⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
KAMİLƏ NAMAZI
Nafilə namazlarından biri də "Kamilə namazı"dır. Şeyx, Seyid və Əllamə kimi böyük alimlər onu mötəbər sənədlərlə İmam Sadiq (ə)-dan nəql etmişdirlər.
Həzrəti Rəsul Əkrəm (s) buyurub: "Cümə günü zavaldan (günorta azanından) əvvəl 4 rəkət namaz qıl. Hər rəkətində Həmd surəsini 10 dəfə və Nas, Fələq, İxlas, Kafirun və "Ayətəl kürsü"-dən birini 10 dəfə (və başqa rəvayətə əsasən Qədr surəsini və "Şəhidəllah..." ayəsinin hər birini 10 dəfə) oxu.
Namazı qurtardıqdan sonra yüz dəfə istiğfar elə:
اَستَغفِرُاللهَ
Allahdan bağışlanma diləyirəm.
Sonra yüz dəfə de:
سُبْحَانَ اللهِ
Allah pak və təmizdir,
وَالْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan başqa məbud yoxdur,
وَاللهُ اَكْبَرُ
Allah böyükdür;
وَ لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِیِّ الْعَظِیْمِ۔
Uca və Əzəmətli Allahdan başqa güc və qüdrət sahibi yoxdur.
Daha sonra yüz dəfə salavat de.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.
Peyğəmbər (s) buyurub ki, bu namazı qaılan şəxsi Allah-təala yerin-göyün, şeytanın və zalım padşahın zülmündən saxlayar.
DİGƏR KAMİLƏ NAMAZI
Haris Həmədanidən nəql olunmuşdur ki, İmam Əli Əmirəl-Möminin (ə) buyurdu: "Mümkünsə, cümə günləri xuzu və xuşu ilə on rəkət namaz qıl (iki rəkət-iki rəkət). Hər namazdan sonra yüz dəfə bu zikri de:
سُبْحَانَ اللهِ وَ بِحَمْدِهِ۔
Allah pak və müqəddəsdir! Allaha həmd olsun!
BAŞQA BİR KAMİLƏ NAMAZI
İmam Sadiq (ə) buyurur: "Kim cümə günü iki rəkət namaz qılsa və namazda "İbrahim" və "Hicr" surələrini oxusa sonsuza qədər kasıblıq, dəlilik və bədbəxtliklərdən qurtular."