şəni ucadır.
اَللّٰهُمَّ اِنِّيْۤ اَدْعُوْكَ كَمَاۤ اَمَرْتَ
Ey Allahım, Sən necə əmr etmisənsə, mən Səni o cür çağırdım,
فَاسْتَجِبْ لِيْ كَمَا وَعَدْتَ
elə isə, mənim duamı vəd verdiyin kimi qəbul (icabət) et,
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
həqiqətən Sən vədinə xilaf çıxmarsan.
Bu dua "Şaban ayının on beçinci gecəsi"nin əməllərində nəql olunan duadır.
Şəf namazını bitirdikdən sonra bir rəkət "vətr" namazını qıl. Fatihədən sonra İxlas surəsini oxu. Yaxud Fatihədən sonra üç dəfə
Vətr namazında Fatihə və "Surə"dən sonra qunut tut. Qunutda istədiyin duaları et, Allahdan dünya və axirət istəklərini istə.
Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında yazır: ""Vətr" namazının qunutunda istədiyin duanı oxu. Bu qunutda oxuya biləcəyin dualar o qədər çoxdur ki, saya gəlmir."
O, həmçinin yazır: "Müstəhəbdir ki, insan qunutda Allah qorxusundan (və ya sevgisindən) ağlasın və ya kövrəlsin, mömin qardaşlar üçün dua etsin. Yaxşı olar ki, qırx möminin adını çəkib onlara dua etsin (məsələn, "filankəsi bağışla" demək kifayət edir). Çünki qırx möminə dua edənin duası müstəcab olar, inşallah."
Şeyx Səduq qeyd edir ki, Peyğəmbər (s) vətr namazında bu duanı oxuyardı:
اَللّٰهُمَّ اهْدِنِىْ فِيْمَنْ هَدَيْتَ
Allahım! Məni hidayət verdiklərinin (etdiklərinin) sırasında hidayət et,
وَ عَافِنِىْ فِيْمَنْ عَافَيْتَ
məni afiyət verdiklərinin sırasında afiyətə qovuşdur,
وَ تَوَلَّنِىْ فِيْمَنْ تَوَلَّيْتَ
məni dost tutduqlarının (vəlayətinə aldıqlarının) sırasında dost tut,
وَ بَارِكْ لِىْ فِيْمَا اَعْطَيْتَ
mənə verdiklərinə bərəkət ver,
وَقِنِىْ شَرَّ مَا قَضَيْتَ
və məni verdiyin qərarların (qəzavü-qədərin) şərindən qoru.
فَاِنَّكَ تَقْضِىْ وَلَايُقْضٰى عَلَيْكَ
Çünki Sən hökm edirsən və Sənin üzərində hökm edən yoxdur.
سُبْحَانَكَ رَبَّ الْبَيْتِ
Ey evin (Kəbənin) Rəbbi, Sən pak və müqəddəssən!
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ
Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm,
وَ اُوْمِنُ بِكَ وَاَتَوَكَّلُ عَلَيْكَ
Sənə iman edir və Sənə təvəkkül edirəm.
وَلَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِكَ يَا رَحِيْمُ۔
Səndən başqa güc və qüvvət sahibi yoxdur, ey Rəhim(li Allah)!
Yaxşı olar ki, qunutda yetmiş dəfə deyəsən:
اَسْتَغْفِرُاللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔
Rəbbim olan Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm.
Hədisə istinadən Həzrət Rəsulallah (s) "vətr" namazında yetmiş dəfə istiğfar edər və yeddi dəfə bu cümləni deyərdi:
هٰذَا مَقامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ۔
Bu, oddan (Cəhənnəmdən) Sənə sığınan kəsin məqamıdır.
Həmçinin hədisə istinadən, İmam Zeynul-abidin (ə) "vətr" namazında üç yüz dəfə deyərdi:
اَلْعَفْوَ اَلْعَفْوَ۔
Əfv diləyirəm!
Daha sonra bu cümlələri de:
رَبِّ اغْفِرْلِىْ وَارْحَمْنِىْ وَ تُبْ عَلىَّ
Ey Rəbbim, məni bağışla, mənə mərhəmət et və tövbəmi qəbul et.
اِنَّكَ اَنْتَ التَّوَّابُ الْغَفُوْرُ الرَّحِيْمُ۔
Şübhəsiz ki, Sən çox tövbə qəbul edən, çox bağışlayan və rəhmlisən.
Beləliklə, qırx mömin üçün (kişi və ya qadın) dua etmək, yetmiş dəfə istiğfar etmək ("əstəğfirullah" kəlməsini demək), yeddi dəfə "Həzə məqamul ʻaizi bikə minən-nər" cümləsini demək, üç yüz dəfə "əl-ʻƏfv" demək "vətr" namazının qunutunun müstəhəb əməlləridir. Odur ki, bunların heç birini deməsən belə, namazına xələl gəlməz. Qunutu uzatmaq yaxşıdır. Sonra rükuya get və rükudan qalxdıqdan sonra Şeyx Tusinin "Təhzib" kitabında İmam Musa ibn Cəfərdən (ə) nəql etdiyi bu duanı oxu:
هٰذَا مَقَامُ مَنْ حَسَنَاتُهُ نِعْمَةٌ مِنْكَ وَ شُكْرُهُ ضَعِيْفٌ وَ ذَنْبُهُ عَظِيْمٌ وَ لَيْسَ لِذٰلِكَ اِلَّا رِفْقُكَ وَ رَحْمَتُكَ فَاِنَّكَ قُلْتَ فِىْ كِتَابِكَ الْمُنْزَلِ عَلٰى نَبِيِّكَ الْمُرْسَلِ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ كَانُوْا قَلِيْلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُوْنَ وَبِالْاَسْحَارِهُمْ يَسْتَغْفِرُوْنَ طَالَ هُجُوْعِىْ وَ قَلَّ قِيَامِىْ وَ هٰذَا السَّحَرُ وَ اَ نَا اَسْتَغْفِرُكَ لِذُنُوْبِىْ اِسْتِغْفَارَ مَنْ لَايَجِدُ لِنَفْسِهِ ضَرًّا وَلَا نَفْعًا وَلا مَوْتًا وَلَاحَيَاةً وَلَا نُشُوْرًا۔
Bu, yaxşı əməlləri Sənin lütfün, şükrü isə zəif, günahı isə böyük olan kimsənin məqamıdır. Bunun qarşısında ancaq Sənin şəfqətin və mərhəmətindir. Çünki Sən, göndərdiyin Peyğəmbərinə (sallallahu əleyhi və alih) nazil etdiyin Kitabında buyurmuşsan: "Onlar gecənin az bir hissəsində yatır, səhərlər isə istiğfar edərdilər." (Mən isə) çox yatmış, az qiyam etmişəm. Bu səhər vaxtı mən də Səndən günahlarımın bağışlanmasını diləyirəm. Özünə nə zərər, nə fayda, nə ölüm, nə də həyat və nə də dirilmə qazana bilməyən kimsənin istiğfarı ilə Səndən bağışlanma diləyirəm.
Sonra səcdəyə get və namazı başa çatdır. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Sonra üç dəfə bu zikri de:
اَلْحَمْدُ لِرَبِّ الصَّبَاحِ
Səhərin Rəbbinə həmd olsun!
الْحَمْدُ لِفَالِقِ الْاِصْبَاحِ۔
Şəfəq yarıb ortaya çıxarana həmd olsun!
Daha sonra üç dəfə de:
سُبْحَانَ رَبِّىَ الْمَلِكِ الْقُدُّوْسِ الْعَزِيْزِ الْحَكِيْمِ۔
Məlik, Qüddus, Əziz və Həkim olan Rəbbimi pak və müqəddəs bilirəm!
Daha sonra de:
يَا حَىُّ يَا قَيُّوْم
Ey Həy (diri), Ey Qayyum (daimi)!
،يَا بَرُّ يَا رَحِيْمُ
Ey Ən Mərhəmətli (yaxşılıq edən), Ey Rəhmli!
يَا غَنِىُّ يَا كَرِيْمُ
Ey Varlı (ehtiyacsız), Ey Səxavətli (kərim)!
اُرْزُقْنِىْ مِنَ التِّجَارَةِ اَعْظَمَهَا فَضْلًا
Mənə ticarətdən ən fəzilətlisini (ən böyüyünü) ruzi et,
وَ اَوْ سَعَهَا رِزْقًا
ən bol ruzilisini,
وَ خَيْرَهَا لِىْ عَاقِبَةً
və axirəti mənim üçün ən xeyirli (olanı nəsib et),
فَاِنَّهُ لَا خَيْرَ فِيْمَا لَا عَاقِبَةَ لَهُ۔
çünki axirəti olmayan şeydə xeyir yoxdur!
Yaxşı olar ki, Hazin duasını oxuyasınız. Dua belədir:
اُنَاجِیْكَ یَا مَوْجُوْدً فِی كُلِّ مَكَانٍ لَعَلَّكَ تَسْمَعُ نِدَاۤئِی فَقَدْ عَظُمَ جُرْمِیْ وَ قَلَّ حَیَاۤئِی یَا مَوْلَایَ اَیَّ الْاَهْوَالِ اَتَذَكَّرُ وَ اَیَّهَا اَنْسٰی وَ لَوْ لَمْ یَكُنْ اِلَّا الْمَوْتُ لَكَفٰی كَیْفَ وَ مَا بَعْدَ الْمَوْتِ اَعْظَمُ وَ اَدْهٰی مَوْلَایَ یَا مَوْلَایَ حَتّٰی مَتٰی وَ اِلٰی مَتٰی اَقُوْلُ لَكَ الْعُتْبٰی مَرَّةً بَعْدَ اُخْرٰی ثُمَّ لَا تَجِدُ عِنْدِیْ صِدْقًا وَ لَا وَفَاۤءً فَیَا غَوْثَاهُ ثُمَّ وَا غَوْثَاهُ بِكَ یَاۤ اَللهُ مِنْ هَوًی قَدْ غَلَبَنِیْ وَ مِنْ عَدُوٍّ قَدِ اسْتَكْلَبَ عَلَیَّ وَ مِنْ دُنْیَا قَدْ تَزَیَّنَتْ لِیْ وَ مِنْ نَفْسِ اَمَّارَةٍ بِالسُّوْۤءِ اِلَّا مَا رَحِمَ رَبِّیْ مَوْلَایَ یَا مَوْلَایَ اِنْ كُنْتَ رَحِمْتَ مِثْلِیْ فَارْحَمْنِیْ وَ اِنْ كُنْتَ قَبِلْتَ مِثْلِیْ فَاقْبَلْنِیْ یَا قَابِلَ السَّحَرَةِ اقْبَلْنِیْ یَا مَنْ لَمْ اَزَلْ اَتَعَرَّفُ مِنْهُ الْحُسْنٰی یَا مَنْ یُغَذِّیْنِیْ بِالنِّعَمِ صَبَاحًا وَ مَسَاۤءً اِرْحَمْنِیْ یَوْمَ اٰتِیْكَ فَرْدًا شَاخِصًا اِلَیْكَ بَصَرِیْ مُقَلَّدًا عَمَلِیْ قَدْ تَبَرَّاَ جَمِیْعُ الْخَلْقِ مِنِّیْ نَعَمْ وَ اَبِیْ وَ اُمِّیْ وَ مَنْ كَانَ لَهُ كَدِّیْ وَ سَعْیِیْ فَاِنْ لَمْ تَرْحَمْنِیْ فَمَنْ یَرْحَمُنِیْ وَ مَنْ یُؤْنِسُ فِی الْقَبْرِ وَحْشَتِیْ وَ مَنْ یُنْطِقُ لِسَانِیْ اِذَا خَلَوْتُ بِعَمَلِیْ وَ سَاَلْتَنِیْ عَمَّاۤ اَنْتَ اَعْلَمُ بِهِ مِنِّیْ فَاِنْ قُلْتُ نَعَمْ فَاَیْنَ الْمَهْرَبُ مِنْ عَدْلِكَ وَ اِنْ قُلْتُ لَمْ اَفْعَلْ قُلْتَ اَ لَمْ اَكُنِ الشَّاهِدَ عَلَیْكَ فَعَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ سَرَابِیْلِ الْقَطِرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ جَهَنَّمَ وَ النِّیْرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ اَنْ تُغَلَّ الْاَیْدِیْ اِلَی الْاَعْنَاقِ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ وَ خَیْرَ الْغَافِرِیْنَ۔
Sonra səcdəyə get (bu böyük uğur üçün – gecə namazı qılmağa müvəffəq ola bildiyin üçün – şükür səcdəsi et) və beş dəfə de:
سُبُّوْحٌ قُدُّوْسٌ،رَبُّ الْمَلَاۤئِكَةِ وَ الرُّوْحِ۔
Mələklərin və Ruhun Rəbbi pak və münəzzəhdir.
Səcdədən qalxıb əyləş və "Ayətəl-kürsi"ni oxu. Daha sonra yenidən səcdəyə get və həmin zikri beş dəfə de.