ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
CAMİƏ-SƏĞİRƏ ZİYARƏTİ
"Camiə" ziyarətləri ilə hər İmamı (ə) həm ayrı-ayrılıqda, həm də bütün İmamları (ə) birlikdə ziyarət etmək olar.
"Kamiluz-ziyarat"da qeyd olunur ki, İmam Əli ibn Musa ər-Rza (ə) İmam Musa Kazimin (ə) qəbrini necə ziyarət edəcəyini soruşan şəxsin cavabında belə buyurdu: "Kifayət edər ki, hər yerdə (yəni hər bir İmamı (ə) ziyarət və ona xitab edərkən, yaxud bütün İmamlara (ə) xitabən) deyəsən:
اَلسَّلَامُ عَلٰىۤ اَوْلِيَاۤءِ اللّٰهِ وَ اَصْفِيَاۤئِهِ
Salam olsun Allahın övliyalarına və seçdiklərinə. Salam olsun Allahın (vəhyinin) əmanətdarlarına və sevimlilərinə. Salam olsun Allahın yavərlərinə və xəlifələrinə. Salam olsun Allah mərifətinin məkanlarına. Salam olsun Allah zikrinin məskənlərinə. Salam olsun Allahın əmr və qadağalarının zahir olduğu məkana. Salam olsun Allaha doğru dəvət edənlərə. Salam olsun Allahın razılığını cəlb etməkdə sabitqədəm olanlara. Salam olsun Allaha itaətdə xalis olanlara. (Salam olsun Allaha doğru yönəldənlərə.) Salam olsun o kəslərə ki, onların dostları Allahın dostları və düşmənləri Allahın düşmənləridir; kim onları tanıyıbsa, Allahı tanımış və kim onları inkar edirsə, Allahı inkar etmişdir; kim onlara təvəssül edibsə, Allaha təvəssül etmiş və kim onları tərk edibsə, Allahı tərk etmişdir. Allahı şahid tuturam ki, mən sizinlə sülhdə olanla sülhdə və müharibədə olanla müharibədəyəm; sizin pünhanda və aşkarda olanınıza imanım vardır və bütün bu işləri sizə həvalə etmişəm; Allah Ali-Məhəmmədin cinlərdən və insanlardan olan düşmənlərinə lənət etsin, mən onlardan Allah dərgahına şikayətçiyəm. Allahın salamı olsun Məhəmmədə və onun xanidanına.
اَلسَّلَامُ عَلٰىۤ اُمَنَاۤءِ اللّٰهِ وَ اَحِبَّاۤئِهِ
اَلسَّلَامُ عَلٰىۤ اَنْصَارِ اللّٰهِ وَ خُلَفَاۤئِهِ
اَلسَّلَامُ عَلٰى مَحَآلِّ مَعْرِفَةِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مَسَاكِنِ ذِكْرِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مُظْهِرِيۤ اَمْرِ اللّٰهِ وَ نَهْيِهِ
اَلسَّلَامُ عَلَى الدُّعَاةِ اِلَى اللّٰهِ
اَلسَّلَامُ عَلَى الْمُسْتَقِرِّيْنَ فِيْ مَرْضَاةِ اللّٰهِ
اَلسَّلَامُ عَلَى الْمُخْلِصِيْنَ فِي طَاعَةِ اللّٰهِ
اَلسَّلَامُ عَلَى الْاَدِلَاۤءِ عَلَى اللّٰهِ
اَلسَّلَامُ عَلَى الَّذِيْنَ مَنْ وَالَاهُمْ فَقَدْ وَالَى اللّٰهَ
وَ مَنْ عَادَاهُمْ فَقَدْ عَادَى اللّٰهَ،
وَ مَنْ عَرَفَهُمْ فَقَدْ عَرَفَ اللّٰهَ
وَ مَنْ جَهِلَهُمْ فَقَدْ جَهِلَ اللّٰهَ
وَ مَنِ اعْتَصَمَ بِهِمْ فَقَدِ اعْتَصَمَ بِاللّٰهِ
وَ مَنْ تَخَلَّى مِنْهُمْ فَقَدْ تَخَلَّى مِنَ اللّٰهِ عَزَّ وَ جَلَّ
وَ اُشْهِدُ اللّٰهَ اَنِّيْ سِلْمٌ لِمَنْ سَالَمْتُمْ
وَ حَرْبٌ لِمَنْ حَارَبْتُمْ
مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلَانِيَتِكُمْ
مُفَوِّضٌ فِيْ ذٰلِكَ كُلِّهِ اِلَيْكُمْ
لَعَنَ اللّٰهُ عَدُوَّ اٰلِ مُحَمَّدٍ
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
وَ اَبْرَاُ اِلَى اللّٰهِ مِنْهُمْ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ۔
Bu ziyarət digər ziyarətləri əvəz edə bilər. Bu ziyarəti oxuduqdan sonra Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salavat göndər, İmamların (ə) adını bir-bir çək və onların düşmənlərinə lənət oxu. Özün üçün, bütün mömin və möminələr üçün istədiyin duaları et."