Ey Allahım, həqiqətən mən Sənin dərgahına (məqamına) gəldim (üz tutdum),
لِمَعْرِفَتِىْ بِوَحْدَانِيَّتِكَ وَ صَمَدَا نِيَّتِكَ
Sənin təkliyinə və ehtiyacsızlığına (səməd olmağına) olan mərifətimə görə,
وَ اَنَّهُ لَا قَادِرًا عَلٰى قَضَاۤءِ حَاجَتِىْ غَيْرُكَ
və hacətimi yerinə yetirməyə Səndən başqa heç kəsin qadir olmadığına görə.
وَ قَدْ عَلِمْتُ يَا رَبِّ
Və mən yəqin bildim, ey Rəbbim,
اَنَّهُ كُلَّمَا تَظَاهَرَتْ نِعْمَتُكَ عَلَىَّ
mənə olan nemətlərin artdıqca (aşkarladıqca),
اشْتَدَّتْ فَاقَتِىْ اِلَيْكَ
mənim Sənə olan ehtiyacım daha da şiddətləndi.
وَ قَدْ طَرَقَنِىْ هَمُّ كَذَا وَ كَذَا۔
Və bu (filan-filan) qəm-qüssə məni bürüdü.
Sonra öz istəklərini dilə gətir. Daha sonra de:
وَ اَنْتَ بِكَشْفِهِ عَالِمٌ غَيْرُ مُعَلَّمٍ
Sən onu (bu qəmi) aradan qaldırmağı bilənsən, kimsə öyrətmədən,
وَاسِعٌ غَيْرُ مُتَكَلِّفٍ
Sən geniş (qüdrət) sahibisən, heç bir əziyyət çəkmədən!
فَاَسْئَلُكَ بِاسْمِكَ الَّذِىْ وَضَعْتَهُ عَلَى الْجِبَالِ فَنُسِفَتْ
Elə isə, Səndən o adınla istəyirəm ki, onu dağların üzərinə qoydun, onlar darmadağın oldu,
وَ وَضَعْتَهُ عَلَى السَّمٰوَاتِ فَانْشَقَّتْ
onu göylərin üzərinə qoydun, onlar yarıldı,
وَ عَلَى النُّجُوْمِ فَانْتَثَرَتْ
ulduzların üzərinə qoydun, onlar səpələndi,
وَ عَلَى الْاَرْضِ فَسُطِحَتْ
yerin üzərinə qoydun, o dümdüz oldu!
وَ اَسْئَلُكَ بِالْحَقِّ الَّذِىْ جَعَلْتَهُ عِنْدَ مُحَمَّدٍ
Və Səndən Məhəmmədin yanında qərar verdiyin o haqqa xatir istəyirəm,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ
Allahın salamı olsun ona və xanidanına!
وَ عِنْدَ عَلِىٍّ وَّ الْحَسَنِ وَالْحُسَيْنِ
Və Əli, Həsən və Hüseynin yanındakı (haqqa xatir),
وَ عَلِىٍّ وَّ مُحَمَّدٍ وَّ جَعْفَرٍ
və Əli, Məhəmməd və Cəfərin,
وَّ مُوْسٰى وَ عَلِىٍّ وَّ مُحَمَّدٍ
və Musa, Əli və Məhəmmədin,
وَّ عَلِىٍّ وَّالْحَسَنِ وَ الْحُجَّةِ عَلَيْهِمُ السَّلَامُ
və Əli, Həsən və Höccətin (İmam Mehdinin) yanındakı (haqqa xatir), onlara salam olsun!
اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَّ اَهْلِ بَيْتِهِ
Məhəmməd və onun Əhli-beytinə salam göndərəsən,
وَ اَنْ تَقْضِىَ لِىْ حَاجَتِىْ
və mənim hacətimi yerinə yetirəsən,
وَ تُيَسِّرَلِىْ عَسِيْرَهَا
və onun çətinliyini mənə asanlaşdırasan,
وَ تَكْفِيَنِىْ مُهِمَّهَا
və onun mühüm (ağır) qismini mənim üçün kifayət edəsən!
فَاِنْ فَعَلْتَ فَلَكَ الْحَمْدُ
Əgər belə etsən, həmd Sənə məxsusdur,
وَ اِنْ لَمْ تَفْعَلْ فَلَكَ الْحَمْدُ
və əgər etməsən də həmd Sənə məxsusdur.
غَيْرُ جَاۤئِرٍ فِىْ حُكْمِكَ
Sən hökmündə zülmkar deyilsən,
وَلَا مُتَّهَمٍ فِىْ قَضَاۤئِكَ
və Öz qəzavü-qədərində ittiham olunan deyilsən,
وَلَاحَاۤئِفٍ فِىْ عَدْلِكَ۔
və Öz ədalətində haqsızlıq edən deyilsən.
Sonra üzünü (üzünün bir tərəfini) yerə qoy və de:
اَللّٰهُمَّ اِنَّ يُوْنُسَ بْنَ مَتّٰى عَبْدُكَ
Ey Allahım, həqiqətən Sənin bəndən Yunis ibn Mətta
دَعَاكَ فِىْ بَطْنِ الْحُوْتِ
balığın qarnında Səni çağırdı,
وَ هُوَ عَبْدُكَ فَاسْتَجَبْتَ لَهُ
o, Sənin bəndən idi və Sən onun duasını qəbul etdin,
وَ اَنَا عَبْدُكَ اَدْعُوْكَ فَاسْتَجِبْ لِىْ۔
mən də Sənin bəndənəm, Səni çağırıram, mənim də duamı qəbul et.
İmam Sadiq (ə) buyurdu: "Çox olub ki, bir istəyim olub və mən bu duanı oxumuşam, Allah mənim istəyimi həyata keçirib."